OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib
Süni İntellekt
28.06.2024
Emil Nəcəfov
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib. Bu, ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarında səhvlərin aşkar edilməsi üçün nəzərdə tutulmuş süni zəka modelidir. CriticGPT öz növbəsində ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarını yoxlayan şəxslər üçün alqoritmik köməkçi rolunda çıxış edəcək. Yəni o, bir növ həmin şəxslər üçün süni zəka əsaslı köməkçi rolunu oynayacaq. GPT-4 əsasında çalışan CriticGPT proqram təminatı kodunu analiz edərək onda potensial səhvləri aşkara çıxarır. Bu isə öz növbəsində proqram təminatı kodları ilə məşğul olan mütəxəssislərin işlərini asanlaşdıra bilər. CriticGPT kod nümunələrinə sahib məlumatlar əsasında təlimatlandırılıb.
Təlimatlandırılma prosesində istifadə edilmiş məlumatlara bilərəkdən səhvlər əlavə edilib ki, süni zəka modeli proqram təminatı kodlarındakı səhvləri analiz edərək onları aşkara çıxara bilsin. Aparılmış təcrübələr çərçivəsində məlum olub ki, CriticGPT proqram təminatı koduna bilərəkdən əlavə edilmiş və təbii yolla ortaya çıxmış səhvləri təyin edə bilir. Digər süni zəka modelləri kimi CriticGPT də məhdudiyyətlərə sahibdir. Sözügedən süni zəka modeli ChatGPT-nin qısa cavabları əsasında təlimatlandırılıb. Buna görə də CriticGPT daha qəliz tapşırıqların öhdəsindən gəlməyə bilər. Mütəxəssislər etiraf ediblər ki, CriticGPT kodun müəyyən kiçik hissəsində ola biləcək hər hansısa səhvin təyin edilməsində daha effektivdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib.
OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
OpenAI şirkətinin həmtəsisçilərindən və keçmiş baş elmi məsləhətçilərindən biri olan Ilya Sutskever öz süni zəka startapını təsis etdiyini elan edib.
OpenAI və Color Health, xərçəng xəstələri üçün süni intellekt köməkçisi hazırlayıb!
OpenAI və Color Health, xərçəng xəstələri üçün süni intellekt köməkçisi hazırlayıb!
Color Health, həkimlərə xərçəng xəstələrini yoxlamaq və müalicə etmək üçün OpenAI-nin GPT-4o modelindən istifadə edən süni intellekt köməkçisi hazırlayıb.
Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
Böyük dil modeli olan ChatGPT-nin istifadəçi məlumatlarını icazəsiz ələ keçirdiyini iddia edən Elon Musk, Apple-ın istifadəçilərini böyük təhlükə qarşısında qoyduğunu bildirib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!