Birbank və Visa-dan yeni kampaniya: “Disneyland® Paris”ə səyahət şansı
Tech-Azərbaycan
20.11.2025
Sevinc Miralizade
“Disneyland® Paris-də Sehirli Dünyaya Visa dəstəyi ilə səyahət” adlı kampaniya çərçivəsində Birbank Visa taksit və debet kart sahibləri unudulmaz səyahət və pul mükafatları qazanmaq şansı əldə edirlər.
Bunun üçün sadəcə xarici onlayn platformalarda və xarici ölkələrdə POS-terminallarda Birbank Visa kartları ilə ödəniş etmək yetərlidir. Kampaniya 30 noyabr 2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2 kateqoriya üzrə aparılacaq. Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000 nəfər Birbank müştərisi qalib olacaq. Onlardan hər kateqoriyadan bir nəfər olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni “Disneyland® Paris”ə unudulmaz səyahət paketi əldə edəcək. Digər qalibləri isə dəyərli pul mükafatları gözləyir:
3-cü yer – 1000 AZN
4-5-ci yerlər – 500 AZN
6-10-cu yerlər – 300 AZN
11-20-ci yerlər – 200 AZN
21-50-ci yerlər – 100 AZN
51-200-cü yerlər – 50 AZN
Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək yerləri tutan iştirakçıların hər birinə 20 AZN təqdim ediləcək. Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib: “Biz müştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz təcrübələr yaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və biz bu təcrübəni ölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini maraqlı imkanlarla zənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsi deyil, həm də onları “Disneyland® Paris” kimi arzulanan məkanlara apara biləcək bir açar olduğunu bilsinlər”.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya
Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir.
Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi
Tələsin və indi qoşulun! 100 000 nəfər Toyota Corolla və yüzlərlə bonus qazanmaq şansı əldə etdi
Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyasına artıq minlərlə iştirakçı qoşulub. Bu lotereyada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirlər. Artıq 100 000 nəfər Birbonuslu Toyota Corolla avtomobili və yüzlərlə bonus qazanmağa daha yaxındır.
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Tələbələrə şad xəbər! Ölkənin ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16 oktyabr tarixində start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı
Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı.
Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Birbank müştəriləri üçün unikal imkanların əhatəsini genişləndirir. Belə ki, artıq Kapital Bank-a məxsus əməkhaqqı və təqaüd kartları ilə edilən ödənişlər də bonus qazandırır.
Həftənin xəbərləri