Avropa Komissiyası Microsoft ilə OpenAI arasındakı əməkdaşlıqla bağlı istintaqa start verib. Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq çərçivəsində Microsoft OpenAI şirkətinə 13 milyard dollar investisiya yatırmışdı. Avropa Komissiyası bu cür investisiyanın şirkətlərin birləşmələri normalarına uyğun olub-olmadığını öyrənmək istəyir. Bu səbəbdən də Avropa Komissiyası bütün biznesmenlərin və mütəxəssislərin iki şirkət arasındakı sözügedən müqavilənin hər hansısa rəqabəti pozması üzrə narahatlıq duyduqları halda bu barədə məlumat vermələrini xahiş edib. “Biz, süni zəka sahəsindəki əməkdaşlıqları diqqətli şəkildə izləyirik ki, həmin əməkdaşlıqların bazar dinamikasına təsir etmədiklərindən əmin olaq” - deyə Avropa Komissiyasının rəqəmsal texnologiyalar üzrə komissarı Margrethe Vestager qeyd edib.