main-post-cover

    Süni zəka kod yazmaq üçün proqramçıların işini sürətləndirmir, əksinə ləngidir

    Süni İntellekt
    14.07.2025
    Emil Nəcəfov
         Qeyri-kommersiya təşkilatı METR tərəfindən aparılmış tədqiqat göstərib ki, mövcud süni zəka alətlərindən proqramlaşdırmada yardım məqsədilə istifadə edilməsi işin sürətini artırmaq əvəzinə, hətta təcrübəli proqramçılar üçün belə işi yavaşlada bilər. Gözlənilirdi ki, Cursor GitHub Copilot kimi tanınmış süni zəka kodlaşdırma alətləri avtomatik kod yazma yolu ilə proqramçıların məhsuldarlığını artıracaq. Lakin aparılmış tədqiqat bu faktı təsdiqləməyib. OpenAI, Google DeepMind, Anthropic xAI kimi şirkətlərin güclü modellərinə əsaslanan Cursor və GitHub Copilot, şübhəsiz ki, proqram təminatının hazırlanması sahəsində böyük irəliləyiş nümayiş etdirirlər. Bununla belə, 10 iyul tarixində METR tərəfindən aparılmış test, bu faydanın real dərəcəsini şübhə altına atır.
         Təcrübədə açıq mənbəli proqram təminatı üzərində çalışan 16 təcrübəli proqramçı iştirak edib. Onlara, adətən özləri işlədikləri iri repozitoriyalardan götürülmüş 246 real tapşırığı yerinə yetirmək təklif olunub. Tapşırıqların yarısı inkişaf etmiş süni zəka alətləri, o cümlədən Cursor Pro ilə, digər yarısı isə bu alətlərdən istifadə olunmadan yerinə yetirilib. Testə başlamazdan əvvəl tərtibatçılar güman edirdilər ki, süni zəka tapşırıqların yerinə yetirilmə vaxtını 24% azaldacaq. Lakin nəticələr tam əksinə oldu: süni zəka köməkçilərinin istifadəsi orta hesabla iş vaxtını 19% artırdı. Tədqiqatçılar qeyd ediblər ki, bu nəticə gözlənilməz olub, çünki avtomatlaşdırmanın prosesi sürətləndirəcəyi düşünülürdü, tərsinə olması isə təəccüb doğurub.
         Bununla belə, iştirakçıların yalnız 56%-i əvvəllər Cursor ilə işləyib, baxmayaraq ki, demək olar ki, hamısı (94%) böyük dil modellərinə əsaslanan veb interfeyslərdən istifadə təcrübəsinə malik olublar. Təcrübədən əvvəl tərtibatçılara bu alətlə işləmək öyrədilib ki, təcrübə çatışmazlığının nəticələrə təsiri minimuma endirilsin. Nəticədə məlum olub ki, süni zəkaya yazılı sorğular formalaşdırmaq və cavab gözləmək üçün sərf olunan vaxt, birbaşa proqramlaşdırma ilə müqayisədə işi əhəmiyyətli dərəcədə yavaşladır. Əlavə olaraq aydınlaşıb ki, süni zəka böyük və mürəkkəb kodlarla işləməkdə çətinlik çəkir. Tədqiqatın müəllifləri vurğulayıblar ki, hələlik qəti nəticə çıxarmırlar, baxmayaraq ki, onların sözlərinə görə, süni zəka sistemləri heç olmasa təcrübəli proqramçılar üçün səmərəsizdir. Eyni zamanda onlar əlavə ediblər ki, texnologiyalar çox sürətlə inkişaf edir və təcrübənin nəticələri artıq 3 ay ərzində köhnələ bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəka botları heç də yaxşı psixoloq deyillər
    suni-zeka-botlari-hec-de-yaxsi-psixoloq-deyiller
    Süni zəka virusları bəzi hallarda Microsoft Defender-dən yan keçə bilirlər
    suni-zeka-viruslari-bezi-hallarda-microsoft-defender-den-yan-kece-bilirler
    Apple insan sağlamlığının vəziyyətini 92%-lik dəqiqliklə təyin edən süni zəka modeli yaradıb
    apple-insan-saglamliginin-veziyyetini-92-lik-deqiqlikle-teyin-eden-suni-zeka-modeli-yaradib
    Microsoft milyonlarla insanın süni zəkadan istifadənin öyrədilməsinə 4 milyard dollar vəsait ayırıb
    microsoft-milyonlarla-insanin-suni-zekadan-istifadenin-oyredilmesine-4-milyard-dollar-vesait-ayirib
    Süni zəka qan vasitəsilə bağırsaq xərçəngini istənilən mərhələdə dəqiq təyin edir
    suni-zeka-qan-vasitesile-bagirsaq-xercengini-istenilen-merhelede-deqiq-teyin-edir