main-post-cover

    Apple süni intellekt sahəsinə daha çox vəsait yatırmağa başlayıb

    Tech-Biznes
    01.08.2025
    Emil Nəcəfov
         Apple üçün inkişaf yolu seçimi heç vaxt birmənalı olmayıb - əgər şirkət istədiyinə öz gücü ilə nail ola bilmirdisə, lazım olan texnologiyalara sahib olan şirkətləri tərəddüd etmədən alırdı. Apple süni intellekt sahəsində də eyni strategiyanı izləməyə və öz inkişafını sürətləndirməyə hazırdır. Bu barədə şirkətin baş direktoru Tim Cook son rüblük hesabat konfransında açıqlama verib. “Biz investisiyalarımızı əhəmiyyətli dərəcədə artırırıq. Süni intellekti bütün cihazlarımıza, bütün platformalarımıza və ümumilikdə şirkətə inteqrasiya edirik” - deyə Apple rəhbəri bildirib. İlin əvvəlindən etibarən Apple təxminən 7 şirkəti alıb, lakin bu sövdələşmələr maliyyə baxımından böyük məbləğlərlə müşayiət olunmayıb. “Biz planlarımızın həyata keçirilməsini sürətləndirmək məqsədilə birləşmələrə və satınalmalara açığıq” - deyə Tim Cook yekunlaşdırıb.
         Onun sözlərinə görə, Apple süni intellekti dövrümüzün ən dərin təsirə malik texnologiyalarından biri hesab edir və bu texnologiyanın bütün cihazlara ciddi təsir göstərəcəyi gözlənilir. Ötən il Apple Apple Intelligence adlı texnologiyalar paketini təqdim etdikdən sonra, bu funksiyaların tətbiqi və təkmilləşdirilməsi baxımından rəqibləri ilə müqayisədə gözləniləndən daha yavaş irəlilədi və bu, bəzi müştərilərdə məyusluq yaratdı. OpenAI ilə məcburi əməkdaşlıq belə Apple-a süni intellekt funksiyalarını cihazlarına Google qədər effektiv şəkildə tətbiq etməyə imkan vermir. Bununla belə, Apple-ın xidmət və abunəliklərlə bağlı biznesi keçən rübdə şirkətə 27.42 milyard dollar qazandırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir. Bu artım əsasən iCloud abunəliklərinin və App Store-da pullu xidmətlərin alınmasının artması ilə əlaqədardır.
         Tim Cook-un sözlərinə görə, Apple ümumilikdə planlarının həyata keçirilməsini sürətləndirəcək şirkətləri almaq fikrinə açıqdır və bu baxımdan konkret ölçü meyarı yoxdur. O əlavə edib ki, Apple bu il aldığı şirkətlər nisbətən kiçikmiqyaslı olub. İndiyə qədər Apple-ın ən böyük satınalması 2014-cü ildə Beats Electronics şirkətinin alınması hesab olunur. Ötən rübün yekunlarına görə, Apple kapital xərclərini 2.15 milyard dollardan 3.46 milyard dollara qədər artırıb, lakin bu rəqəm Apple kimi nəhəng şirkət üçün o qədər də böyük məbləğ sayılmır. Bu tempdə davam edərsə, Apple ilin sonuna qədər ümumi kapital xərclərini təxminən 14 milyard dollar səviyyəsində saxlaya bilər.
         Halbuki Google bu məqsədlər üçün 85 milyard dollar ayırmağı planlaşdırır, Microsoft isə təkcə bir rübdə bu sahəyə 30 milyard dollar xərcləyir. Tim Cook vurğulayıb ki, cari rübdə Apple investisiyalarını artıracaq. Onun sözlərinə görə, şirkətin süni intellekt sahəsində çalışan əməkdaşlarının sayı da artır. Apple kapital xərclərinin bir hissəsini öz istehsalı olan prosessorlarla işləyəcək server infrastrukturunun yaradılmasına yönəldəcək, baxmayaraq ki, ümumilikdə şirkət əsasən ixtisaslaşmış bulud provayderlərinə güvənir. Cook əlavə edib ki, iPhone üçün yer olmayan bir dünya təsəvvür etmir. Bu baxımdan, OpenAI-nin keçmiş Apple baş dizayneri Jony Ive-ın birbaşa iştirakı ilə hazırlamaq istədiyi cihazlar Apple-ın fikrincə, smartfonları əvəz etməyəcək, əksinə onları tamamlayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İT nəhənglər süni intellekt ilə bağlı iddialı vədlərini geri çəkməyə başlayıblar
    it-nehengler-suni-intellekt-ile-bagli-iddiali-vedlerini-geri-cekmeye-baslayiblar
    Ekspert Safari-də aşkar etdiyi ciddi boşluğa görə Apple-dan cəmi 1000$ mükafat alıb
    ekspert-safari-de-askar-etdiyi-ciddi-bosluga-gore-apple-dan-cemi-1000-mukafat-alib
    Bütün iPhone 17 modellərinin müxtəlif rənglərdə fotoları təqdim edilib
    butun-iphone-17-modelle
    Apple səhvən Samsung Galaxy Z Flip 7-ni reklam edib
    apple-sehven-samsung-galaxy-z-flip-7-ni-reklam-edib
    Meta şirkəti Apple-ın artıq 4-cü süni intellekt mütəxəssisini özünə cəlb edib
    meta-sirketi-apple-in-artiq-4-cu-suni-intellekt-mutexessisini-ozune-celb-edib