main-post-cover

    OpenAI-nin keçmiş əməkdaşı şirkətdə çalışma təcrübəsindən danışıb

    Tech-Biznes
    16.07.2025
    Emil Nəcəfov
         OpenAI-nin keçmiş mühəndisi və Segment-in həmtəsisçisi Calvin French-Owen, OpenAI-nin ən perspektivli məhsullarından biri olan Codex üzərində işlədiyi müddətdə qazandığı təəssüratları bloqunda paylaşıb. Onun yazısı sürətli inkişaf, daxili xaos, yuxusuz gecələr və gözlənilməz azadlıqla dolu bir ilin mənzərəsini açır. French-Owen şirkətin sürətli böyüməsini belə təsvir edib: 1 il ərzində əməkdaş sayı 1000-dən 3000-ə yüksəlib və bu da onun sözlərinə görə, daxili xaosa səbəb olub - istər kommunikasiya, istərsə də işə qəbul və məhsul buraxılışı proseslərində. Eyni zamanda, şirkətin mədəniyyəti startap ruhunu qoruyub saxlayır: əməkdaşlar öz ideyalarını tez reallaşdıra bilirlər, baxmayaraq ki, bu, bəzən səylərin təkrarlanmasına gətirib çıxarır.
         Proqramçıların səviyyəsi Google-un milyardlarla istifadəçi üçün kod yaza bilən təcrübəli mühəndislərindən tutmuş belə təcrübəyə malik olmayan yeni PhD məzunlarına qədər dəyişir. Lakin bu müxtəliflik Python proqramlaşdırma dilinin çevikliyi ilə birləşdikdə, OpenAI-nin əsas kod bazasını daim nəyinsə pozulduğu və ya çox ləng işlədiyi bir növ “qarışıqlığa” çevirirdi. Buna baxmayaraq, rəhbərlik bu problemin fərqindədir və onu həll etməyə çalışır. French-Owen OpenAI-ni erkən dövrlərdəki Facebook ilə müqayisə edir - eyni sürət və riskə getməyə hazırlıq mövcuddur. Məsələn, 8 mühəndis, 4 tədqiqatçı, 2 dizayner və 1 marketoloqdan ibarət komanda, demək olar ki, yuxusuz rejimdə cəmi 7 həftəyə Codex məhsulunu hazırlayıb istifadəyə verə bilib.
         Lakin nəticə gözləniləndən də uğurlu olub: məhsul sadəcə ChatGPT-nin yan panelində görünməklə dərhal istifadəçilərin marağını cəlb edib. Eyni zamanda, French-Owen qeyd edir ki, OpenAI hələ də çox qapalı bir şirkət olaraq qalır və hər cür sızmaya qarşı son dərəcə həssas reaksiya verir. Söhbət zamanı süni zəkanın təhlükəsizliyi mövzusuna da toxunulub. Tənqidçilərin fikirlərinin əksinə olaraq, OpenAI riskləri görməzdən gəlmir, lakin diqqətini apokaliptik ssenarilərə deyil, praktik problemlərə yönəldir - məsələn, nifrətə təhrik, təhqirlər, manipulyasiyalar, zərərli sorğular və digər təhlükəli təlimatlarla mübarizə.
         Uzunmüddətli təhlükələr də araşdırılır, xüsusilə nəzərə alsaq ki, 100 milyonlarla insan ChatGPT-dən tibbi məsləhətlər və ya psixoloji dəstək üçün istifadə edir. French-Owen vurğulayıb ki, o, şirkətdən hər hansı bir konflikt və ya “drama” səbəbindən deyil, sadəcə yenidən startap həmtəsisçisi rolu ilə məşğul olmaq istədiyi üçün ayrılıb. Daha əvvəl o, tərəfdaşları ilə birlikdə müştəri məlumatlarının idarə olunması sahəsində fəaliyyət göstərən Segment adlı startapı yaratmışdı və bu startap 2020-ci ildə Twilio tərəfindən 3.2 milyard dollara alınmışdı
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələcək özü-özünü istehsal edən robotlar və süni zəkanın arxasındadır
    gelecek-ozu-ozunu-istehsal-eden-robotlar-ve-suni-zekanin-arxasindadir
    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib
    Süni zəka dünyanın 30 ən yaxşı riyaziyyatçısını az qala geridə qoyub
    suni-zeka-dunyanin-30-en-yaxsi-riyaziyyatcisini-az-qala-geride-qoyub
    OpenAI-nin açıq mənbəli süni zəka modeli yenidən təxirə salınıb
    openai-nin-aciq-menbeli-suni-zeka-modeli-yeniden-texire-salinib
    ChatGPT hiyləgər oyun vasitəsilə Windows açarlarını generasiya edib
    chatgpt-hiyleger-oyun-vasitesile-windows-acarlarini-generasiya-edib