main-post-cover

    Meta Apple-ın daha iki süni zəka mütəxəssisini özünə cəlb edib

    Tech-Biznes
    18.07.2025
    Emil Nəcəfov
         Meta süni zəka bölməsini gücləndirməyə davam edir və Apple şirkətindən daha iki əsas mütəxəssisi - Mark Lee Tom Gunter-i öz komandasına cəlb edib. Hər iki mütəxəssis daha əvvəl Meta ilə 200 milyon dollar məbləğə müqavilə imzalamış Ruoming Pang-ın rəhbərliyi altında çalışıblar. Onlar Apple-ın süni zəka bölməsi olan Apple Foundation Models (AFM) strukturunda aparıcı vəzifələr tuturdular, lakin indi Meta şirkətinin Superintelligence Labs komandasında fəaliyyət göstərəcəklər. Mark Lee artıq yeni vəzifəsinə başlayıb, Tom Gunter isə Apple-dan 1 ay əvvəl ayrıldıqdan sonra qısa müddət başqa bir süni zəka startapına qoşulub, lakin sonda seçimində Meta-ya üstünlük verib.
         Bu kadr təyinatları Apple-da böyük dil modellərinin (LLM) inkişafına rəhbərlik etmiş Ruoming Pang-ın gedişindən sonra baş verənlərin davamı kimi qiymətləndirilir. Onun Meta ilə imzaladığı müqavilənin dəyəri bir neçə il üçün 200 milyon dollar qiymətləndirilir. Həmin vaxt Bloomberg proqnozlaşdırmışdı ki, onun ardınca süni zəka sahəsində digər əsas mütəxəssislər də Apple-dan ayrılacaqlar. Meta şirkətinin baş direktoru Mark Zuckerberg daha əvvəl süni zəkanı şirkətin əsas prioriteti adlandırmışdı və hazırkı kadr dəyişiklikləri bu sahədə ən yaxşı mütəxəssisləri cəlb etməyə yönəlmiş aqressiv strategiyanı təsdiqləyir.
         Meta bundan əvvəl də OpenAI Google-dan tədqiqatçıları cəlb edə bilmişdi. İndi isə Apple daxilində - xüsusilə Siri də daxil olmaqla süni zəka funksiyalarının gələcək inkişaf perspektivlərinin hələ də qeyri-müəyyən olduğu bir vaxtda - yaranmış vəziyyətdən istifadə edərək yeni istedadları özünə qazandırıb. Bu arada Apple-ın süni zəka bölmələrində mənəvi mühit getdikcə pisləşir: mühəndislər son uğursuzluqlara görə günahın onların üzərinə atıldığını hiss edirlər. Meta isə, öz növbəsində, Apple vəziyyətini sabitləşdirməzdən əvvəl narazı əməkdaşları cəlb etmək üçün bu vəziyyətdən istifadə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple-ın yeni əməliyyat sistemlərinin ictimai beta test tarixi açıqlanıb
    apple-in-yeni-emeliyyat-sistemlerinin-ictimai-beta-test-tarixi-aciqlanib
    Adi iPhone 17-nin mümkün prosessor modeli açıqlanıb
    adi-iphone-17-nin-mumkun-prosessor-modeli-aciqlanib
    iPhone 17 seriyasının potensial təqdimat tarixi açıqlanıb
    iphone-17-seriyasinin-potensial-teqdimat-tarixi-aciqlanib
    Huawei bir neçə illik fasilədən sonra Çin smartfon bazarındakı liderliyini geri qazanıb
    huawei-bir-nece-illik-fasileden-sonra-cin-smartfon-bazarindaki-liderliyini-geri-qazanib
    Facebook keyfiyyətsiz və digərlərinin kontentlərindən istifadə edən hesabları bloklayacaq
    facebook-keyfiyyetsiz-ve-dige