NVIDIA 1 milyard dollara Nokia-nın bir hissəsini alıb
Tech-Biznes
30.10.2025
Emil Nəcəfov
Müştəri cihazları bazarını tərk etdikdən sonra Nokia şirkəti fəaliyyətini telekommunikasiya avadanlıqları seqmentinə yönəldib, lakin bu həftə şirkət NVIDIA ilə bağladığı sövdələşmə sayəsində yenidən diqqət mərkəzinə düşüb. NVIDIA bu telekommunikasiya avadanlığı istehsalçısının 2.9% səhmini almaq üçün 1 milyard dollar xərcləyib. Bu razılaşmadan sonra Nokia-nın səhmlərinin qiyməti son 10 ilə yaxın dövr ərzində qeydə alınan maksimum səviyyəyə yüksəlib. Şirkətlər arasında gələcək əməkdaşlıq süni intellekt infrastrukturlarının yaradılması və ABŞ-da mobil rabitə bazarının inkişafı üzərində qurulacaq.
Nokia, NVIDIA-nın məlumat emalı mərkəzləri və superkompüterlərin tikintisi üzrə layihələri çərçivəsində öz telekommunikasiya həllərini təchiz etmək imkanını nəzərdən keçirir. Bundan əlavə, hər iki şirkət növbəti nəsil - 6G rabitə infrastrukturunun formalaşdırılmasında da fəal iştirak edəcək. NVIDIA Nokia üçün süni intellekt texnologiyalarından istifadə edən yeni nəsil baza stansiyası komponentləri hazırlayacaq. Bu avadanlıqların tədarükünə 2027-ci ildə başlanacaq - əvvəlcə onlar 5G şəbəkə infrastrukturunda, daha sonra isə 6G şəbəkələrində tətbiq ediləcək. Bu xəbərin fonunda Nokia-nın səhmlərinin qiyməti təxminən 21% artaraq 2016-cı ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Nokia ilə bağlanmış sövdələşmə nəticəsində bu şirkət NVIDIA-nın ikinci ən böyük səhmdarı olacaq.
Ayrı bir razılaşma çərçivəsində NVIDIA və Nokia, rabitə operatoru T-Mobile ilə birlikdə 6G şəbəkələrində süni intellektdən istifadə etməklə radiodalğalar üzərindən məlumat ötürülməsi texnologiyalarını inkişaf etdirəcəklər. Bu texnologiyaların sınaq istismarı gələn ildən başlanacaq. NVIDIA-nın qurucusunun sözlərinə görə, 6G rabitə şəbəkələri təkcə çoxsaylı robotların etibarlı idarə olunmasını deyil, həm də daha dəqiq hava proqnozlarının verilməsini təmin edəcək. Bu seqmentdə NVIDIA öz yeni ARC platformasını irəlilətməyi planlaşdırır - bu platforma Grace prosessorlarını və Blackwell çiplərini şirkətin özünün hazırladığı telekommunikasiya həlləri ilə birləşdirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsanabənzər robotlar NVIDIA serverlərinin yığılmasında iştirak edəcəklər
İnsanabənzər robotlar NVIDIA serverlərinin yığılmasında iştirak edəcəklər
İstehsalatda məhz humanoid (insanabənzər) robotlardan istifadə ideyası getdikcə daha çox şirkəti cəlb edir və NVIDIA üçün server avadanlıqları toplayan ən böyük podratçılardan biri olan Tayvan şirkəti Foxconn da bu trendlə ayaqlaşmaq qərarına gəlib.
NVIDIA bazar dəyəri 5 trilyon dollara çatmış ilk şirkət oldu
NVIDIA bazar dəyəri 5 trilyon dollara çatmış ilk şirkət oldu
Dünən keçirilmiş ticarət sessiyasında NVIDIA şirkətinin bazar dəyəri tarixi səviyyəyə - 5 trilyon dollara çatıb. Səhmlərin qiyməti 5.2% artaraq 211.47$-a yüksəlib, bu da NVIDIA-nın bu mərhələni keçməsinə imkan verib.
Sam Altman-ın strateji mütəxəssisliyi OpenAI-ya 100 milyardlarla dollar dəyərində müqavilələr bağlamağa imkan verib
Sam Altman-ın strateji mütəxəssisliyi OpenAI-ya 100 milyardlarla dollar dəyərində müqavilələr bağlamağa imkan verib
OpenAI rəhbəri Sam Altman özünü bacarıqlı strateji mütəxəssis kimi göstərib. Şirkəti demək olar ki, sonsuz hesablama gücü ilə təmin etmək üçün o, 100 milyardlarla dollar dəyərində bir sıra razılaşmalar təşkil edib və bununla da Silikon Vadisinin nəhənglərini bir-birinə qarşı oynadıb.
NVIDIA CEO-su Jensen Huang: "Real və "rəqəmsal" insanlar bir yerdə çalışacaqlar"
NVIDIA CEO-su Jensen Huang: "Real və "rəqəmsal" insanlar bir yerdə çalışacaqlar"
Süni intellekt boom-unun mərkəzində yerləşən şirkətlərdən birinin qurucusu kimi, NVIDIA şirkətinin rəhbəri Jensen Huang bu sahənin gələcəyi ilə bağlı fikirlərini tez-tez bölüşür. O, bildirib ki, insanlar süni intellektlə qarşılıqlı əlaqədən cavabdeh olan agentləri “rəqəmsal insanlar” adlandıraraq, gələcəkdə onlarla yanaşı işləyə biləcəklər.
NVIDIA bazar dəyəri 4 trilyon dolları keçmiş ilk şirkət oldu
NVIDIA bazar dəyəri 4 trilyon dolları keçmiş ilk şirkət oldu
NVIDIA-nın səhmləri çərşənbə axşamı yeni rekorda çataraq təxminən 3% yüksəldi və onun bazar dəyərini inanılmaz 4.5 trilyon dollara çatdırdı. CNBC-nin məlumatına görə, son 1 ildə NVIDIA-nın səhmləri təxminən 49% artıb və şirkət süni intellekt boom-u fonunda mərkəzi mövqeyini gücləndirmək üçün sazişlərin bağlanma tempini artırdıqca investorları cəlb etməyə davam edir.
Həftənin xəbərləri