Böyük texnoloji şirkətlər süni zəkaya ümumilikdə artıq 100 milyard dollardan çox investisiya yatırıblar
Tech-Biznes
05.08.2024
Emil Nəcəfov
Böyük texnoloji şirkətlər bu il öz xərclərini ümumi olaraq 100 milyard dollardan yüksək məbləğə kimi artırıblar. Bu isə həmin şirkətlərin keçən ilki ümumi xərclərindən 50% yüksəkdir. Bu il texnoloji şirkətlərin xərclərinin artması süni zəka texnologiyalarının hazırlanmasına istiqamətlənmiş infrastrukturun yaradılması ilə bağlıdır. Bu, Wall Street investorlarının bu cür investisiyalardan ciddi gəlirin əldə edilməsi mövzusuna skeptik yanaşdıqlarına baxmayaraq davam edir.
Financial Times tərəfindən təqdim edilmiş hesabata əsasən Microsoft, Alphabet, Amazon və Meta kimi şirkətlər bu ilin ilk 6 ayı ərzində ümumilikdə 106 milyard dollar vəsait xərcləyiblər. Bu şirkətlərin rəhbərləri fond birjasının tutarlı narahatlığını nəzərə almadan növbəti 18 ay ərzində investisiyaların həcmlərini artırmağı planlaşdırırlar. Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib: “Hal-hazırki mərhələdə mən risk edib bu istiqamətdə gücü artırmağa üstünlük verirəm. Əks halda gec ola bilər”. Onun proqnozuna əsasən Meta-nın bu ilki ümumi xərci 40 milyard dollara çata bilər.
Dell'Oro Group şirkətinin analitiklərinin gözləntilərinə əsasən növbəti 5 il ərzində süni zəka infrastrukturuna ümumilikdə 1 trilyon dollar investisiya yatırıla bilər. Lakin investorlar bu investisiyaların ciddi gəlirlərə çevriləcəklərinə hələ əmin deyillər və süni zəka ilə bağlı məhsullara və xidmətlərə külli miqdarda investisiya yatırmağa hazır deyillər. ABŞ-ın AllianceBernstein adlı investisiya şirkətinin rəhbəri Jim Tierney qeyd edib: “İnvestorlar hələ də süni zəkada hansı biznes modellərin və bu istiqamətdə hansı dövriyyənin olduqlarını anlamırlar. Bu öz növbəsində sektorda “bizə güvənin” şəraitini yaradır. Edilən xərcləri nəzərə alsaq, bu heç də etibar yaradan bir vəziyyət deyil”.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ləğv edilmiş qatlana bilən Microsoft Surface Duo 3 smartfonunun render fotoları təqdim edilib
Ləğv edilmiş qatlana bilən Microsoft Surface Duo 3 smartfonunun render fotoları təqdim edilib
Microsoft şirkəti 2021-ci ildə qatlana bilən Surface Duo 2 smartfonunu təqdim etmişdi. Daha sonra isə şirkət Surface Duo 3 üzərində çalışmağa başladı. Lakin nəticədə Surface Duo 3 şirkət tərəfindən ləğv edildi.
Meta səhmlərinin dəyəri artmağa davam edərkən Zuckerberg-in xəyali layihəsi milyardlarla dollar itirməyə davam edir!
Meta səhmlərinin dəyəri artmağa davam edərkən Zuckerberg-in xəyali layihəsi milyardlarla dollar itirməyə davam edir!
Meta, ilin ikinci rübündə bütün gözləntiləri aşan səviyyədə gəlir və mənfəət əldə edib. Lakin CEO Mark Zuckerberg-in xəyali layihələrini hazırlayan Reality Labs bölməsi, yenidən milyardlar dollar itirməyə davam edir.
İstehlakçılar süni zəka funksiyalarına sahib cihazları əldə etməkdən imtina edirlər
İstehlakçılar süni zəka funksiyalarına sahib cihazları əldə etməkdən imtina edirlər
Elektron cihazların istehsalçıları süni zəka əsasında çalışan funksiyaları əlavə üstünlük hesab edirlər.
Analitiklər: Süni zəka layihələrinin 30%-i bağlanacaq
Analitiklər: Süni zəka layihələrinin 30%-i bağlanacaq
Gartner şirkətinin analitikləri yaxın 1 il üçün generativ süni zəkanın inkişaf tempini analiz edərək belə qənaətə gəliblər ki, 2025-ci ilin sonuna kimi bu istiqamətdəki layihələrin 30%-i bağlanacaq.
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!