
Anthropic şirkəti 13 milyard dollar yeni investisiya əldə edib
Tech-Biznes
03.09.2025
Emil Nəcəfov
Süni intellekt sahəsində fəaliyyət göstərən Anthropic şirkəti, Claude dil modellərinin yaradıcısı və OpenAI-in əsas rəqiblərindən biri olaraq, əlavə 13 milyard dollar maliyyə cəlb etdiyini açıqlayıb. Bunun sayəsində şirkətin bazar dəyəri 183 milyard dollara yüksəlib. Anthropic öz press-relizində bildirib ki, 2025-ci ilin əvvəlindən avqusta qədər, yəni cari ilin 9 ayından az müddətdə, satış gəlirləri təxminən 1 milyard dollar səviyyəsindən 5 milyard dollardan çox səviyyəyə yüksəlib.

Şirkət həmçinin bəyan edib ki, indi onun 300 000-dən çox korporativ müştərisi var və son 1 ildə “böyük müştərilərin” sayı - yəni cari satışlardan 100 000$-dan artıq gəlir gətirənlər - 7 dəfə artıb. Claude Code proqramlaşdırma üzrə agent tipli süni intellekt köməkçisi və Anthropic şirkətinin əsas gəlir mənbələrindən biri olaraq artıq cari satışlardan 500 milyon dollardan çox gəlir gətirib, istifadəçilərin sayı isə onun tam istifadəyə verilməsindən sonrakı 3 ay ərzində 10 dəfədən çox artıb.
Son maliyyələşdirmə raundunun investorları arasında Qatar Investment Authority, TPG, Altimeter, Blackstone, Coatue, General Catalyst və digər şirkətlər yer alıb. Anthropic-in sözlərinə görə, əldə olunan vəsaitin bir hissəsi şirkətlər tərəfindən artan tələbin ödənilməsi, təhlükəsizlik sahəsində tədqiqatların dərinləşdirilməsi və məhsullarının beynəlxalq genişlənməsinin dəstəklənməsi üçün istifadə olunacaq. Qeyd edək ki, Anthropic-in əsas rəqibi olan OpenAI bu ilin aprel ayında 300 milyard dollar dəyərində qiymətləndirilib, avqustda isə yeni maliyyələşdirmə raundu çərçivəsində şirkətin 500 milyard dollar dəyərində qiymətləndirilə biləcəyi barədə məlumat verilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Anthropic süni intellekt modellərini istifadəçilərin dialoqları əsasında təlimatlandırmağa hazırlaşır

Anthropic süni intellekt modellərini istifadəçilərin dialoqları əsasında təlimatlandırmağa hazırlaşır
Anthropic istifadəçi məlumatlarının işlənməsi siyasətində mühüm dəyişikliklər edib və onlara 28 sentyabra qədər qərar verməyi təklif edib: öz yazışmalarını süni intellekt modellərinin öyrədilməsi üçün istifadə etmək istəyirlər, yoxsa yox.
Claude süni intellekt çat-botu haker tərəfindən dələduzluq kampaniyasında istifadə edilib

Claude süni intellekt çat-botu haker tərəfindən dələduzluq kampaniyasında istifadə edilib
Anthropic şirkəti misilsiz bir haker hücumunun detalları barədə məlumat yayıb. Bu hücumda cinayətkar onun süni intellekt assistentindən istifadə edərək, məlumat oğurluğu və şantaj məqsədi ilə genişmiqyaslı kampaniyanı tam avtomatlaşdırıb.
Anthropic 10 milyard dollar investisiya cəlb etməyə hədəflənib

Anthropic 10 milyard dollar investisiya cəlb etməyə hədəflənib
Sürətlə inkişaf edən süni intellekt startapları böyük məbləğdə vəsaitə ehtiyac duyurlar, lakin eyni zamanda investorların öz fəaliyyətlərinə artan təsirindən qaçmaq istəyirlər. Ən azı OpenAI və Anthropic bu istiqamətdə inkişaf etməyə hazırdırlar.
Claude çat-botu istifadəçinin zərərli və ya təhqiramiz dialoqlarını avtomatik olaraq dayandıracaq

Claude çat-botu istifadəçinin zərərli və ya təhqiramiz dialoqlarını avtomatik olaraq dayandıracaq
Anthropic öz çat-botu Claude AI-ya “zərərli və ya təhqiramiz” hesab etdiyi ünsiyyətləri dayandırmağı öyrədib. Bu imkan artıq Opus 4 və 4.1 modellərində mövcuddur.
Korporativ müştərilər GPT-5-dən məmnundurlar

Korporativ müştərilər GPT-5-dən məmnundurlar
Sam Altman və ChatGPT, OpenAI şirkətini təkcə süni intellekt sahəsində dünya liderinə çevirməklə kifayətlənməyib, həm də onu mədəni bir fenomen halına gətirib. Məlumata görə, korporativ müştərilər arasında tanınma və qəbul qazanmaqla uğurun həqiqi monetizasiyasına çatmaq üçün təxminən 3 il vaxt tələb olunub.
Həftənin xəbərləri

