OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
Süni İntellekt
14.11.2023
Emil Nəcəfov
OpenAI şirkətinin CEO-su Sam Altman-ın sözlərinə əsasən şirkət GPT-5 adlı süni zəka modelinin hazırlanmasına start verib və bu istiqamətdə Microsoft-dan əlavə investisiyaların əldə olunmasına ümid edir. Məlumatda qeyd edilib ki, GPT-5 hal hazırda aktual olan GPT-4-ün daha təkmilləşdirilmiş versiyası olacaq. Altman yeni süni zəka modelinin nə zaman istifadəyə veriləcəyini açıqlamayıb.
Lakin o bildirib ki, OpenAI şirkətinin daha əvvəlki süni zəka modelləri ilə müqayisədə GPT-5-in təlimatlandırılması üçün daha çox məlumat lazım olacaq. Təlimatlandırma prosesi üçün lazım olan məlumatları isə şirkət açıq mənbələrdən və digər şirkətlərdən əldə etməyi planlaşdırır. Böyük süni zəka modellərinin hazırlanması çox baha başa gələn bir məşğuliyyətdir. Məhz bu səbəbdən də OpenAI şirkəti Microsoft və digər investorlarından əlavə investisiyaların cəlb olunmasına ümid edir. Qeyd etmək lazımdır ki, Microsoft artıq OpenAI-yə 10 milyard dollar investisiya yatırıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
Samsung şirkəti Gauss adlı generativ süni zəka sistemini təqdim edib.
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
Dünən OpenAI tərəfindən tərtibatçılar üçün keçirilmiş ilk konfrans çərçivəsində şirkətin CEO-su Sam Altman bildirdi ki, ChatGPT-nin həftəlik istifadəçi kütləsi artıq 100 milyonu keçib.
OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
OpenAI şirkəti GPTs adlı konstruktoru təqdim edib. Sözügedən konstruktor vasitəsilə istifadəçilər ChatGPT-yə xüsusi imkanları, spesifik bilikləri və bacarıqları əlavə edə bilərlər.
OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
Dünən OpenAI şirkətinin tərtibatçılar üçün keçirtmiş olduğu ilk konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsi təqdim edilib.
Ümumi süni zəka nə zaman ortaya çıxacaq?
Ümumi süni zəka nə zaman ortaya çıxacaq?
Google şirkətinə məxsus olan və süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının həmtəsisçisi və aparıcı süni zəka mütəxəssislərindən biri olan Shane Legg artıq uzun illərdir ki, öz proqnozunu dəstəkləməkdə davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ