main-post-cover

    OpenAI 2029-cu ildən tez mənfəət əldə etməyi gözləmir

    Tech-Biznes
    15.09.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti proqnozlaşdırır ki, 2028-ci ilə qədər onun satışları 100 milyard dollara çatacaq. Lakin baş direktor Sam Altman investorları xəbərdar edib ki, şirkət yalnız 2029-cu ildən etibarən mənfəət əldə etməyə başlayacaq. Məlumata görə, OpenAI hesablama gücünə və öz yarımkeçirici komponentlərinin hazırlanmasına edilən böyük investisiyalara baxmayaraq, hələ də çoxmilyardlı zərərlər çəkməyə davam edir. Şirkət qarşıdakı onillik ərzində 100 milyardlarla dollar xərclərə dair öhdəliklər götürüb, o cümlədən Oracle-dan hesablama gücü üçün illik 60 milyard dollar ödəniş və birgə data mərkəzlərinə 18 milyard dollarlıq investisiya daxildir.
         Lakin şirkətin daxili proqnozları bir neçə il ərzində zərərlərin davam edəcəyini göstərir və Altman investorları xəbərdar edib ki, 2029-cu ilə qədər ümumi zərərlər 44 milyard dollara çata bilər. Şirkətin biznesinin böyüməsi bazarın süni intellekt xidmətlərinə pul ödəməyə hazır olmasından asılıdır. Məsələn, OpenAI-in ChatGPT istifadəçilərinin sayı 700 milyondan çoxdur, lakin onların əksəriyyəti buna görə ödəniş etmir. ABŞ-ın aparıcı vençur şirkətlərindən biri olan Menlo Ventures-un araşdırması göstərir ki, istehlakçıların yalnız 3%-i müntəzəm olaraq süni intellekt xidmətlərinə pul ödəyir, beynəlxalq konsaltinq şirkəti McKinsey-in hesabatına görə isə şirkətlərin 80%-i süni intellektin tətbiqindən gəlirlərində əhəmiyyətli artım müşahidə etmir.
         Link Ventures-un təsisçisi Dave Blundin süni intellekti “bəşər tarixində ən transformasiyaedici ixtira” kimi xarakterizə edib, lakin bazarda qaçılmaz maliyyə korrektəsi barədə də xəbərdarlıq edib. Buna baxmayaraq, investorlar OpenAI-i maliyyələşdirməyə davam edirlər və son 1 il ərzində ona təxminən 50 milyard dollar yatırdıblar. Eyni zamanda Microsoft OpenAI ilə tərəfdaşlığı uzadıb ki, bu da şirkətə kommersiya təşkilatına çevrilməyə və əlavə 19 milyard dollarlıq maliyyələşməyə çıxış əldə etməyə kömək edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni müqavilənin şərtlərinə görə Microsoft OpenAI-nin kiçik hissəsini əldə edə bilər
    yeni-muqavilenin-sertlerine-gore-microsoft-openai-nin-kicik-hissesini-elde-ede-biler
    Nepalda müvəqqəti baş naziri ChatGPT vasitəsilə seçiblər
    nepalda-muveqqeti-bas-naziri-chatgpt-vasitesile-secibler
    ABŞ hökuməti süni intellekt əsaslı çat-botların təhlükəsizlikləri ilə bağlı istintaqa başlayıb
    abs-hokumeti-suni-intellekt-esasli-cat-botlarin-tehlukesizlikleri-ile-bagli-istintaqa-baslayib
    OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib
    openai-restrukturizasiya-movzusunda-microsoft-ile-raziliga-gelib
    OpenAI süni intellekt vasitəsilə animasiya filminin istehsalında yardımçı olur
    openai-suni-intellekt-vasitesile-animasiya-filminin-istehsalinda-yardimci-olur