“Kontakt”da Böyük Cümənin son həftəsi: MƏHSULLAR SÜRƏTLƏ AZALIR
Tech-Azərbaycan
25.11.2025
Sevinc Miralizade
“Kontakt”da “Böyük Cümə”nin əsas və son endirim həftəsi indi olsa da, müştərilər sərfəli qiymətləri görüb kampaniyanın ilk günlərindən alış-verişə başlayıblar. Bir sıra məhsullara tələb rekord həddə çatıb. Amma bu, seçimlərin azaldığı anlamına gəlmir. Şəbəkə yarım ildən çoxdur hazırlaşdığı kampaniya üçün stokları fasiləsiz yeniləyir. Sadəcə fürsəti ertələməyin: ən çox axtarılan modellər hər gün sürətlə seçilir, dəyərləndirmək üçün isə ən doğru an məhz indi gəlir.
Alış-verişə vaxtında başlayan müştərilər deyir ki, “Kontakt”ın builki 70%-dək endirimli “Böyük Cümə”si elə təkliflərlə başlayıb ki, insan seçim qarşısında çox düşünmür, “ya indi aldım, ya da daha baha aldım” deyir.
Üstəlik, şəbəkə bu dəfə yalnız qiymətləri yox, rahatlığı da əlçatan edib: çünki indi istənilən məhsulun endirimli qiymətini 24 aya bölüb ödəmək imkanı var. Bu isə ən yaxşı kombinasiyanı yaradır: həm böyük endirim, həm də büdcəni yormayan aylıq ödəniş.
Yalnız bu həftə aktual olacaq limitli təkliflər də bunu sübut edir. Hazırda stokda olsalar da, marağın yüksəkliyi səbəbindən “ən çox axtarılanlar” siyahısının liderləridir, yəni onları almaq üçün ən ideal vaxtdır:
• 50% endirimli Samsung paltaryuyanı: 6,5 kq tutumu, A+++ enerji sinfi və 12 yuma proqramı ilə bu model “təmizliyin texnologiya ilə birləşmiş ən sərfəli formasıdır”. Bu rahatlıq normalda 1200 manatdır, amma Böyük Cümədə cəmi 600 manata evinizə gəlməyə hazırdır. Tələbat yüksəkdir və yuma proqramlarında olduğu kimi burada da “sürətli rejim” işə düşüb.
• 1000 manata Playstation 5 Slim: Bu ad artıq sadəcə oyun konsolu deyil. Evdə axşam planını 180° dəyişən bir “macəra generatorudur”. Bu “macəra” indi o qədər də əlçatmaz deyil, çünki sadəcə 1000 manata adrenalinə bürünmək mümkün oldu. Oyunsevərlər ilk gündən seçim edir, amma yenilənən stok sayəsində fürsət hələ də aktualdır.
- 100 manata Tefal tozsoranı: 750 vatt gücü, xüsusi başlıqları və Effiwatts texnologiyası ilə Tefal tozsoranı hər evin “yorulmaz köməkçisidir”. Bu model Böyük Cümənin ən sevilən sürprizlərindən biri olaraq 300 yox, 100 manata satılır. Qiymətinə görə ən sürətli seçilən məhsullardan biridir, amma hazırda rəflərdədir, gecikmədən götürən qazanır.
- Samsung Galaxy S25 Ultra 700 manat endirimdə:
Dynamic AMOLED 2X ekran, güclü prosessor, gecə çəkilişlərini gündüz kimi göstərən kamera: S25 Ultra artıq bir smartfon yox, əlinizdə mini yaradıcı studiyadır. Bu “güc bloku” bu il Böyük Cümədə 2850 deyil, 2150 manata əlçatandır. Tələbat yüksəkdir, vaxtında reaksiya verən ideal qiyməti tutur.
- 63% endirimli Tefal qazan dəsti: Yanmaz–yapışmaz səthi, 6 parçalı tam cehizlik komplekt və mətbəxə həm zövq, həm funksionallıq gətirən dizayn… Bu dəst normalda 400 manatdır, amma indi 150 manata təklif olunur. Həm ailəyə, həm cehiz alışına ən sərfəli seçimlərdən biri olduğu üçün sürətlə seçilir.
Bu təkliflər yalnız bu həftə - noyabrın 30-dək qüvvədədir. Yəni, “Kontakt”ın builki Böyük Cüməsində endirimlərin böyük, şərtlərin rahat, məhsulların isə limitli olması mağazalarda əsl yarış havası yaradıb. Sürətlə keçən vaxtda məhsullar da sürətlə tükənir. Odur ki, vaxt itirmədən ən yaxın “Kontakt” mağazasına və ya kontakt.az saytına baş çəkərək arzuları əlçatan etməyin əsl vaxtıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir
Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir
Meta 31 dekabradək istifadəçilərə köhnə eynək və qulaqlıqlarını təhvil verərək yeni ağıllı eynəkləri daha ucuz almaq imkanı yaradır.
ChatGPT alış-veriş üçün yeni köməkçisini təqdim etdi
ChatGPT alış-veriş üçün yeni köməkçisini təqdim etdi
ChatGPT-nin yeni alış-veriş köməkçisi məhsulları müqayisə etməyi və endirimləri tapmağı daha sürətli və rahat edir.
“Kontakt” müştərilərə şəffaflıq və dürüstlük prinsipləri ilə yanaşır
“Kontakt” müştərilərə şəffaflıq və dürüstlük prinsipləri ilə yanaşır
Son günlər mediada “Kontakt” mağazalarında satılan “Hoffmann” markalı məhsulların
mənşəyi ilə bağlı şirkətimizə yönəlmiş bir sıra əsassız iddialar yayılıb.
“Kontakt”da ilin ən böyük endirimləri başladı – 70%-DƏK ENDİRİM
“Kontakt”da ilin ən böyük endirimləri başladı – 70%-DƏK ENDİRİM
İlin çox gözlənin endirim dalğasının ilk xəbəri “Kontakt”dan gəldi. Şəbəkə bu gündən etibarən ilin ən ağlasığmaz endirim kampaniyasına start verib. İndi “Kontakt”dan sevdiyiniz bütün məhsulları “ya indi, ya da heç vaxt” deyərək nağd alışda 70%-dək endirimləri ilə əldə edə bilərsiniz.
"Kontakt" Bakıxanovda sayca 2-ci mağazası yenilədi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
"Kontakt" Bakıxanovda sayca 2-ci mağazası yenilədi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR!
“Kontakt” Bakı sakinlərini bu dəfə Bakıxanovdan sevindirdi. Şəbəkənin
Bakıxanov qəsəbəsində yerləşən sayca ikinci mağazası müasir və yenilənmiş
dizaynda müştərilərin ixtiyarına verildi. Təntənəli açılış günü əyləncəli
musiqilər və sürpriz hədiyyələr ilə bütün ziyarətçilərə xoş anlarla yaşatdı.
Həftənin xəbərləri