main-post-cover

    NVIDIA, Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən bahalı şirkətinə çevrilib

    Tech-Biznes
    06.06.2024
    Emil Nəcəfov
         NVIDIA şirkətinin səhmlərinin ümumi dəyəri 5% yüksələrək dünən birjadakı satışlarda bir səhm üçün 1224.40$ dəyərində təyin edilib. Beləliklə şirkətin bazar dəyəri öz tarixində ilk dəfə olaraq 3 trilyon dolları keçib. Hal-hazırda NVIDIA-nın bazar dəyəri 3.1 trilyon dollar təşkil edib. Bu, generativ süni zəka texnologiyalarının sürətli inkişafları səbəbilə baş verib. Belə ki, bu texnologiyaların inkişafları mərkəzində olan NVIDIA-nın səhmlərini əldə etmək arzusunda olan investorlar tərəfindən yüksək tələbat nəticəsində səhmlərin ümumi dəyərində artım müşahidə edilib. Beləliklə NVIDIA 3.1 trilyon dollarlıq bazar dəyəri hesabına Apple şirkətini dünyanın əın bahalı şirkətləri siyahısında ikinci yerdən üçüncü yerə endirib. Hal-hazırda Apple şirkətinin bazar dəyəri 3 trilyon dollar təşkil edir.
         NVIDIA dünyanın ən bahalı şirkətləri siyahısında hal-hazırda yalnız Microsoft-dan geridə qalır. Belə ki, Microsoft-un bazar dəyəri 3.15 trilyon dollardır. Son 5 ildə NIVIDA səhmlərinin ümumi dəyəri 3224% yüksəlib. Qeyd etmək lazımdır ki, NVIDIA fevral ayında 2 trilyon dollarlıq bazar dəyəri nailiyyətini əldə etmişdi. Cəmi 3 aydan sonra şirkət 3 trilyon dollardan yüksək bazar dəyəri nailiyyətinə sahib ola bilib. Aydın məsələdir ki, NVIDIA-nın bazar dəyərinin artımı onun güclü qrafik prosessorlarına olan yüksək tələbatla bağlıdır. Belə ki, Microsoft, Meta, Google, Amazon, OpenAI kimi şirkətlər NVIDIA-nın güclü qrafik prosessorlarını əldə etmək üçün milyardlarla dollar vəsait sərf edirlər. Həmin qrafik prosessorlar isə böyük süni zəka modellərinin hazırlanmasında və işə salınmasında istifadə edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA GeForce RTX 5090 videokartı düşünüldüyü kimi güclü olmaya bilər
    nvidia-geforce-rtx-5090-videokarti-dusunulduyu-kimi-guclu-olmaya-biler
    Microsoft DirectSR təqdim edilib: DLSS, FSR və XeSS indi bir API-də birləşir!
    microsoft-directsr-teqdim-edilib-dlss-fsr-ve-xess-indi-bir-api-de-birlesir
    MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
    mediatek-ve-nvidia-nin-birge-hazirladiqlari-desktop-prosessor-baresinde-teferruatlar-melum-olub
    NVIDIA-nın flaqman videokartları qəliz şifrələri 1 saat ərzində sındıra bilirlər
    nvidia-nin-flaqman-videokartlari-qeliz-sifreleri-1-saat-erzinde-sindira-bilirler
    NVIDIA CEO-su: "İnsana bənzər robotlar avtomobillər kimi kütləvi məhsula çevriləcəklər"
    nvidia-ceo-su-insana-benzer-robotlar-avtomobiller-kimi-kutlevi-mehsula-cevrilecekler