The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti Strawberry kod adına sahib yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır və o artıq payız fəslində ChatGPT-nin bir hissəsinə çevrilə bilər. Daha öncə Q* kod adı ilə bilinən və indi Strawberry kod adına sahib yeni süni zəka sistemi məlumata əsasən təkmilləşdirilmiş riyazi və proqramçılıq bacarıqlarını özündə birləşdirir və bu cəhətdən sözügedən süni zəka sistemi hal-hazırda bazarda olan digər analoqlardan daha üstündür.
The Information bildirib ki, Strawberry kod adlı süni zəka sisteminin təkmilləşdirilmiş versiyası GPT-4-ün Orion kimi bilinən yeni nəsil versiyasının təlimatlandırılmasında istifadə ediləcək. OpenAI şirkətinin əsas məqsədi yeni süni zəka sisteminin yüksək performansa sahib olması və eyni zamanda ondan istifadənin az xərcli olmasıdır. Gözləntilərə əsasən Strawberry kod adlı süni zəka sisteminin bir qədər aşağı performanslı versiyası payız fəslində istifadəyə veriləcək.