ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
Tech-Biznes
04.09.2024
Emil Nəcəfov
Bloomberg saytının vermiş olduğu məlumata əsasən ABŞ-ın Ədliyyə Nazirliyi NVIDIA və ona bənzər şirkətləri antimonopoliya istintaqı ilə bağlı ifadə vermək üçün cəlb etməyə başlayıb. Bu proses öz növbəsində nazirliyi NVIDIA şirkətinə qarşı formal ittihamların qaldırılmasına yaxınlaşdırır. Belə ki, nazirliyin fikrincə NVIDIA şirkəti öz müştərilərinin digər şirkətlərin məhsullarına keçidlərdə maneələr yaradır və yalnız onun məhsullarını əldə etməyən müştərilərini cəzalandırır. Bloomberg saytı ilk dəfə bu antimonopoliya istintaqı barəsində iyun ayında xəbər vermişdi.
Aparılan istintaqda əsas rolu Ədliyyə Nazirliyinin San-Fransiskodakı nümayəndəliyi oynayır. İstintaqı aparanlar ilk növbədə NVIDIA-nın böyük müştəriləri arasında bu şirkətin biznes praktikası barəsində sorğu aparıblar. NVIDIA start götürmüş istintaq barəsində fikir bildirməkdən imtina etsə də, qeyd edib ki, onun bazardakı dominant vəziyyəti məhsullarının yüksək keyfiyyəti ilə bağlıdır. Qeyd etmək lazımdır ki, iyun ayında NVIDIA qısa müddət ərzində bazar dəyəri üzrə ən böyük ictimai şirkət statusunu qazandıqdan sonra antimonopoliya nümayəndələrinin diqqətlərini cəlb edib.
Şirkətin dövriyyəsi artıq neçənci rübdür ki, yüksəlməkdə davam edir. Bundan əlavə olaraq tənzimləyici orqanlar NVIDIA-nın süni zəka sahəsində fəaliyyət göstərən Run:AI adlı startapı əldə etməsi ilə də maraqlanmağa başladılar. Hal-hazırda tənzimləyici orqanlar yalnız NVIDIA məhsullarını almaqla özlərini məhdudlaşdıran müştərilərin şirkət tərəfindən təqdim edilən üstünlüklərdən faydalanıb-faydalanmadıqlarını təyin etməyə çalışırlar. NVIDIA qarşı istintaqın başlandığı xəbərinin ortaya çıxması öz növbəsində şirkətin bazar dəyərinə təsir göstərib. Belə ki, şirkət bir gün ərzində 300 milyard dollara yaxın bazar dəyəri itirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır.
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
NVIDIA GeForce RTX 3060 videokartının istehsalı yaxın zamanda dayandırıla bilər
Ortaya çıxmış məlumata əsasən NVIDIA şirkəti GeForce RTX 3060 videokartı üçün son istehsalat sifarişlərini qəbul edib.
Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!
Süni intellekt şirkətlərinin təlim məlumatları kimi istifadə etdiyi məzmun və platformalar mübahisələrə səbəb olur. İndi isə Nvidia-nın süni intellekt üçün Netflix və YouTube videolarından istifadə etdiyi bildirilir.
NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub
NVIDIA GeForce RTX 50 videokartlarının enerji sərfiyyatları məlum olub
NVIDIA şirkəti bu il GeForce RTX 50 videokart seriyasını təqdim etməlidir.
Las-Veqasdakı Sphere adlı nəhəng kürə formalı ekran NVIDIA-nın qrafik prosessorları hesabına çalışırmış
Las-Veqasdakı Sphere adlı nəhəng kürə formalı ekran NVIDIA-nın qrafik prosessorları hesabına çalışırmış
NVIDIA-nın heç gözlənilmədən vermiş olduğu məlumata əsasən Las-Veqasda fəaliyyət göstərən Sphere adlı kürə formalı nəhəng ekranın çalışmasında onun qrafik prosessorları iştirak edirlər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!