main-post-cover

    Elon Musk ilə OpenAI arasındakı məhkəmə işinə gələn il baxılacaq

    Tech-Biznes
    07.04.2025
    Emil Nəcəfov
         ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinə qarşı milyarder Elon Musk-ın qaldırdığı məhkəmə iddiası 2026-cı ilin yazında münsiflər məhkəməsində baxılacaq. Bu barədə işə rəhbərlik edən federal hakim tərəfindən verilmiş qərarda qeyd olunub. Ötən ay Musk OpenAI-nin yenidən təşkilatlanmasına dair məhkəmə qərarı çıxarılmasına çalışmışdı. Bu restrukturizasiya şirkətin qeyri-kommersiya statusundan imtina etməsinə və gələcəkdə yeni investisiyaların cəlb olunmasını asanlaşdırmasına imkan verəcəkdi. Lakin Oklend Dairə Məhkəməsinin hakimi Yvonne Gonzalez Rogers, Musk-ın bu tələbinə rədd cavabı verdi.
         Bununla belə hakim məhkəmə prosesinin sürətləndirilməsi təklifi ilə çıxış edib. Xatırladaq ki, 2015-ci ildə Elon Musk hazırda OpenAI şirkətinə rəhbərlik edən Sam Altman ilə birlikdə OpenAI-nin həmtəsisçilərindən biri olub. Milyarder OpenAI süni zəka sahəsində uğur qazanmazdan əvvəl şirkətdən ayrılıb və 2023-cü ildə xAI adlı rəqib startapı təsis edib. Ötən il Musk OpenAI və Sam Altman-a qarşı məhkəmə iddiası qaldıraraq bildirmişdi ki, şirkət insanlığa fayda gətirən süni zəka yaratmaq məqsədindən uzaqlaşaraq, artıq əsas məqsədini mənfəət əldə etməyə yönəldib.
         Öz növbəsində OpenAI bu ittihamları rədd edib, Altman isə bildirib ki, Musk bu məhkəmə prosesi ilə rəqibinin inkişafını ləngitməyə çalışır. İddiada OpenAI-nin kommersiya yönümlü biznes modelinə keçidindən bəhs olunur. Şirkət rəhbərliyinin fikrincə, bu keçid maliyyə cəlb etmək və süni zəka sahəsində bahalı rəqabət mühitində uğurla mübarizə aparmaq üçün son dərəcə vacibdir. İlin əvvəlində Altman, Elon Musk-ın başçılıq etdiyi investor qrupundan daxil olan 97.4milyard dollarlıq OpenAI-nin satışı təklifini də rədd etmişdi.
    Mənbə: Reuters
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GPT-5 bir qədər gecikəcək, o3 isə yaxın zamanda istifadəyə veriləcək
    gpt-5-bir-qeder-gecikecek-o3-ise-yaxin-zamanda-istifadeye-verilecek
    Avropa X-i 1 milyard dollardan çox məbləğdə cərimələyə bilər
    avropa-x-i-1-milyard-dollardan-cox-meblegde-cerimeleye-biler
    GPT-4.5 süni zəka modeli Turing testindən keçə bilib
    gpt-45-suni-zeka-modeli-turing-testinden-kece-bilib
    ABŞ-ın yeni tarifləri səbəbilə dünyanın ən varlı şəxsləri 1 gündə 208 milyard dollar itiriblər
    abs-in-yeni-tarifleri-sebebile-dunyanin-en-varli-sexsleri-1-gunde-208-milyard-dollar-itiribler
    OpenAI o3 süni zəka modelinin bir tapşırığı yerinə yetirməsi üçün 30 000$ xərc tələb olunur
    openai-o3-suni-zeka-modelinin-bir-tapsirigi-yerine-yetirmesi-ucun-30-000-xerc-teleb-olunur