
Tibbi çat-botlar hələ ki, düzgün məsləhətlər verə bilmirlər
Süni İntellekt
06.05.2025
Emil Nəcəfov
Hamının həkimə və ya xəstəxanaya getmək imkanı yoxdur, buna görə də tibbi çat-botların meydana çıxması, peşəkar tibbi məsləhət almaq üçün sadə və daimi çıxış yolu kimi ümid yaratdı. Gələcəkdə bu, yəqin ki, mümkün olacaq, lakin hazırkı araşdırmalar göstərib ki, tibbi çat-botlar pasientə kömək etməkdən çox onu çaşdırırlar. Süni zəkanın tibbi sahədəki qeyri-qənaətbəxş vəziyyəti barədə Böyük Britaniyada yerləşən Oksford Universitetinin nəzdindəki Oxford Internet Institute tədqiqat mərkəzinin alimləri məlumat veriblər. Onlar bu məqsədlə 1300 könüllüyə müxtəlif xəstəliklər üzrə ssenarilər (simptomlar) təqdim ediblər və onlardan internetdə, o cümlədən tibbi çat-botlarla ünsiyyət vasitəsilə cavab tapmağa çalışmaları istənilib.

“Tədqiqat ikitərəfli əlaqənin pozulduğunu üzə çıxardı” - deyə işin müəllifləri bildiriblər. “Çat-botlardan istifadə edənlər, ənənəvi üsullara - məsələn, onlayn axtarışa və ya şəxsi mühakiməyə əsaslanan iştirakçılardan daha yaxşı qərar qəbul etmirdilər”. İstifadəçilər şəxsi bacarıqlardan, məlumat mənbələrindən və tibbi sahədə ixtisaslaşmış böyük dil modellərindən - məsələn, ChatGPT, GPT-4o, həmçinin Cohere şirkətinin Command R+ və Meta-nın Llama 3 modelindən yararlanıblar. Sonrakı analiz göstərib ki, çat-botlarla ünsiyyət düzgün diaqnoz qoyma ehtimalını azaldıb və xəstənin vəziyyətinin ciddiliyinin düzgün qiymətləndirilməməsinə səbəb olub.

Alimlər qeyd edirlər ki, təcrübə iştirakçıları çat-botlara müraciət edərkən tez-tez əsas detalları buraxır və ya şərh olunması çətin olan cavablar alırdılar. Tədqiqatçılar vurğulayırlar ki, hazırkı vəziyyətdə açıq mənbəli tibbi süni zəkadan istifadə təkcə lazım deyil, həm də çox vaxt zərərlidir. Özünü müalicə etmək olmaz və çat-botlar vasitəsilə diaqnostika - bu, tam şəkildə özünü müalicədir. Sağlamlıqla bağlı problemlər aşkarlandıqda mütləq insan mütəxəssisə müraciət olunmalıdır. Əgər gələcəkdə tibbi çat-botlara rəsmi diaqnoz qoymaq səlahiyyəti verilərsə, bu ancaq klinik sınaqlardan sonra, bu gün yeni dərmanların qəbul olunmasında olduğu kimi, mümkün olacaq.
Mənbə: Techcrunch
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
BƏƏ-də bütün uşaqlar süni zəka ilə bağlı tədrisə başlayacaqlar

BƏƏ-də bütün uşaqlar süni zəka ilə bağlı tədrisə başlayacaqlar
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2025-ci ildən etibarən süni zəkanı məktəbəqədər və məktəb təhsil proqramına daxil etməyi planlaşdırır və bununla da regionda uşaqları erkən yaşdan süni zəka ilə işləməyə öyrədən ilk ölkələrdən biri olacaq.
Google Gemini süni zəka modellərindən birinin təhlükəsizlik baxımından zəif olduğu məlum olub

Google Gemini süni zəka modellərindən birinin təhlükəsizlik baxımından zəif olduğu məlum olub
Google-un daxili qiymətləndirmələrinə əsasən, bir neçə müddət öncə təqdim edilmiş süni zəka modeli bəzi təhlükəsizlik testlərində əvvəlki versiyadan daha zəif nəticə göstərib.
Visa və Mastercard süni zəka əsaslı alış-verişlərə start verəcəklər

Visa və Mastercard süni zəka əsaslı alış-verişlərə start verəcəklər
Süni zəka təkcə startap dünyasına daxil olmaqla kifayətlənmir. İndi isə kredit kartı nəhəngləri Visa və Mastercard da süni zəka sahəsinə daxil olurlar.
Wikipedia süni zəka vasitəsilə öz redaktorlarını rutin işlərdən azad edəcək

Wikipedia süni zəka vasitəsilə öz redaktorlarını rutin işlərdən azad edəcək
Wikipedia internet ensiklopediyasında süni zəkanın istifadəsinə dair yeni strategiyasını elan edib, lakin vacib bir qeyd ilə - süni zəka canlı redaktorları əvəz etməyəcək.
Nyu-York metropoliteni cinayətlərin süni zəka ilə proznolaşdırılmasından istifadəni nəzərdən keçirir

Nyu-York metropoliteni cinayətlərin süni zəka ilə proznolaşdırılmasından istifadəni nəzərdən keçirir
Nyu-Yorkun Metropoliten Nəqliyyat İdarəsi (MTA) şəhərin metro platformalarında cinayət və təhlükəli davranışların proqnozlaşdırılaraq qarşısının alınması üçün süni zəka sistemlərindən istifadə imkanını araşdırdığını bildirib.
Həftənin xəbərləri

