
Süni intellekt səbəbilə şirkətlər potensial yeni işçilərlə ənənəvi müsahibə formatına qayıdırlar
Süni İntellekt
13.08.2025
Emil Nəcəfov
Getdikcə daha çox şirkət işə qəbul zamanı yenidən canlı müsahibə formatına qayıdır. The Wall Street Journal yazır ki, bu, şirkətlərin süni intellekti köməkçi kimi gizlicə istifadə edən qeyri-səmimi namizədlərdən və ciddi kibertəhlükə yaradan dələduzlardan qorunmasına kömək edir. Son illərdə distant işləmənin məşhurlaşması və işə qəbul prosesini sürətləndirmək istəyi fonunda virtual müsahibələr geniş yayılmışdı. Lakin bu, bəzi namizədlərin, xüsusən texniki sahələrdə, müsahibə zamanı gizli şəkildə süni intellektdən köməkçi vasitə kimi istifadə etməsinə səbəb olub. Hətta bəzən müsahibələrə namizəd adı ilə qatılan dələduzlar məlumat və ya pul oğurlamağı məqsəd qoyurlar. Buna görə də Cisco Systems və Google da daxil olmaqla ABŞ-ın böyük şirkətləri canlı müsahibə praktikasını qismən də olsa bərpa etməyə başlayıblar. Bu, bütün vakansiyalara və ya bütün mərhələlərə şamil olunmasa da, Google rəhbəri Sundar Pichai belə namizədlərin əsas bacarıqlarının yoxlanılmasının vacibliyini vurğulayıb.

Ən ciddi problemlərdən biri proqram mühəndisi vəzifələri üzrə keçirilən müsahibələrlə bağlıdır - bu vakansiyaların əksəriyyəti, xüsusən kiçik şirkətlərdə, distant formatda həyata keçirilir, çünki bu format onlar üçün daha əlverişlidir. Lakin bu format, eyni zamanda, qeyri-səmimi namizədlərin suallara cavab vermək və test tapşırıqlarını yerinə yetirmək üçün süni intellekt xidmətlərindən gizli şəkildə istifadə etmələrini də asanlaşdırır. Canlı müsahibə formatına qayıdış əmək bazarında gözlənilməz bir dönüş olub. Burada işəgötürənlərlə namizədlər arasında süni intellekt üzərindən “silahlanma yarışı” daha da kəskinləşib: çoxsaylı müraciətləri filtrdən keçirmək üçün işəgötürənlər süni intellektdən istifadə edir, namizədlər isə buna qarşılıq olaraq suallara və test tapşırıqlarına cavab verərkən süni intellektdən istifadə ilə fırıldaqçılıq edirlər. Vəziyyət o qədər ciddiləşib ki, Şimali Koreyadan olan kibercinayətkarlar deepfake texnologiyasının köməyi ilə özlərini amerikalı kimi təqdim edib ABŞ şirkətlərində uzaqdan işə düzəlməyə başlayıblar.

Bu dələduzluq sxeminə qarşı Federal Təhqiqatlar Bürosu (FBI) rəsmi xəbərdarlıq da yayımlayıb. Bu il konsaltinq şirkəti Gartner 3000 namizəd arasında sorğu keçirib və onların 6%-i etiraf edib ki, virtual müsahibələr zamanı ya özlərini başqa biri kimi təqdim ediblər, ya da başqasının onların yerinə çıxış etməsinə imkan veriblər. Gartner analitiklərinin hesablamalarına görə, 2028-ci ilə qədər dünyada təqdim olunacaq hər 4 CV-dən 1-i reallığı əks etdirməyəcək. Təxminən 1 il yarım əvvəl McKinsey konsaltinq şirkətinin rəhbərliyi insan resursları mütəxəssislərinə tövsiyə edib ki, distant keçirilən müsahibələrə əlavə olaraq, namizədlərlə ən azı bir dəfə canlı görüş keçirilsin. Bu, xüsusilə gələcək əməkdaşın müştərilərlə birbaşa ünsiyyət tələb edən vəzifələrə iddia etdiyi hallarda, onun kollektivlə münasibət qurmaq bacarığını qiymətləndirmək üçün vacibdir.

Canlı müsahibələrə qayıdışın əlavə stimulu isə süni intellektdən istifadə edilən fırıldaq hallarında artım olub. Bu halların qarşısını almaq və real bacarıqları düzgün qiymətləndirmək üçün daha şəffaf və etibarlı üsullara ehtiyac duyulmağa başlanıb. Problem ondadır ki, reallığı əks etdirməyən CV-lər namizədi olduğundan daha mükəmməl göstərə bilər. Bu səbəbdən potensial işəgötürənlər video vasitəsilə aparılan müsahibə materiallarını daha diqqətlə təhlil etməli olurlar: cavabdan əvvəl pıçıltı və ya klaviatura səslərini eşitməyə çalışırlar. Namizədlərin tərcümeyi-hallarını yoxlayan və deepfake-ləri aşkarlayan xidmətlərə tələbat artır.
Məsələn, insan resursları proqram təminatı istehsalçısı Greenhouse hava limanları üçün sürətli şəxsiyyət identifikasiyası sistemi hazırlayan Clear şirkətini almaq niyyətində olduğunu açıqlayıb, Cisco Systems isə biometrik identifikasiya üzrə ixtisaslaşan bir şirkətlə tərəfdaşlıq layihəsi həyata keçirir. Bu texnologiya, namizədin özünü təqdim etdiyi şəxs olub-olmadığını təsdiqləməyə kömək edəcək. Bəzən isə sadəcə canlı müsahibənin aparılacağını bildirmək belə kifayət edir: Cisco Systems nümayəndələrinin dediklərinə görə, bu xəbərdarlıqdan sonra bəzi namizədlər sadəcə yoxa çıxır. Bu da o deməkdir ki, fiziki iştirak tələbi bəzi şübhəli halları avtomatik filtrdən keçirir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar

ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar
Böyük texnologiya şirkətləri, o cümlədən Intel, IBM və Google, vəzifələri süni intellekt vasitəsilə avtomatlaşdırmağa yönələrək müvəqqəti olaraq işçi qəbulunu dayandırırlar.
Süni intellekt qadınların tibbi problemlərini daha az əhəmiyyətli qəbul edir

Süni intellekt qadınların tibbi problemlərini daha az əhəmiyyətli qəbul edir
Respondentlərin tibbi rəyləri “xülasə etmək” üçün süni intellektdən istifadə etmələri üzrə 617 hal təhlil edildikdə məlum olub ki, əldə edilən nəticələr qadınlar və kişilər üçün fərqli olub.
ChatGPT ilə ünsiyyətdən sonra bir insan psixoz əldə edib

ChatGPT ilə ünsiyyətdən sonra bir insan psixoz əldə edib
60 yaşlı bir kişi sağlamlıq mövzusunda məsləhət almaq üçün ChatGPT-yə müraciət edib, bundan sonra o, pəhrizindən bütün xloru, o cümlədən yemək duzunu (natrium xlorid) çıxarmaq qərarına gəlib.
Sam Altman bir çox insanın ChatGPT-ni şəxsi psixoterapevt istifadə etməsindən narahatdır

Sam Altman bir çox insanın ChatGPT-ni şəxsi psixoterapevt istifadə etməsindən narahatdır
OpenAI-nin baş direktoru Sam Altman bir çox insanın ChatGPT-ni şəxsi psixoterapevt və ya həyat məşqçisi kimi istifadə etməyə başladığından narahatlığını bölüşüb. O, X sosial şəbəkəsindəki paylaşımında etiraf edib ki, belə yanaşma müsbət tərəflərə malik olsa da, bu hal onu ciddi şəkildə narahat edir.
GPT-5 süni intellekt modeli 24 saat ərzində sındırılıb

GPT-5 süni intellekt modeli 24 saat ərzində sındırılıb
İki müstəqil tədqiqat şirkəti yeni təqdim edilmiş GPT-5 neyron şəbəkəsini sınaqdan keçirib və onun təhlükəsizlik sistemində kritik boşluqlar aşkar ediblər. NeuralTrust modeli cəmi 1 gün ərzində GPT-5-i sındıraraq onu məişət şəraitində alışdırıcı qarışığın hazırlanması üzrə təlimat yaratmağa məcbur edib.
Həftənin xəbərləri

