main-post-cover

    Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər

    Süni İntellekt
    04.11.2023
    Emil Nəcəfov
         Çin Elmlər Akademiyasının alimləri iddia edirlər ki, onlar Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qaldığı fərziyyəsinin yeni sübutlarını aşkar ediblər. Çox güman ki, qalıqlar 4.5 milyard il bundan öncə Yer kürəsi ilə toqquşmuş Teya adlı nəzəri planetə aiddir. Fərziyyəyə əsasən iki kosmik obyektin toqquşması nəticəsində kosmosa işfraz edilmiş qalıqlardan Ay formalaşıb. Güman olunur ki, müəyyən müddətdən sonra Yer kürəsi ilə Teyanın süxurları bir-birilərinə qarışıblar.
         Lakin Çin Elmlər Akademiyasının mütəxəssisləri iddia edirlər ki, əslində bu belə olmayıb. Mütəxəssislər LLVP anomaliyası kimi adlandırılan iki böyük maddələr təbəqəsini analiz ediblər. Həmin anomaliyalar seysmoloqlar tərəfindən son onilliklər ərzində mantiyanın aşağı ara qatlarında və nüvənin səthinə yaxın sahələrdə müşahidə edilib.
         Lakin indi məlum olub ki, həmin anomaliyalar özlərində çoxlu sayda təsirsiz qazları və Günəş sisteminin ilkin tərkibini təşkil etmiş digər çoxlu maddələri birləşdirirlər. Daha sonra alimlər iki planetin toqquşması nəticələrini hesablayıblar və belə qənaətə gəliblər ki, Teya ilə toqquşma öz növbəsində Yer kürəsində seysmik anomaliyaların formalaşması ilə yanaşı planetimizin mantiyasının iki laylı struktura sahib olmasına səbəb olub. Məhz buna görə Yer kürəsi mantiyasının yuxarı və aşağı süxurlarının kimyəvi tərkibləri bir-birilərindən fərqlənirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
    ayin-yasi-daha-once-dusunulduyunden-daha-cox-imis
    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
    yupiterin-peyki-ionun-keyfiyyetli-fotolari-cekilib