main-post-cover

    OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!

    Süni İntellekt
    09.09.2024
    Farid Pardashunas

         OpenAI-nin bu payızda yeni nəsil süni intellekt modellərini bazara çıxaracağı gözlənilir. Son məlumatlara görə, yeni dil modelləri üçün aylıq abunə haqqı 2000 dollar kimi yüksək qiymətlə gələ bilər.

         OpenAI-nin rəhbərləri, Strawberry və Orion adlanacaq yeni dil modellərinə giriş üçün aylıq 2000 dollara qədər ödəniş tələb edirlər. Bu rəqəm, ChatGPT Plus abunəsi üçün hazırda tələb olunan 20 dollarlıq ödənişdən 100 dəfə çoxdur.
         Yüz milyonlarla istifadəçi ChatGPT-nin əsas xüsusiyyətlərinə pulsuz daxil ola bilər. Bununla belə, yeni modellərin mövcud imkanlardan kənara çıxması və riyazi problemlərin həlli, bazar strategiyalarının işlənib, hazırlanması və hərtərəfli tədqiqatların aparılması kimi funksiyalar təklif etməsi gözlənilir. 100 qatlıq qiymət artışının ilk mərhələdə əməliyyat tərəfdaşlarına tətbiq ediləcəyi bildirilib. Son dövrlərdə 100 milyard dollarlıq bir fond axtaran şirkət, böyük tərəfdaşlarına bu süni intellektləri aylıq 2000 dollar qarşılığında təqdim edə bilər. İşçilərin səhm satışlarına əsasən şirkətin dəyəri hazırda təxminən 86 milyard dollar civarındadır.
         Müxtəlif mənbələrin bildirdiyi məlumatlara görə, yeni investisiya raundunda Apple, Nvidia Microsoft kimi texnologiya nəhəngləri iştirak edə bilər. OpenAI, süni intellekt sahəsində liderliyini qorumağa çalışsa da, öz dil texnologiyalarını işə salan Google və Anthropic kimi rəqiblərlə rəqabət aparır. OpenAI GPT Next modeli, nəinki iş dünyasında səmərəliliyi artıracaq, həm də tədqiqat, səhiyyə və təhsil kimi sahələrdə yenilikçi ixtiralara qapı açacaq. Məsələn, tibbi tədqiqatlarda süni intellektin istifadəsi daha sürətli diaqnostika və müalicə üsullarını inkişaf etdirməyə imkan verə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    52 yaşlı şəxs süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilər sayəsində milyonlarla dollar vəsait qazanıb
    52-yasli-sexs-suni-zeka-vasitesile-tertib-edilmis-saxta-musiqiler-sayesinde-milyonlarla-dollar-vesait-qazanib
    İnternetdəki məzmunların nə qədərinin süni intellekt tərəfindən istehsal edildiyi məlum olub!
    internetdeki-mezmunlarin-ne-qederinin-suni-intellekt-terefinden-istehsal-edildiyi-melum-olub
    ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!
    chatgpt-e-it-sesi-de-daxil-8-yeni-ses-elave-olunur
    OpenAI şirkəti TSMC vasitəsilə 1.6 nanometrlik süni zəka çiplərini əldə edə bilər
    openai-sirketi-tsmc-vasitesile-16-nanometrlik-suni-zeka-ciplerini-elde-ede-biler
    Dünyada ilk dəfə olaraq, bir süni intellekt modeli, digər süni intellekt modelinə kriptovalyuta göndərib!
    dunyada-ilk-defe-olaraq-bir-suni-intellekt-modeli-diger-suni-intellekt-modeline-kriptovalyuta-gonderib