
ABŞ-ın 12 ştatı tarif müharibəsi səbəbilə Donald Trump-ı məhkəməyə verib
Tech-Biznes
24.04.2025
Emil Nəcəfov
ABŞ-ın Arizona və Oreqon ştatlarının başçılığı ilə 12 ştatın baş prokurorları, ABŞ prezidenti Donald Trump-ın başlatdığı tarif müharibəsini dayandırmaq məqsədilə onun administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar. İddiada bildirilir ki, Trump gömrük rüsumlarını tətbiq etmək üçün qanundan sui-istifadə edir. "Prezident Trump-ın bu çılğın tarif sxemi təkcə iqtisadi baxımdan məsuliyyətsiz deyil - o həm də qanunsuzdur" - deyə Arizona baş prokuroru Kris Mayes bildirib. İddiaya Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu-Meksiko, Nyu-York və Vermont ştatlarının baş prokurorları da imza atıblar.

Onların hamısı ABŞ Demokrat Partiyasını təmsil edirlər. Baş prokurorlar ABŞ Beynəlxalq Ticarət Məhkəməsini (U.S. Court of International Trade) Trump-ın rüsumların tətbiqi ilə bağlı sərəncamlarını etibarsız elan etməyə və ABŞ gömrük xidmətlərinin həmin sərəncamları icra etməsini qadağan etməyə çağırıblar. Baş prokurorlar koalisiyası Trump-ın 1977-ci il tarixli “Beynəlxalq İqtisadi Fövqəladə Səlahiyyətlər Haqqında Qanun”a (IEEPA) istinad edərək tariflərin tətbiqini qanunsuz adlandırıb. “Bu qanun yalnız o hallarda tətbiq olunur ki, fövqəladə vəziyyət xarici mənbədən gələn ‘qeyri-adi və fövqəladə təhdid’ təşkil etsin. Bu qanun prezidentə tarif tətbiq etmək səlahiyyəti vermir” - deyə Kris Mayes izah edib.

Donald Trump isə tarifləri tətbiq etmək üçün fövqəladə vəziyyət elan edib və bunu ölkəyə narkotik maddələrin axını ilə əsaslandırıb. Onun iddiasına görə, bu vəziyyəti Çin, Meksika və Kanada güya təşviq edir. Trump bildirib ki, narkotiklər ABŞ-a əsasən Meksika və Kanadadan qeyri-qanuni yollarla gətirilir, onların istehsalı üçün lazım olan komponentlər isə əsasən Çindən tədarük olunur. O, həmçinin ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün təhdid yaratdığını iddia edərək ticarət kəsirinə qarşı “qarşılıqlı tariflər” adlandırılan yeni tariflər tətbiq edib. Öz növbəsində, baş prokurorlar iddia ərizəsində bildiriblər ki, Trump-ın göstərdiyi “qeyri-adi və fövqəladə təhdidlər” əslində nə fövqəladədir, nə də qeyri-adi.

“Tariflər, guya mövcud olan fövqəladə vəziyyətlə ‘mübarizə’ məqsədilə nəzərdə tutulmayıb, çünki onlar, heç olmasa qismən, gəlirlərin artırılması üçün tətbiq olunur” - deyə iddia ərizəsində qeyd olunub. Sənəddə həmçinin vurğulanır ki, tariflərin tətbiqi birbaşa olaraq maliyyə bazarında qeyri-sabitliyə və ABŞ iqtisadiyyatı ilə yanaşı, qlobal iqtisadi sistemin davamlılığının pozulmasına səbəb olub. İddianın araşdırılması bir neçə il çəkə bilər, lakin bu proses potensial olaraq ABŞ prezidentinin tarifləri siyasi alət kimi istifadəsini məhdudlaşdıra bilər. Bu arada Donald Trump Çinlə ticarət müharibəsinin eskalasiyasına son qoymağa hazır olduğunu bəyan edib, çünki bu vəziyyət fond bazarının işinə və təchizat zəncirlərinin fəaliyyətinə zərər vurur.
Mənbə: PCmag
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Trump-ın yeni tarifləri ABŞ-ı süni zəka və çip istehsalı sahələrində geriyə ata bilər

Trump-ın yeni tarifləri ABŞ-ı süni zəka və çip istehsalı sahələrində geriyə ata bilər
Donald Trump-ın tarif siyasəti ölkə daxilində çip istehsalını stimullaşdırmaq planlarını və ABŞ-ın süni zəka bazarında üstünlük əldə etmək məqsədlərini təhlükə altına qoyur. Bu siyasət ABŞ-da yarımkeçirici istehsalı zavodlarının və süni zəka üçün məlumat emalı mərkəzlərinin tikinti xərclərinin artmasına səbəb ola bilər.
Smartfon və digər elektron cihazlar üçün ABŞ-da artırılmış rüsumlar istənilən halda tətbiq ediləcək

Smartfon və digər elektron cihazlar üçün ABŞ-da artırılmış rüsumlar istənilən halda tətbiq ediləcək
ABŞ-a smartfonlar, noutbuklar, kompüter hissələri və digər elektronikanın idxalına tətbiq edilmiş artırılmış rüsumların ötən cümə günü ləğv edilməsi müvəqqəti tədbir olub. Çünki Ağ Ev bu məhsulları yarımkeçiricilər kateqoriyasına daxil etməyi və onlar üçün ayrıca rüsum tətbiq etməyi planlaşdırır.
Trump-ın artırılmış rüsumları smartfon və digər elektronika cihazları üçün ləğv edilib

Trump-ın artırılmış rüsumları smartfon və digər elektronika cihazları üçün ləğv edilib
Texnologiya sahəsi nəhayət rahat nəfəs ala bilər. Belə ki, Ağ Ev smartfonlar, noutbuklar, kompüter hissələri və digər elektronikanın ABŞ-a idxalına tətbiq edilən artırılmış rüsumları ləğv edib.
Donald Trump: "TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma hələ də aktualdır"

Donald Trump: "TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma hələ də aktualdır"
ABŞ prezidenti Donald Trump bəyan edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma “hələ də gündəmdədir”.
Elon Musk-ın sərvəti keçən ilin noyabr ayından 300 milyard dollardan aşağı düşüb

Elon Musk-ın sərvəti keçən ilin noyabr ayından 300 milyard dollardan aşağı düşüb
ABŞ-da Donald Trump-ın hakimiyyətə gəlməsindən sonra Elon Musk-ın göstərdiyi siyasi aktivlik təkbaşına belə Tesla şirkətinin bazar dəyərinin ciddi şəkildə azalmasına səbəb olub.
Həftənin xəbərləri

