
Donald Trump Intel-in CEO-dan vəzifəsini dərhal tərk etməyi tələb edib
Tech-Biznes
07.08.2025
Emil Nəcəfov
Intel şirkətinin səhmləri cümə axşamı 5% dəyər itirib. Bu, ABŞ prezidenti Donald Trump-ın korporasiyanın baş direktoru Lip-Bu Tan-ı dərhal istefa verməyə çağırmasından sonra baş verib. Trump özünün Truth Social sosial şəbəkəsində yazdığı paylaşımda bildirib: “Intel-in baş direktoru ciddi maraqlar toqquşması vəziyyətindədir və dərhal istefa verməlidir. Bu problemin başqa həlli yoxdur”. Bundan dərhal sonra şirkətin səhmləri 5% ucuzlaşdı, lakin daha sonra bu eniş 2.5%-ə qədər azaldı. Intel şirkəti bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. Qeyd edək ki, Lip-Bu Tan mart ayında Intel-in baş direktoru təyin edilmişdi. Həmin vaxt çip istehsalçısı, keçmiş rəhbər Pat Gelsinger dövründəki satış azalmasından sonra bazardakı mövqeyini bərpa etməyə çalışırdı.

Bu həftə Respublikaçılar Partiyasından olan senator Tom Cotton, Tan-ın Çin şirkətləri ilə əlaqələrinə dair izahat tələb edib və onun 2021-ci ilə qədər baş direktor vəzifəsini icra etdiyi Cadence Design şirkəti ilə bağlı keçmiş hüquqi mübahisələri xatırladıb. Cotton Intel-in direktorlar şurasının sədrinə məktub göndərərək, şirkətin təhlükəsizliyi və fəaliyyətinin bütövlüyü, həmçinin ABŞ-ın milli təhlükəsizliyinə mümkün təsiri ilə bağlı narahatlığını ifadə edib. “Intel amerikalı vergi ödəyicilərinin vəsaitlərini məsuliyyətlə idarə etməli və qüvvədə olan təhlükəsizlik qaydalarına riayət etməlidir. Cənab Tan-ın əlaqələri şirkətin bu öhdəlikləri yerinə yetirmək bacarığı ilə bağlı suallar doğurur” - deyə Cotton yazıb. Senator, həmçinin Intel-in Tan-dan Çin Kommunist Partiyası, Çin Xalq Azadlıq Ordusu və ölkədəki digər maraqlı strukturlarla əlaqəsi olan çip istehsalçılarına məxsus səhmləri satmağı tələb edib-etmədiyini sorğulayıb.

Aprel ayında Reuters agentliyi Tan-ın bir sıra Çin şirkətlərinə, o cümlədən bəzilərinin Çin silahlı qüvvələri ilə birbaşa və ya vençur fondları vasitəsilə dolayısı ilə əlaqəsi olan şirkətlərə investisiya qoyduğunu bildirmişdi. İyul ayında Intel ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət analitiklərin gözləntilərini üstələyib, lakin xərclərin azaldılacağını elan edib. İşçilərə ünvanlanmış xidməti qeyddə Tan, digər şirkətlər üçün çip istehsal edən baha başa gələn müqaviləli istehsal bölməsinin xərclərinin azaldılacağını bildirib. Bu bölmə 3.17 milyard dollar məbləğində əməliyyat zərəri ilə üzləşib. Şirkət Almaniya və Polşada planlaşdırılan istehsal layihələrini ləğv edib, həmçinin Vyetnam və Malayziyada test və yığım istehsalını konsolidasiya edib. Tan, həmçinin Intel-in Ohayoda tikməkdə olduğu çip istehsalı zavodunun tikintisinin ləngidiləcəyini də açıqlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Trump-ın gömrük rüsumlarından şikayətlənib

Apple Trump-ın gömrük rüsumlarından şikayətlənib
ABŞ prezidenti Donald Trump tərəfindən tətbiq olunan gömrük rüsumları Apple üçün ciddi xərclərə səbəb olub. Bu barədə şirkətin baş direktoru Tim Cook rüblük maliyyə hesabatına həsr olunmuş brifinq zamanı məlumat verib.
Donald Trump-ın süni intellekt inkişaf planı ekspertlərdə suallar doğurub

Donald Trump-ın süni intellekt inkişaf planı ekspertlərdə suallar doğurub
23 iyul tarixində ABŞ prezidenti administrasiyası süni intellekt sənayesinin inkişafı ilə bağlı planı - “Süni İntellekt üzrə Fəaliyyət Planı”nı (AI Action Plan) təqdim etdi. Bu planda bir tərəfdən OpenAI kimi şirkətlər Ağ Evdə keçirilən məsləhətləşmələrdə tələb etdikləri demək olar ki, bütün dəstəyi alırlar.
Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər

Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
2025-ci ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 100 000 nəfəri keçərək heyrətamiz bir səviyyəyə çatıb. Intel, Microsoft, Meta və digər aparıcı şirkətlər kütləvi ixtisarlar barədə elan veriblər.
Donald Trump süni intellektin ABŞ-da irimiqyaslı inteqrasiyası planını təqdim edib

Donald Trump süni intellektin ABŞ-da irimiqyaslı inteqrasiyası planını təqdim edib
Donald Trump administrasiyası ABŞ-ın texnoloji liderliyini sürətləndirməyə yönəlmiş süni intellektin inkişaf strategiyasını açıqlayıb. “AI Action Plan” (Süni İntellekt üzrə Fəaliyyət Planı) adlanan sənəd 3 əsas istiqaməti əhatə edir.
Trump administrasiyası iqlim dəyişikliyi ilə bağlı sübutları məhv etmək istəyir

Trump administrasiyası iqlim dəyişikliyi ilə bağlı sübutları məhv etmək istəyir
Donald Trump administrasiyası tərəfindən təklif olunan Yer iqliminə nəzarət üzrə milli xidmətlərin büdcə layihəsi, parnik effektinin artımını məhdudlaşdırmağa yönəlmiş bütün iqlim təşəbbüslərini ləğv edən bir sıra müddəaları əhatə edir.
Həftənin xəbərləri

