Elon Musk Microsoft-un gələcək rəqibi Macrohard layihəsindən danışıb
Tech-Biznes
15.10.2025
Emil Nəcəfov
     Tesla, SpaceX, X və xAI şirkətlərinin rəhbəri Elon Musk, Microsoft-un birbaşa rəqibi ola biləcək Macrohard layihəsi barədə bəzi təfərrüatları açıqlayıb. Macrohard şirkəti bu ilin avqust ayında Musk tərəfindən qeydiyyatdan keçirilib və bundan bir neçə həftə əvvəl ABŞ Patent Bürosunda eyniadlı ticarət nişanı da rəsmi şəkildə qeydiyyata alınıb. Musk sosial şəbəkə X-də yazıb: “xAI layihəsi Macrohard nəhəng miqyasda böyük təsir göstərəcək” və əlavə edib ki, məqsəd “birbaşa fiziki obyekt istehsal etməyən, lakin bunu dolayı yolla həyata keçirə bilən, Apple üçün məhsul istehsal edən digər şirkətlər kimi fəaliyyət göstərə bilən” bir şirkət qurmaqdır. Yeni şirkətin bu şəkildə təqdim edilməsi onun Microsoft-a tək bir tətbiq və ya xidmət səviyyəsində deyil, platforma miqyasında rəqib olacağını göstərir.
     Elon Musk-ın təsvirinə görə, xAI şirkəti əməliyyat sistemini, referans layihələri və məhsul tələblərini müəyyən edəcək, cihazların hazırlanması isə Apple-ın biznes modelində olduğu kimi üçüncü tərəflərə - autsorsinq yolu ilə həvalə ediləcək. Bundan başqa, Windows sisteminə bənzər lisenziyalaşdırma variantı da nəzərdən keçirilir. Bu halda OEM tərəfdaşları Macrohard/xAI proqram təminatından istifadə edərək çoxmarkalı cihazlardan ibarət geniş ekosistem yarada biləcəklər. Bu baxımdan süni intellekt agentləri və xidmətləri üçün uyğunlaşdırılmış əsas əməliyyat sisteminin təqdim ediləcəyi gözlənilir.
     Musk-ın sözlərinə görə, xAI agentləri sənaye səviyyəli proqram təminatının, o cümlədən oyunların hazırlanması və daimi təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bunun üçün Colossus 1 adlı mövcud və Colossus 2 adlı hazırlanmaqda olan hesablama klasterlərindən istifadə ediləcək. xAI-ın yaxınmüddətli məqsədlərinə 2026-cı ilin sonuna qədər süni intellektlə hazırlanmış “mükəmməl bir oyun”un buraxılması daxildir. Platformanın yaradılması gələcəkdə öz alətləri və tərtibatçı dəstlərinin (developer kits) buraxılmasını da nəzərdə tutur. Elan olunmuş vakansiyalara əsasən, layihədə xarici mütəxəssislərdən ibarət kiçik bir komanda da iştirak edir, lakin əsas yük xAI şirkətinin əməkdaşlarının və infrastrukturunun üzərinə düşür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İT rəhbərlər bu həftə ümumilikdə 60 milyard dollar qazanıblar
İT rəhbərlər bu həftə ümumilikdə 60 milyard dollar qazanıblar
Hazırkı ABŞ prezidenti Donald Trump-ın müəyyən dərəcədə proqnozlaşdırıla bilməyən davranışları fond bazarında gərginlik yaradır, lakin vəziyyət bir qədər yaxşılaşan kimi investorların yaxşı gəlir əldə etmələrinə imkan verir.
xAI oyunlar və robotlar üçün virtual dünyalar yaradacaq
xAI oyunlar və robotlar üçün virtual dünyalar yaradacaq
Böyük dil modelləri ənənəvi olaraq mətn məlumatlarının iri həcmli bazaları əsasında təlim etdirilirdi, çünki bu, texniki cəhətdən daha sadə idi. Lakin onların inkişafının növbəti mərhələsi obyektlərin fiziki qanunları nəzərə alaraq bir-biri ilə qarşılıqlı əlaqədə olduğu virtual dünyaların yaradılmasını nəzərdə tutur.
Elon Musk 2026-cı il üçün süni intellekt tərəfindən yaradılmış videooyunu söz verib
Elon Musk 2026-cı il üçün süni intellekt tərəfindən yaradılmış videooyunu söz verib
X platformasının sahibi, Tesla şirkətinin baş direktoru, SpaceX və Neuralink rəhbəri Elon Musk, yaxın zamanda sərvəti 500 milyard dolları keçən ilk insan olduqdan sonra, süni intellekt vasitəsilə “oyunları yenidən möhtəşəm edəcəyini” nə vaxt planlaşdırdığını açıqlayıb.
Elon Musk-ın Wikipedia analoqu Grokipedia yaxın həftələrdə istifadəyə veriləcək
Elon Musk-ın Wikipedia analoqu Grokipedia yaxın həftələrdə istifadəyə veriləcək
Elon Musk ona məxsus süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti ilə bağlı yeni layihənin yaxın zamanda istifadəyə veriləcəyini elan edib. Söhbət Grokipedia adlı xidmətdən gedir - bu platforma internet ensiklopediyası Wikipedia-ya rəqib kimi nəzərdə tutulur.
OpenAI: "Elon Musk, xAI uğursuzluqlarını bizə qarşı məhkəmə iddiaları ilə gizlətməyə çalışır"
OpenAI: "Elon Musk, xAI uğursuzluqlarını bizə qarşı məhkəmə iddiaları ilə gizlətməyə çalışır"
Son onillikdə Elon Musk OpenAI-nin inkişafında iştirak edib, lakin sonradan startapın digər təsisçiləri ilə qarşıdurmaya girib və ChatGPT-nin kommersiya uğurundan sonra keçmiş tərəfdaşlarını hər fürsətdə məhkəməyə verməyə başlayıb.
Həftənin xəbərləri