main-post-cover

    OpenAI CEO-su: "Super zəka səviyyəsinə çatmaq üçün uzun yol keçmək lazım gələcək"

    Süni İntellekt
    05.12.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti təqribi olaraq 2 il bundan öncə bildirmişdi ki, insan zəkası səviyyəsinə sahib ola biləcək ümumi süni zəka (Artificial General Intelligence / AGI) insan sivilizasiyasını yeni səviyyəyə yüksəldəcək və hamıya inanılmaz yeni imkanlar təqdim edəcək. İndi isə OpenAI CEO-su Sam Altman ümumi süni zəkanın ortaya çıxması ilə bağlı gözləntiləri aşağı salmağa çalışır.
         “Mən düşünürəm ki, biz, AGI səviyyəsinə çox insanın düşündüyündən daha tez çatacağıq və bu da az məna kəsb edəcək. Biz və sahənin digər təmsilçiləri tərəfindən təhlükəsizlik barəsində söylənmiş risklər də əslində AGI-nın formalaşması anında baş verməyəcəklər. Ümumi süni zəkanı yaratmaq mümkündür. Bunun baş verməsindən sonra dünya indiki kimi inkişafını davam etdirəcək. Bəzi şeylər daha sürətlə yerinə yetiriləcək. Lakin bizim AGI adlandırdığımız səviyyədən super zəka adlandırdığımız səviyyəyə keçid yolu çox uzun olacaq” - deyə Sam Altman qeyd edib.
         Sam Altman ilk dəfə deyil ki, artıq qaçılmaz olan ümumi süni zəkanın əhəmiyyətini kiçildir. Hələ bir neçə müddət bundan öncə Altman bildirmişdi ki, AGI artıq 2025-ci ildə formalaşa bilər. Altman-ın bəyanatı sanki şirkətin ümumi süni zəkanı formalaşdırmağı artıq möhtəşəm bir hadisə kimi qəbul etmədiyini əks etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT-nin gündəlik aktiv istifadəçi kütləsi 300 milyona çatıb
    chatgpt-nin-gundelik-aktiv-istifadeci-kutlesi-300-milyona-catib
    ChatGPT-nin axtarış sisteminin cavablarına tam şəkildə inanmaq lazım deyil
    chatgpt-nin-axtaris-sisteminin-cavablarina-tam-sekilde-inanmaq-lazim-deyil
    Google, video hazırlayan süni intellekt aləti Veo-nun önizləmə versiyasını təqdim edib!
    google-video-hazirlayan-suni-intellekt-aleti-veo-nun-onizleme-versiyasini-teqdim-edib
    Özbaşına hərəkət edən bir süni intellekt 3800 ədəd avtomobilə yanlış cərimə yazıb!
    ozbasina-hereket-eden-bir-suni-intellekt-3800-eded-avtomobile-yanlis-cerime-yazib
    Küçə səslərindən yüksək dəqiqliklə görüntülər yarada bilən süni intellekt hazırlanıb!
    kuce-seslerinden-yuksek-deqiqlikle-goruntuler-yarada-bilen-suni-intellekt-hazirlanib