main-post-cover

    Google rəsmi şəkildə internet-reklam sahəsində monopolist təyin edilib

    Tech-Biznes
    17.04.2025
    Emil Nəcəfov
         ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı reklam texnologiyaları sahəsindəki inhisarçılıq ittihamı üzrə məhkəmə prosesində qalib gəlib. Məhkəmə qərar verib ki, Google qəsdən bir sıra qeyri-rəqabət yönümlü hərəkətlərdə iştirak edib və texnologiya nəhənginin bu rəqabətə zidd praktikaları müştərilərə və istifadəçilərə əhəmiyyətli zərər vurub. Məhkəmə Google-u “Şerman Qanunu”nun 1-ci və 2-ci bölmələrinə əsasən məsuliyyətli hesab edib. Məhkəmənin fikrincə, iddiaçılar sübut etdilər ki, Google reklam məkanlarının və açıq veb üçün reklam birjalarının bazarlarında inhisarçı gücü əldə etmək və qorumaq məqsədilə bilərəkdən bir sıra rəqabətə zidd hərəkətlərə əl atıb.
         Məhkəmə əlavə edib: “Google 10 ildən artıq bir müddət ərzində reklam platformasını və reklam birjasını müqavilə şərtləri və texnoloji inteqrasiyalar vasitəsilə bir-birinə bağlayaraq bu iki bazarda inhisar qurub və onu qoruyub saxlayıb”. Ədliyyə Nazirliyi iddia edirdi ki, Google 3 reklam texnologiyası sahəsində qanunsuz şəkildə inhisar yaradıb: Veb sayt sahibləri üçün reklam alətləri bazarı, reklamverənlər üçün platforma və reklam əməliyyatlarını asanlaşdıran reklam birjaları. Nəticədə, Google real alternativlərin olmaması səbəbindən asılı vəziyyətdə olan nəşriyyatlar və reklamverənlər hesabına inhisarçı mənfəət əldə edib.
         Google-un hüquqşünaslarının fikrincə, Ədliyyə Nazirliyinin irəli sürdüyü ittihamlar əsassız və reallıqdan uzaq idi. Google bildirirdi ki, onun alətləri nəşriyyatlara və reklamverənlərə gəlir əldə etməkdə kömək edir və bu alətlərin müxtəlif sahələrdə mövcudluğu əksinə olaraq istifadəçilər üçün maksimal rahatlıq təmin edir. Google-un hüquqşünasları iddia edirdilər ki, şirkətin bu addımları üçün qanuni kommersiya əsasları var və hökumət sadəcə olaraq Google-a biznesi necə aparmalı olduğunu diktə etmək istəyir.
         Məhkəmənin fikrincə, Ədliyyə Nazirliyinin mövqeyini əlavə olaraq təsdiqləyən amillərdən biri də Google-un daxili yazışmaları məhkəməyə təqdim edə bilməməsi olub. Buna səbəb isə şirkətin daxili mesajlaşma tətbiqinin guya “əməkdaşlar arasında olan çat yazışmalarını silməsi” göstərilib. Bu gün qəbul edilən məhkəmə qərarı, Google ilə Ədliyyə Nazirliyi arasında texnologiya nəhənginin axtarış bazarındakı inhisarçılığına dair digər bir məhkəmə prosesinin ərəfəsində verilib. Əgər bu prosesdə Google məğlub olarsa, şirkət məcburi bölünmə ilə üzləşə bilər.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Böyük Britaniyada Google şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb
    boyuk-britaniyada-google-sirketine-qarsi-kollektiv-mehkeme-iddiasi-qaldirilib
    Android ən çox enerji sərf edən tətbiqləri daha effektiv təyin edəcək
    android-en-cox-enerji-serf-eden-tetbiqleri-daha-effektiv-teyin-edecek
    Google delfinlərlə ünsiyyət üçün DolphinGemma süni zəka modelini yaradıb (VİDEO)
    google-delfinlerle-unsiyyet-ucun-dolphingemma-suni-zeka-modelini-yaradib-video
    Android 12-nin dəstəyi rəsmi şəkildə dayandırılıb
    android-12-nin-desteyi-resmi-sekilde-dayandirilib
    Google ucuz smartfonları Android 15 dəstəyindən məhrum edib
    google-ucuz-smartfonlari-android-15-desteyinden-mehrum-edib