Süni zəka hal hazırda iş yerləri sayından daha çox maaş səviyyəsinə təsir göstərir
Süni İntellekt
30.11.2023
Emil Nəcəfov
Analitiklərin çoxu süni zəka sistemlərinin biznesə inteqrasiya edilmələrinin əmək bazarındakı ixtisarlara səbəb olacaqları barəsində danışırlar. Lakin Avropa Mərkəzi Bankının təqdim etmiş olduğu tədqiqat nəticələrinə əsasən hal hazırki mərhələdə süni zəka texnologiyaları iş yerlərinin sayından daha çox əmək haqları səviyyəsinə təsir göstərir. Reuters saytı Avropa Mərkəzi Bankının tədqiqatına istinadən bildirib ki, hal hazırki mərhələdə süni zəka texnologiyalarının inteqrasiyası nəticəsində iş yerlərinin itməsindən daha çox yeni iş yerləri formalaşır. Bununla belə aşağı və ya orta ixtisaslaşmış işçiləri əhatə edən vakansiyalar hələ ki, süni zəka texnologiyalarının neqativ təsirlərinə məruz qalmayıblar.
Aparılmış tədqiqat çərçivəsində mütəxəssislər Avropanın 16 ölkəsinin əmək bazarını analiz ediblər. Mütəxəssislər aktiv şəkildə yayılan süni zəka texnologiyalarının təsirləri altında qalan məşğulluq sahələrinə fikir veriblər. Mütəxəssislər bildiriblər ki, ümumi iqtisadiyyatda durğunluğun yaşanmasına baxmayaraq işəgötürənlər hələ də yüksək ixtisaslaşmış işçilərə tələb duyurlar. Süni zəka texnologiyalarının aktiv şəkildə yayılması ilə bu cür vakansiyaların sayı da artır. Bununla belə süni zəka texnologiyalarının əmək haqları səviyyəsinə müəyyən təsirləri müşahidə edilir.
Mütəxəssislərin fikirlərinə əsasən bu təsir daha da güclənəcək. Təbii ki, süni zəka terxnologiyalarının aktiv şəkildə yayılması nəticəsində digər hallara da rast gəlinəcək. Lakin mütəxəssislər düşünürlər ki, hal hazırki mərhələdə narahatçılığa əsas yoxdur. Onların sözlərinə əsasən İT sahədəki digər yeniliklərin geniş yayılmaları nəticəsində daha öncə orta ixtisaslaşmış işçilərin saylarında azalmalar olurdu. Lakin süni zəka texnologiyalarının hal hazırki yayılma mərhələsində bu hal müşahidə edilmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
“What Now?” adlı podkasta müsahibə vermiş Bill Gates süni zəka texnologiyasının sürətli inkişafı barəsində fikirlərini səsləndirib.
OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
Reuters saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad olunmasından bir neçə müddət öncə şirkətin bir neçə elmi əməkdaşı direktorlar şurasına məktub göndəriblər və həmin məktubda süni zəkanın hazırlanma prosesində heyrətləndirici sıçrayışın olduğu qeyd edilib.
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Diffusion generativ süni zəka sistemini yaratmış Stability AI şirkəti Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemini təqdim edib.
Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
ChatGPT kimi süni zəka sistemlərinin inteqrasiyası 2033-cü ilə kimi ABŞ və Böyük Britaniyadakı işçilərin 28%-nin 4 günlük iş həftəsinə keçid etmələrinə imkan verə bilər.
Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
Hava şəraitini 10 gün öncədən dəqiq proqnozlaşdıran süni zəka sistemi hazırlanıb
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası 10 gün müddətinə ən dəqiq hava proqnozlarını tərtib etməyi bacaran süni zəka sistemini hazırlayıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!