main-post-cover

    OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib

    Süni İntellekt
    26.07.2024
    Emil Nəcəfov
         Hələ bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti süni zəka əsaslı axtarış sistemi üzərində çalışır. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib. Məlumata əsasən bu axtarış sistemi xəbər resursları da daxil olmaqla müxtəlif veb saytlarda tapılmış məlumatları ümumiləşdirə və həmçinin istifadəçinin konkret suallarına cavab verə bilir. Məlumatların əldə edildikləri bu və ya digər mənbənin linki isə SearchGPT tərəfindən olacaq hər bir cavabın alt hissəsində yerləşəcək.
         SearchGPT axtarış sistemləri sahəsinin lideri olan Google şirkətinə birbaşa meydan oxumaq deməkdir. Məlumata əsasən OpenAI şirkəti böyük xəbər nəşriyyatları ilə müqavilə imzalayıb. Məqsəd isə axtarış sisteminin təlimatlandırılması istiqamətində onların kontentlərindən istifadə etməkdir. Bu mövzuda şirkətin partnyorları arasında Associated Press, Financial Times, Business İnsider, Le Monde və s. böyük xəbər nəşriyyatları var. Digər tərəfdən kütləvi informasiya vasitələri süni zəkanın onların bizneslərinə necə təsir göstərə biləcəyindən narahatdırlar.
         Onlar narahatdırlar ki, OpenAI və Google şirkətlərinin süni zəka əsaslı axtarış sistemləri qısa və hərtərəfli cavabları təqdim etməklə cavabların sonlarında olan linklərə keçid ehtiyacını aradan qaldıracaqlar. Bu isə öz növbəsində kütləvi informasiya vasitələrini trafikdən və müvafiq olaraq reklam müqavilələrindən məhrum edəcək. OpenAI rəsmilərinin sözlərinə əsasən SearchGPT-nin kütləvi informasiya vasitələrinə hansı trafiki göndərə biləcəyi hələ məlum deyil. SearchGPT hələ test versiyasında çalışır və ilkin mərhələdə yalnız 10 000 nəfər istifadəçi üçün aktiv olacaq. Gələcəkdə isə bu axtarış sistemi ChatGPT-yə inteqrasiya ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
    openai-sirketi-gpt-4o-mini-adli-yeni-suni-zeka-modelini-istifadeye-verib
    OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
    openai-mulahize-aparmaq-bacarigina-sahib-suni-zeka-uzerinde-calisir
    OpenAI-nin ChatGPT-ə qoyduğu "gizli qaydalar" yanlışlıqla üzə çıxıb!
    openai-nin-chatgpt-e-qoydugu-gizli-qaydalar-yanlisliqla-uze-cixib
    ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!
    abs-menbeleri-chatgpt-nin-kiberhucumcular-terefinden-sindirildigini-iddia-edir
    Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır
    konfidensialliq-ucun-risk-chatgpt-nin-macos-versiyasi-dialoqlari-ozunde-adi-metn-seklinde-saxlayir