OpenAI şirkətinin bazar dəyəri 80 milyard dollara yüksələcək
Tech-Biznes
21.02.2024
Emil Nəcəfov
Microsoft tərəfindən aktiv şəkildə dəstəklənən OpenAI şirkəti səhmlərin satışı üzrə müqavilənin bağlanması prosesini yekunlaşdırıb. Bunun sayəsində şirkətin bazar dəyəri 80 milyard dollara yüksələcək. Qeyd etmək lazımdır ki, söhbət, şirkət səhmlərinin birjada satılmasından getmir. Söhbət, şirkət əməkdaşlarının sahib olduqları səhmlərin satışlarından gedir. Şirkət bu üsul ilə səhmlərini Thrive Capital adlı vençur şirkət tərəfindən rəhbərlik edilən tender təklifi çərçivəsində satacaq. Şirkət əməkdaşları sahib olduqları səhmləri nağd pula çevirə biləcəklər. Qeyd etmək lazımdır ki, bu müqavilənin reallaşdırılması üçün danışıqlar 2023-cü ilin əvvəlindən gedirdi. İndi isə şirkət onu reallaşdıracaq və öz bazar dəyərini yüksəldə biləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
GPT-5 ən qədim dillərdən birini deşifrələmə potensialına sahibdir
GPT-5 ən qədim dillərdən birini deşifrələmə potensialına sahibdir
Microsoft şirkəti OpenAI tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək GPT-5 adlı böyük dil modeli barəsində yeni məlumatları təqdim edib.
OpenAI CEO-su ChatGPT-ni tarixdə ilk dəfə işqı üzü görmüş mobil telefon ilə müqayisə edib
OpenAI CEO-su ChatGPT-ni tarixdə ilk dəfə işqı üzü görmüş mobil telefon ilə müqayisə edib
ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT barəsində qeyri-adi fikrini səsləndirib.
OpenAI realistik videoları tərtib edən Sora neyron şəbəkəsini təqdim edib (VİDEO)
OpenAI realistik videoları tərtib edən Sora neyron şəbəkəsini təqdim edib (VİDEO)
OpenAI şirkəti Sora adlı yeni neyron şəbəkəsini təqdim edib. Təqdim edilmiş bu yeni neyron şəbəkə mətn formatlı təsvirlər əsasında videoların tərtibatı üçün nəzərdə tutulub.
OpenAI Google Search-ün analoqu üzərində çalışır
OpenAI Google Search-ün analoqu üzərində çalışır
Çoxlu sayda rəqib şirkətin olmasına baxmayaraq Google dünyanın ən məşhur axtarış sistemi olaraq qalır.
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Hakerlər kiberhücumların təkmilləşdirilməsində böyük dil modellərindən istifadə etməyə başlayıblar
Microsoft və OpenAI şirkətləri bildiriblər ki, müxtəlif dövlətlərin hökumətləri tərəfindən dəstəklənən haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!