Məşhur hərrac evi Christie’s, generativ neyron şəbəkələrdən istifadə edərək yaradılmış əsərlərin nümayiş olunacağı "Augmented Intelligence" adlı hərrac sərgisi keçirəcəyini elan edib. Tənqidçilər artıq sərginin ləğv edilməsi üçün imza toplamağa başlayıblar. Lakin təşkilatçılar bunun etik qaydaları pozmadığını düşünürlər. Bu, Christie’s-in bu tip ilk tədbiri olacaq. Lakin bu, şirkət üçün bu sahədə ilk təcrübə deyil.
Baş tutacaq sərgidə təqdim ediləcək rəsm əsərlərindən biri:
2018-ci ildə neyron şəbəkə tərəfindən yaradılmış bir rəsm əsəri hərracda satılmış və alıcı həmin rəsm əsərinə 430 000$-dan çox vəsait ödəmişdi. 20 fevralda start götürəcək sərgidə müxtəlif müasir süni zəka "rəssamlarının" əsərləri təqdim olunacaq. Layihəyə artıq ilk tənqidlər yönəldilib. Bəzi tənqidçilər iddia edirlər ki, neyron şəbəkələr real rəssamların əsərləri üzərində öyrədildiyi üçün bu sərgi süni zəka vasitəsilə yaradılan işləri, əl ilə sənət yaradan insanlardan üstün tutur.
2018-ci ildə satılmış rəsm əsəri:
Hərracın ləğvini tələb edən açıq məktub artıq 3900-dən çox imza toplayıb. Buna cavab olaraq, Christie’s nümayəndələri bildiriblər ki, sərgidə iştirak edəcək bütün müəlliflər geniş və çoxşaxəli bədii təcrübəyə malikdirlər. Onların sözlərinə görə, bu sənətçilər neyron şəbəkələrdən yalnız öz yaradıcılıqlarını təkmilləşdirmək üçün istifadə edirlər. Həmçinin vurğulanıb ki, süni zəka alqoritmləri də məhz bu əsərlər əsasında öyrədilib.