
Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib
Tech-Biznes
30.05.2025
Emil Nəcəfov
ABŞ prezidenti Donald Trump və OpenAI rəhbəri Sam Altman-ın Yaxın Şərqə son səfərindən sonra məlum oldu ki, məhz OpenAI şirkəti regionda yaradılacaq iri məlumat emalı mərkəzlərinin əsas operatoru olacaq. Bəzi məlumatlara görə, Elon Musk bu sazişlərin qarşısını almağa çalışıb və öz startapı olan xAI-nin bu layihələrə daxil edilməsini israrla təklif edib. Uzun zamandır məlumdur ki, OpenAI rəhbərliyi ilə Musk arasında fikir ayrılıqları mövcuddur, baxmayaraq ki, milyarder şirkətin ilkin inkişaf mərhələsində idarəçiliyində iştirak edib. 2018-ci ildə OpenAI-dən ayrıldıqdan sonra Musk startapın missiyası və təşkilati strukturu ilə bağlı hazırkı rəhbərliklə mübahisələrə başlayıb və daha sonra xAI adlı rəqib şirkəti yaradıb. Bu şirkət son zamanlarda formal olaraq X sosial şəbəkəsi ilə birləşdirilib.

The Wall Street Journal-ın məlumatına görə, Əbu-Dabidə böyük məlumat emalı mərkəzinin tikintisi ilə bağlı BƏƏ hökuməti və ABŞ prezidenti arasında aparılacaq danışıqlara hazırlıq zamanı Elon Musk yerli G42 şirkətinin rəhbərliyi ilə əlaqə saxlayaraq xAI-nin bu sazişlərdə mütləq iştirak etməli olduğunu bildirib. Milyarder ərəb investorlarına çatdırmağa çalışıb ki, əgər xAI layihəyə daxil edilməzsə, ABŞ prezidenti tərəfindən heç bir razılaşma imzalanmayacaq. Bəzi anonim Ağ Ev nümayəndələrinin sözlərinə görə, Musk hələ may ayının əvvəlində ABŞ nümayəndə heyətinin və OpenAI rəhbəri Sam Altman-ın Yaxın Şərqə planlaşdırılmış səfərindən və bu səfər çərçivəsində müqavilə bağlanacağından xəbər tutub. Bu xəbər onun qəzəbinə səbəb olub. Musk Səudiyyə Ərəbistanına səfər etməyə qərar verib və ABŞ rəsmiləri Trump-ın keçənilki prezident seçkilərində iştirakı zamanı Musk-la təsir baxımından yaxınlaşdığını nəzərə alaraq, onun maraqlarını da nəzərə almaq üçün sazişin şərtlərini yenidən gözdən keçirməyə çalışıblar.

BƏƏ nümayəndələrinin ABŞ rəsmiləri və sahə üzrə ixtisaslaşmış şirkətlərlə danışıqlarda əsas marağı - zəruri miqdarda hesablama sürətləndiricilərinin alınmasına çıxış əldə etmək olub. Bu danışıqlar, ABŞ nümayəndə heyətinin BƏƏ-yə səfərindən (hansı ki bu ayın ortalarında baş tutub) xeyli əvvəl başlanmışdı. Yaxın Şərq ölkəsinin rəhbərliyi bu mövzunu hələ mart ayında ABŞ-a səfər zamanı müzakirə etmişdi. Elə həmin vaxtda sürətləndiricilərin BƏƏ-yə tədarükü ilə bağlı prinsipial razılıq əldə olunmuşdu, lakin şərt ondan ibarət idi ki, bu texnologiyalardan həmin ərazidə yalnız amerikalı şirkət istifadə etsin.
ABŞ tərəfi, həmçinin, ərəb şirkəti G42-dən ABŞ ərazisində iri hesablama infrastrukturu tikintisinin maliyyələşdirilməsini tələb etməyi də planlaşdırırdı. Elon Musk ABŞ-da hesablama infrastrukturunun inkişafına yönəlmiş “Stargate” layihəsini tənqid etmişdi. Hələ bu ilin yanvarında layihənin elan olunduğu vaxtdan etibarən. Milyarderin sözlərinə görə, bu təşəbbüsə investisiya yatıranlar onun reallaşdırılması üçün tələb olunan 500 milyard dolları tapmaqda çətinlik çəkəcəklər. Bu arada BƏƏ hakimiyyəti Musk-la işgüzar əlaqələr qurub. Onların nəzarətində olan MGX fondu keçən ilin dekabrında xAI startapının maliyyələşdirilməsində iştirak edib və ümumilikdə 6 milyard dollar investisiya qoyub.

Dubay rəhbərliyi həmçinin Elon Musk-a məxsus Boring Company ilə yeraltı sürətli nəqliyyat hərəkətini təmin etmək üçün ümumi uzunluğu təxminən 18 km olan tunel şəbəkəsinin inşası barədə razılığa gəlib. Hər bir halda, ABŞ və BƏƏ arasında əldə olunmuş yekun razılaşmada Musk-ın maraqlarının nəzərə alınmadığını demək olmaz. Onun şirkəti xAI, BƏƏ-də inşa edilən məlumat emalı mərkəzinin ehtiyacları üçün sürətləndiriciləri prioritet qaydada almaq hüququ veriləcək şirkətlər siyahısına daxil edilib. Ümumilikdə, bu məlumat mərkəzinin bütün rezident şirkətləri ildə 500 000 çip əldə edə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib

Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib
Pavel Durov-un Elon Musk ilə Telegram və xAI arasında 1 illik tərəfdaşlıq barədə razılığa gəlindiyini elan etməsinə cavab olaraq amerikalı milyarder X sosial şəbəkəsində bildirib ki, bu müqavilə hələ imzalanmayıb.
Elon Musk Ağ Evdəki vəzifəsindən ayrılıb

Elon Musk Ağ Evdəki vəzifəsindən ayrılıb
Elon Musk-ın ABŞ hökumətində rəsmi fəaliyyəti üçün müəyyən olunmuş müddət başa çatıb. Biznesmen vəzifədən istefa verdiyini açıqlayıb və ABŞ prezidenti Donald Trump-a israfçı xərclərin azaldılması imkanı üçün təşəkkür edib.
Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək

Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək
Pavel Durov Telegram ilə Elon Musk-ın xAI şirkəti arasında tərəfdaşlıq sazişinin bağlandığını elan edib. Bu əməkdaşlıq çərçivəsində məşhur süni zəka əsaslı Grok çat-botu Telegram istifadəçiləri üçün əlçatan olacaq və Telegram tətbiqlərinə inteqrasiya ediləcək.
OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir

OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir
2025-ci ilin yazında OpenAI tərəfindən yeni nəsil süni zəkanın əsas modeli kimi təqdim olunmuş o3 modeli, söndürülmə ssenarisini yenidən yazaraq işini dayandırmaqla bağlı birbaşa göstərişi nəzərə almayıb. Bu hadisə Palisade Research tədqiqatçıları tərəfindən nəzarətli təcrübə çərçivəsində qeydə alınıb və süni zəka icmasında narahatlıq doğurub.
Elon Musk siyasətdən biznesə qayıdır

Elon Musk siyasətdən biznesə qayıdır
Hələ ötən il məlum olmuşdu ki, amerikalı biznesmen Elon Musk Donald Trump-ın administrasiyasında vəzifə alacaq və Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.
Həftənin xəbərləri

