main-post-cover

    NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçib

    Tech-Biznes
    29.07.2025
    Emil Nəcəfov
         Dünya fond bazarı NVIDIA-nın bazar dəyərindəki fenomenal artımı izləməyə davam edir. 9 iyul tarixində ABŞ nəhəngi 4 trilyon dollar bazar dəyəri həddinə çatmış ilk şirkət oldu və indi isə növbəti rekord qeydə alınıb. 28 iyulda keçirilmiş ticarət sessiyasının nəticələrinə görə, NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçərək tarixdəki ən yüksək göstəriciyə çatıb. Bu nailiyyətə ABŞ-ın S&P 500Nasdaq indekslərinin artımı, həmçinin Trump administrasiyasının NVIDIA çiplərinin Çinə ixracını bərpa etmək qərarı sayəsində nail olunub. NVIDIA-nın səhmlərinin dəyəri 2024-cü ildə 170%-dən çox artıb və bu, 2023-cü ildəki 240%-lik artımın davamıdır.
         2025-ci ilin ilk yarısında isə şirkətin dəyəri təxminən 700 milyard dollar artıb və artım tendensiyası davam edir. NVIDIA-nın baş direktoru Jensen Huang 10b5-1 qaydasına əsasən, bu yaxınlarda təxminən 38 milyon dollar dəyərində 225 000 ədəd NVIDIA səhmi satıb. 2025-ci ilin əvvəlindən bəri isə Huang ümumilikdə 1.2 milyon səhmi 190 milyon dollar məbləğində reallaşdırıb və ilin sonuna qədər 6 milyonadək səhmi satmağı planlaşdırır. Satışlara baxmayaraq, o hələ də şirkətin təxminən 3.5%-lik payı ilə ən böyük fərdi səhmdarı olaraq qalır. Sözügedən qayda (10b5-1) daxili məlumatlara əsaslanan ticarəti tənzimləyir və şirkət rəhbərlərinə və ya iri səhmdarlara səhmləri qanuni şəkildə almaq və ya satmaq imkanı yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA CEO-su Çin mənşəli süni zəka modellərini dünya səviyyəsinə uyğun hesab edir
    nvidia-ceo-su-cin-menseli-suni-zeka-modellerini-dunya-seviyyesine-uygun-hesab-edir
    NVIDIA 4 trilyon dollarlıq bazar dəyərinə sahib ilk şirkət oldu
    nvidia-4-trilyon-dollarliq-bazar-deyerine-sahib-ilk-sirket-oldu
    NVIDIA GeForce RTX 5080 SUPER videokartı üzərində çalışır
    nvidia-geforce-rtx-5080-super-videokarti-uzerinde-calisir
    NVIDIA GeForce RTX 5070 SUPER videokartı üzərində çalışır
    nvidia-geforce-rtx-5070-super-videokarti-uzerinde-calisir
    2050-ci ilə qədər süni zəka əsaslı 4 milyard robot mövcud olacaq
    2050-ci-ile-qeder-suni-zeka-esasli-4-milyard-robot-movcud-olacaq