OpenAI şirkətinin bazar dəyəri 100 milyard dollara yüksələ bilər
Tech-Biznes
25.12.2023
Emil Nəcəfov
OpenAI şirkəti yeni maliyyələşdirmə raundunun keçirilməsi istiqamətində danışıqlar aparır. Bloomberg-in verdiyi məlumata əsasən yeni maliyyələşdirmə raundu çərçivəsində şirkətin bazar dəyəri 100 milyard dollara yüksələ bilər. Yeni maliyyələşdirmə raundunun şərtləri və keçirilmə tarixi hələ təyin edilməyib. Bundan əlavə olaraq OpenAI şirkəti süni zəka çiplərinin istehsalı ilə bağlı müəssisənin təsis edilməsi mövzusunda G42 adlı şirkətlə danışıqlar aparır. Fərdi süni zəka çiplərinin istehsalı müəssisəsinin yaradılması ilə növbəti maliyyələşdirmə raundunun keçirilməsi arasında əlaqənin olub-olmadığı bilinmir. Belə ki, daha öncə G42 şirkətinin OpenAI-ya 8-10 milyard dollar investisiya yatırmaq niyyətinin olması ilə bağlı məlumatlar ortaya çıxmışdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Gemini bir çox göstəricilər üzrə OpenAI GPT-3.5 Turbo-dan geridə qalır
Google Gemini bir çox göstəricilər üzrə OpenAI GPT-3.5 Turbo-dan geridə qalır
Karnegi Mellon Universitetinin və BerriAI adlı şirkətin mütəxəssislərinin aparmış olduqları tədqiqata əsasən Google şirkətinin Gemini adlı süni zəka modeli bir çox göstəricilər üzrə OpenAI şirkətinin GPT-3.5 Turbo süni zəka modelindən geridə qalır.
OpenAI şirkəti zərərli süni zəka modellərinin yaradılması riski üzərində nəzarəti gücləndirir
OpenAI şirkəti zərərli süni zəka modellərinin yaradılması riski üzərində nəzarəti gücləndirir
OpenAI şirkəti potensial zərərli süni zəka modellərinin yaradılması risklərinin aradan qaldırılması istiqamətində əlavə nəzarət tədbirlərini tətbiq edir.
TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
TikTok-un sahibi ByteDance öz süni zəka modeli üçün gizli şəkildə OpenAI texnologiyalarından istifadə edir
TikTok-un sahibi olan ByteDance şirkətinin gizli şəkildə OpenAI şirkətinin API-dan istifadə etdiyi məlum olub.
Ödənişli ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı bərpa edilib
Ödənişli ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı bərpa edilib
Keçən ay OpenAI şirkəti ChatGPT çat-botunun ödənişli versiyası olan ChatGPT Plus üçün yeni istifadəçilərin qeydiyyatını dayandırmışdı.
Antimonopoliya orqanları Microsoft-un OpenAI-ya olmuş investisiyalarını araşdırmağa başlayıblar
Antimonopoliya orqanları Microsoft-un OpenAI-ya olmuş investisiyalarını araşdırmağa başlayıblar
Microsoft-un OpenAI şirkətinə 13 milyard dollar həcmində olan investisiyası ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) və Böyük Britaniyanın Rəqabət və Bazarların İdarəsi Agentliyi (CMA) kimi antimonopoliya orqanlarının diqqətlərini çəkib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!