main-post-cover

    Süni intellektin xaç atası: "Avtonom ölümcül silahlar müharibələri başlatmağı sadələşdirir"

    Süni İntellekt
    01.09.2025
    Emil Nəcəfov
         “Süni intellektin xaç atası” adlandırılan alim Geoffrey Hinton, qatil robotların meydana çıxmasının müharibələri daha təhlükəsiz etməyəcəyini bildirib. Onun sözlərinə görə, bu, sadəcə münaqişələrin başlanmasını asanlaşdıracaq, çünki insan resursunu və siyasi xərcləri azaldacaq. Jurnalist Katie Couric ilə müsahibəsində, hansı ki, onun YouTube kanalında dərc olunub, Hinton belə deyib: “ Əgər varlı bir ölkə kasıb bir ölkəyə hücum etmək istəsə, bu halda ölümcül avtonom silahlar - yəni kimin öldürüləcəyinə, kimin yaralanacağına özü qərar verən silahlar - böyük üstünlükdür. Varlı ölkələr kasıb ölkələrə hücum etmirlər, çünki onların vətəndaşları cəsəd torbalarında geri qayıdır. Əgər sizdə ölümcül avtonom silah varsa, ölən insanlar əvəzinə ölü robotlar geri qayıdacaq”.
    Geoffrey Hinton:
         Bu dəyişiklik hökumətləri müdafiə sənayesi podratçılarının - hərbi-sənaye müəssisələrinin - zənginləşməsi naminə müharibələrə başlamağa təşviq edə bilər. Hinton bildirib: “Bu, hərbi-sənaye kompleksi üçün sadəcə əla olacaq, çünki yeni robotlar bahalıdır”. Hinton qeyd edib ki, süni intellekt artıq döyüş meydanını dəyişir. Onun sözlərinə görə, tamamilə aydındır ki, o artıq müharibə aparma üsullarını dəyişib. İndi 500$-a başa gələn pilotsuz uçuş aparatı bir neçə milyon dollar dəyərində tankı məhv edə bilər. O əlavə edib ki, ənənəvi texnika köhnəlmiş kimi görünməyə başlayır.
         “Hazırda pilotlu qırıcı təyyarələr absurddur. Əgər onları süni intellektlə təchiz etsək, onlar daha yüksək yüklənməyə tab gətirə biləcəklər və insan itkiləri barədə bu qədər narahat olmağa ehtiyac qalmayacaq”. Geoffrey Hinton Google-un süni intellekt üzrə tədqiqat bölməsinə rəhbərlik edirdi, lakin 2023-cü ildə yaratmağa kömək etdiyi texnologiyanın etik nəticələrinə dair artan narahatlıqlar səbəbindən vəzifəsindən ayrıldı. O hesab edir ki, uzunmüddətli perspektivdə süni intellekt yalnız bütün rutin işi aradan qaldırmayacaq, həm də bəlkə də insanlığın özünü məhv edəcək. “Bu şey həqiqətən insanlardan daha ağıllı ola bilər və bu, 30-50 ildən sonra deyil, xeyli daha tez baş verəcək” - deyə o, qərarının motivlərini izah edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt kadr seçimi üzrə daha yaxşı nəticələr sərgiləyib
    suni-intellekt-kadr-secimi-uzre-daha-yaxsi-neticeler-sergileyib
    Süni intellekt elektrik şəbəkələrinə fiziki zərər yetirə bilər
    suni-intellekt-elektrik-sebekelerine-fiziki-zerer-yetire-biler
    OpenAI səsli köməkçilər üçün nəzərdə tutulmuş GPT-Realtime adlı süni intellekt modelini təqdim edib
    openai-sesli-komekciler-ucun-nezerde-tutulmus-gpt-realtime-adli-suni-intellekt-modelini-teqdim-edib
    Microsoft öz 2 süni intellekt modelini təqdim edib
    microsoft-oz-2-suni-intellekt-modelini-teqdim-edib
    İlk süni intellekt əsaslı virus aşkar edilib
    ilk-suni-intellekt-esasli-virus-askar-edilib