Bloomberg saytının vermiş olduğu məlumata əsasən bir neçə müddət bundan öncə OpenAI şirkəti daxilində baş tutmuş iclas çərçivəsində şirkət əməkdaşları ümumi süni zəkanın (AGI) inkişafı üzrə yeni yol xəritəsini tərtib ediblər. Tərtib edilmiş yeni yol xəritəsinə əsasən OpenAI şirkəti ümumi süni zəkanın formalaşmasında inkişaf prosesini 5 mərhələyə ayırıb.
- Birinci mərhələ: Çat-botlar (danışıq dili imkanlarına sahib süni zəka)
- İkinci mərhələ: Mülahizə edə bilən süni zəka (insan səviyyəsində problemləri həll etmək bacarığı)
- Üçüncü mərhələ: Agentlər (istifadəçi adından əməliyyatları yerinə yetirə bilən sistemlər)
- Dördüncü mərhələ: Yenilikçilər (ixtira və kəşflərdə yardımçı olacaq süni zəka)
- Beşinci mərhələ: Təşkilatlar (bütün şirkətin işlərini görə biləcək süni zəka).
Məlumata əsasən OpenAI şirkəti hal-hazırda birinci mərhələdədir. Şirkət mənbələrinin sözlərinə əsasən ikinci mərhələ tapşırıqları artıq elmlər doktoru səviyyəsində yerinə yetirə biləcək.