main-post-cover

    Wikipedia süni intellekt tərəfindən tərtib edilmiş məqalələri siləcək

    Süni İntellekt
    07.08.2025
    Emil Nəcəfov
         İnternet süni intellekt tərəfindən yaradılmış informativ tullantılarla dolmağa başlayıb ki, bu da Wikipedia üçün ekzistensial bir təhdid yaradır. Çünki açıq giriş bu informasiya resursunun əsas gücü və dezinformasiyaya qarşı mübarizənin əsas vasitəsidir. Wikipedia-nın yeni siyasətinə əsasən, administratorlar artıq süni intellekt tərəfindən yaradılmış məqalə və düzəlişləri, o cümlədən mövcud olmayan mənbələrə verilən keçidləri sürətli şəkildə silə biləcəklər. Yeni qaydalara uyğun olaraq, Wikipedia administratorları böyük dil modellərindən istifadə edilməklə açıq şəkildə yaradılmış məqalə və düzəlişləri tez bir zamanda silmək səlahiyyətinə və alətlərinə sahib olublar. Bu, könüllü redaktorlar və administratorlar arasında uzun müzakirələrə ehtiyac qalmadan silinməyə imkan verən mövcud “sürətli silmə” prosedurunun genişləndirilməsidir.
         Yeni və ya əhəmiyyətli dərəcədə yenidən yazılmış məqalələrdə süni intellektlə yaradılma əlamətlərinin olub-olmadığı qiymətləndirilir - məsələn, “Budur sizin Wikipedia məqaləniz…” kimi ifadələr və ya mövcud olmayan mənbələrə verilmiş istinadlar. Bu cür hallar müəllifin yazdığı məqaləni hətta oxumadığını göstərə bilər. Əgər məqalə avtomatik generasiyanın bu kimi açıq əlamətlərini nümayiş etdirirsə, onu “sürətli silmə” seçimi ilə silmək mümkündür. Bu funksiya əvvəllər yalnız açıq-aşkar mənasız və ya zəif gizlədilmiş reklam xarakterli yazılar üçün istifadə olunurdu. Wikimedia redaktoru Ilyas Lebleu bildirib ki, əvvəllər silinən əksər məqalələr 1 həftəlik müzakirə mərhələsindən keçirdi.
         Lakin avtomatik yaradılmış kontentin artması səbəbindən keyfiyyətsiz materiallarla mübarizə üçün daha çevik üsullara ehtiyac yaranıb. Lebleu-nun sözlərinə görə, yeni tədbir süni intellektlə yaradılmış ən bariz hallarla mübarizə üçün bir növ “yamaq” funksiyası daşıyır. Lakin bu cür kontentin artmaqda olan axını ilə bağlı əsas problem hələ də həll olunmamış qalır. Wikimedia-nın informativ tullantıların sürətli silinməsi ilə bağlı yeni siyasəti, bu ilin əvvəlində baş vermiş dəyişikliklərin məntiqi davamıdır. Həmin vaxt redaktorlar böyük səs çoxluğu ilə süni intellekt tərəfindən yaradılmış məqalə annotasiyalarını rədd etmişdilər. “Wikipedia brendi - etibarlılıq, dəyişikliklərin izlənə bilməsi və ‘hər kəsin düzəliş edə bilməsidir’. Süni intellekt isə bu anlayışların tam əksidir” - deyə Wikipediaredaktoru Bawolff bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb
    windows-da-klaviatura-ile-sicanin-suni-intellekt-ile-ne-zaman-evezleneceyi-aciqlanib
    Anthropic şirkəti Claude Opus 4.1 süni intellekt modelini təqdim edib
    anthropic-sirketi-claude-opus-41-suni-intellekt-modelini-teqdim-edib
    OpenAI açıq mənbəli iki süni intellekt modelini təqdim edib
    openai-aciq-menbeli-iki-suni-intellekt-modelini-teqdim-edib
    Microsoft virus və zərərli proqram təminatlarının avtonom axatışı üçün süni intellekt prototipini təqdim edib
    microsoft-virus-ve-zererli-proqram-teminatlarinin-avtonom-axatisi-ucun-suni-intellekt-prototipini-teqdim-edib
    Google 3D dünyalar yarada bilən süni intellekt sistemini təqdim edib
    google-3d-dunyalar-yarada-bilen-suni-intellekt-sistemini-teqdim-edib