
Bu gün Microsoft-un 50 yaşı tamam olur
Tech-Biznes
04.04.2025
Emil Nəcəfov
Bir neçə onillik ərzində Microsoft iş mühitində əsl inqilab edib - fərdi kompüterləri və bulud resurslarını kütləviləşdirib. Onun 50 illik yubileyi günü tənqidçilər xəbərdarlıq edirlər ki, süni zəka bu texnologiya nəhənginin hökmranlığını daha da gücləndirə bilər. Ofislərdə, təhsil müəssisələrində, hətta kənd təsərrüfatında belə - Microsoft texnologiyalarından hər yerdə istifadə olunur. Windows əməliyyat sistemi fərdi kompüterləri hər kəs üçün əlçatan edib, Office paketi ofis işinin sinoniminə çevrilib, pandemiya dövründə isə Microsoft Teams mesenceri dünyanın hər yerində müəssisələr və təhsil ocaqları üçün xilasedici rolunu oynayıb.
Paull Allen və Bill Gates:

Bu gün platformanın gündəlik istifadəçi sayı 320 milyonu keçib və uzaqdan iş formatı artıq istisna yox, norma hesab olunur. Bu gün, 4 aprel 2025-ci il tarixində, ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində yerləşən Microsoft şirkəti öz 50 illiyini qeyd edir. Şirkət üçün dönüş nöqtəsi yetişib. Şirkət əməliyyat sistemləri, proqram təminatı və bulud hesablamaları sahəsində tanınmış lider olaraq, süni zəka sahəsində də önə çıxmaq üçün real şansa malikdir. Microsoft-un tarixi 1975-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərindəki bir qarajda başlayıb. Kollec dostu olan iki proqramçı - o zaman 19 yaşında olmuş Bill Gates və 22 yaşlı Paul Allen - kompüterləri hər kəs üçün əlçatan etməyi arzulayırdılar.

Şirkətin tarixində mühüm mərhələlərdən biri 1980-ci ildə IBM ilə əməkdaşlıq olub. Bu əməkdaşlıq nəticəsində Microsoft-un MS-DOS əməliyyat sistemi fərdi kompüter sənayesində standart sistemə çevrildi. Bir neçə il sonra şirkət Windows-u təqdim etdi və bununla da proqram təminatı bazarındakı gələcək hökmranlığının təməlini qoydu. Son 50 il ərzində Microsoft daim texnoloji dəyişikliklərə uyğunlaşaraq biznesini yeni sahələrdə genişləndirib. Bu gün o, sadəcə proqram təminatı hazırlayan bir şirkət deyil, demək olar ki, bütün sahələrdə mövcud olan qlobal texnologiya imperiyasıdır.

2025-ci ilin mart ayına olan məlumata görə, Microsoft dünyanın ən dəyərli üçüncü şirkətidir - o yalnız Apple və NVIDIA-dan geri qalır. Böyük bazar gücünə malik olmasına baxmayaraq, Microsoft süni zəka dövrünün başlanğıcında dayanır. Şirkət bu sahədə milyardlarla dollar investisiya yatırır, dünyanın müxtəlif yerlərində nəhəng məlumat emalı mərkəzləri inşa edir və süni zəka üçün öz çiplərini hazırlayır. Bu transformasiyanın hərəkətverici qüvvəsi şirkətin baş direktoru Satya Nadella-dır. O, 2014-cü ildə rəhbərliyə keçdi və Microsoft-un gələcəyini dəyişən iki strateji qərar qəbul etdi.
Soldan sağa: Bill Gates, Satya Nadella və Steve Ballmer:

Birincisi, o, şirkətin diqqətini bulud hesablamalarına yönəltdi və bu, biznes modelində və gəlir mənbələrində inqilabi dəyişikliklərə səbəb oldu. İkincisi, süni zəkanı Microsoft-un uzunmüddətli inkişaf modelinin əsasına çevirdi və bu texnologiyanın nəhəng potensialını ilk anlayanlardan biri oldu. Şirkət süni zəka əsasında bir çox məhsul təqdim edib, məsələn, Copilot. Bu alətlər hazırda gündəlik tapşırıqları yerinə yetirir: Elektron məktublar tərtib edir, məlumatları analiz edir və yaradıcı məzmun generasiya edir. Microsoft bildirir ki, süni zəkanın məqsədi məhsuldarlığı artırmaqdır, lakin bu texnologiyanın geniş yayılması kütləvi iş yerlərinin itirilməsi ilə bağlı narahatlıqlara səbəb olur.

Bir çox müəssisə və hökumətlər üçün Microsoft-un məhsulları demək olar ki, əvəzolunmaz hala gəlib. Yalnız Almaniyada onun proqram təminatı 96% dövlət qurumlarında istifadə olunur, 69% isə Microsoft-un məlumat mərkəzlərindən faydalanır. Şirkətlər bu texnologiya nəhənginin bulud infrastrukturundan, təhlükəsizlik xidmətlərindən və süni zəka alətlərindən asılıdırlar, dövlət qurumları Microsoft-un məlumat mərkəzlərində konfidensial məlumatları saxlayırlar və inzibati işlərin həlli üçün onun proqram təminatından istifadə edirlər. Dünya üzrə azı 1.4 milyard fərdi kompüter Windows əməliyyat sistemi ilə işləyir. Lakin bu dərin inteqrasiyanın mənfi tərəfi də var.

Bir çoxları üçün Microsoft məhsullarından imtina demək olar ki, mümkün deyil və bu vəziyyət mütəxəssislər arasında “bloklama effekti” adlanır. Bir təşkilat artıq Microsoft-un məhsul ekosistemini qurduqda, başqa platformaya keçid olduqca çətin və baha başa gəlir. Bu asılılıq Microsoft-un bazardakı hökmranlığını gücləndirir və rəqiblərin öz alternativ məhsullarını irəli sürməsi üçün demək olar ki, imkan qoymur. Ölkələrin hökumətləri isə haqlı olaraq sual edirlər: Bir şirkət bu qədər güclü rəqəmsal infrastruktur üzərində nə dərəcədə nəzarətə sahib ola bilər? Mütəxəssislər əmindirlər ki, təkcə qadağalarla Microsoft-un gücünü zəiflətmək mümkün deyil - texnologiya nəhənginə qarşı alternativlərin inkişafı və dəstəklənməsi mütləqdir.

Bu gün Microsoft-un qlobal ekspansiyası heç bir yavaşlama əlaməti göstərmir - şirkət süni zəka məhsullarının çeşidini daha da genişləndirməyə çalışır. Məqsəd süni zəka modellərini gündəlik tətbiqlərə inteqrasiya etməklə bulud biznesini gücləndirməkdir. Microsoft həm də gələcəyə yönəlik addımlar atır. Fevral ayında şirkət Majorana 1 adlı ilk kvant çipini təqdim etdi. Microsoft-un iddiasına görə, bu çip “sənaye miqyasında əhəmiyyətli və mürəkkəb məsələləri illər ərzində deyil, onilliklərə ehtiyac olmadan” həll edə biləcək kvant kompüterlərinin yaradılmasına kömək edəcək.
Mənbə: Microsoft
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Copilot Search süni zəka axtarış funksiyasını istifadəyə verib

Microsoft Copilot Search süni zəka axtarış funksiyasını istifadəyə verib
Süni zəka tədricən ənənəvi axtarış sistemlərini əvəz etməyə başlayır. Mart ayının əvvəlində Google şirkəti axtarış sistemini Gemini 2.0 süni zəkası ilə genişləndirdi, bundan əvvəl isə OpenAI öz süni intellekt əsaslı axtarış sistemi olan SearchGPT-ni təqdim etmişdi.
Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb

Donald Trump-ın yeni idxal rüsumları böyük şirkətlərin səhmlərinin dəyərini aşağı salıb
ABŞ prezidenti Donald Trump-ın yeni idxal rüsumlarının tətbiqini elan etməsindən sonra, “möhtəşəm yeddilik” adlandırılan şirkətlərin səhmlərinin dəyəri kəskin şəkildə azalıb.
Microsoft şifrələrdən tamamilə imtina etmək istəyir

Microsoft şifrələrdən tamamilə imtina etmək istəyir
Microsoft dünya üzrə 1 milyarddan çox istifadəçini əhatə edəcək şəkildə hesab giriş sistemində genişmiqyaslı dəyişikliklər elan edib. Yeni biometrik giriş açarları (passkeys) vasitəsilə giriş metodu fişinq və hesab sındırma risklərini azaltmalı, eyni zamanda identifikasiyanı daha rahat etməlidir.
ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır

ChatGPT süni zəka əsaslı ən məşhur çat-bot olaraq qalır
OpenAI-nin süni zəkaya əsaslanan çat-botu ChatGPT hələ də bu tip xidmətlər arasında dünyada ən məşhuru olaraq qalır. Lakin SimilarWeb və Sensor Tower kimi analitik şirkətlərin statistikalarına görə, rəqib platformalar da sürətlə istifadəçi bazasını genişləndirirlər.
Bill Gates, Microsoft-u süni zəka şirkətinə çevirmək istərdi

Bill Gates, Microsoft-u süni zəka şirkətinə çevirmək istərdi
Microsoft-un həmtəsisçisi Bill Gates proqram təminatı sahəsində 50 illik fəaliyyətdən sonra bu nəhəng şirkətin OpenAI və Google ilə rəqabəti necə aparmalı olduğu barədə fikirlərini bölüşüb.
Həftənin xəbərləri

