
Elon Musk yaxın zamanda XCard adlı debet kartlarını istifadəyə verəcək
Tech-Biznes
13.05.2025
Emil Nəcəfov
Elon Musk özünün X (keçmiş Twitter) platformasının imkanlarını genişləndirməyə davam edir. O, hələ 2024-cü ildə istifadəçilərə X çərçivəsində maliyyə xidmətləri təqdim etməyi planlaşdırdığını açıqlamışdı və artıq 2025-ci ilin yanvarında bu məqsədlə X platforması ABŞ-ın 41 ştatında müvafiq lisenziyaları əldə edib. Xatırladaq ki, X platforması Visa ilə tərəfdaşlıq edərək X Money adlı ödəniş xidmətini istifadəyə verməyi planlaşdırır.

Bu xidmət birbaşa sosial şəbəkə daxilində işləyəcək, ani bank köçürmələrini və P2P (insandan-insana) ödənişləri dəstəkləyəcək. Bu addım, Musk-ın əsas ideyasını - X platformasını Çinin WeChat kimi “hər şey üçün bir tətbiqə” çevirmək planını reallaşdırmaq üçün mühüm mərhələ hesab olunur. X platforması, istifadəçilərə hesab balanslarını bank kartlarının qəbul edildiyi istənilən yerdə xərcləməyə imkan verəcək XCard adlı debet kartını istifadəyə verəcək. Bu barədə məlumatı həm insayder, həm də Tesla və SpaceX əməkdaşı olan Dima Zeniuk verib. O, Elon Musk-ın bu sahədəki planlarının dəyişmədiyini təsdiqləyib və kartın yaxın zamanda istifadəyə veriləcəyini bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
xAI şirkətinin Colossus adlı süni zəka superkompüteri tam güclə işə salınıb

xAI şirkətinin Colossus adlı süni zəka superkompüteri tam güclə işə salınıb
Elon Musk-ın xAI Memphis Supercluster layihəsinin birinci mərhələsi tam gücü ilə işə düşüb - süni zəka superkompüteri yerli yarımstansiyaya və əsas elektrik şəbəkəsinə qoşulmağa hazırdır.
Elon Musk insanlıq üçün qurtuluş həllini təklif edir

Elon Musk insanlıq üçün qurtuluş həllini təklif edir
Milyarder və SpaceX şirkətinin qurucusu Elon Musk insanlığı məhv olmaqdan xilas etmək üçün onu Marsa köçürmək planını irəlilətməkdə davam edir.
İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)

İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)
98 yaşlı britaniyalı İkinci Dünya Müharibəsi veteranı Ken Turner, Tesla Model 3 elektrik sedanını Sherman tankı ilə məhv edib.
Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır

Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır
Elon Musk ilə OpenAI şirkətinin hazırkı rəhbərliyi arasındakı qarşıdurmanın kökləri 2018-ci ildən əvvələ gedib çıxır. Həmin dövrdə Musk, sonradan dünyaya ChatGPT-ni təqdim edən bu gənc şirkətin formalaşmasında iştirak edirdi.
Elon Musk-ın OpenAI ilə bağlı iddiaları hələ də qüvvədə qalır

Elon Musk-ın OpenAI ilə bağlı iddiaları hələ də qüvvədə qalır
Biraz əvvəl xəbər verdiyimiz xəbərə əsasən OpenAI öz idarəetmə strukturunu saxlayacaq və bu struktur qeyri-kommersiya idarə heyətinin əsas rolda olmasını nəzərdə tutur.
Həftənin xəbərləri

