main-post-cover

    OpenAI süni intellekt dövrünü təyin edib və onun mərkəzinə çevrilib

    Tech-Biznes
    13.10.2025
    Emil Nəcəfov
         Hazırda İT sənayesi süni intellekt texnologiyalarının boom dövrünü yaşayır və bu prosesin mərkəzində OpenAI şirkəti dayanır. CNBC yazır ki, onun bu qədər güclü dominantlığı Silikon Vadisəsində indiyədək görünməmiş bir haldır. Cəmi 3 ildən az müddətdə OpenAI süni intellekt sahəsindəki startapdan 500 milyard dollar dəyərində qiymətləndirilən nəhəng bir şirkətə çevrilib. Şirkət 500 milyard dollarlıq məlumat emalı mərkəzi (MEM) tikinti layihəsinə rəhbərlik edir və dünyanın ən bahalı şirkəti NVIDIA, eləcə də texnologiya liderləri MicrosoftGoogle ilə sıx əməkdaşlıq qurub. OpenAI özünü generativ süni intellekt dövrünü müəyyənləşdirən şirkət kimi təqdim edir - son onilliklərdə əsas internet brendlərinin öz sahələrində etdikləri kimi: Amazon - elektron ticarət və bulud infrastrukturu sahəsində, Google - veb-axtarış və rəqəmsal reklamda, Facebook - sosial şəbəkələrdə və Apple - mobil texnologiyalar sahəsində.
         Əvvəlki dövrlərin sənaye nəhənglərindən fərqli olaraq, OpenAI özəl şirkət olduğuna görə maliyyə göstəricilərini açıqlamır, lakin onun başqalarının vəsaitlərini xərcləmə qabiliyyəti və hazırkı miqyası misilsizdir. “Bu barədə dəqiq hesablamalar yoxdur, çünki bu şirkətlərin heç biri ictimai deyil” - deyə süni intellekt sahəsində ixtisaslaşmış Index Ventures fondunun partnyoru Nina Achadjian bildirib. O, əsasən OpenAI və onun rəqibi Anthropic-i nəzərdə tutur. Bu 2 şirkət ötən ay ümumilikdə 13 milyard dollar investisiya cəlb etdiklərini və 183 milyard dollar dəyərində qiymətləndirildiklərini bəyan etmişdilər. Bununla yanaşı, OpenAI-nin əsas məhsulu olan ChatGPT həftəlik 800 milyon istifadəçiyə çataraq auditoriyasını xeyli genişləndirib. Bir müddət əvvəl şirkət süni intellekt əsasında video yaradan Sora 2 generatorunu təqdim edib. Bundan əlavə iOS üçün Sora tətbiqi cəmi 5 gün ərzində 1 milyon dəfə yüklənib.
         “Hazırda mənim 17 illik investisiya fəaliyyətim ərzində startapların yaranması və inkişafı baxımından ən dinamik dövr yaşanır” - deyə vençur şirkəti Chemistry-nin idarəedici partnyoru Ethan Kurzweil bildirib və əlavə edib ki, bu dövrün əsas fərqi sürətdir. Süni intellekt startapları yaradıldıqdan dərhal sonra böyük bazar dəyərlərinə çatır, OpenAI isə bundan da sürətlə inkişaf edərək süni intellekt proqramlaşdırma alətləri, agent dəstləri və ChatGPT daxilində fəaliyyət göstərən digər tətbiqlərlə rəqabət aparan xidmətlər təqdim edir. ABŞ Milli Vençur Kapital Assosiasiyası (NVCA) və Pitchbook tərəfindən 2025-ci ilin ikinci rübü üçün yayımlanmış hesabatda qeyd olunur ki, ilin birinci yarısında artım mərhələsindəki vençur investisiyalarının həcmi 83.9 milyard dollara çatıb. Bu göstərici süni intellekt sahəsində dəyəri 1 milyard dollardan çox olan 5 iri sövdələşmə nəticəsində formalaşıb. Bu, 2021-ci ildə qeydə alınmış və 96.1 milyard dollarlıq investisiya ilə pik səviyyə hesab olunan göstəriciyə nisbətən illik baxımdan daha yüksək nəticədir. Hesabatda vurğulanır: “Süni intellekt hələ də bazardakı ən iri investisiya razılaşmalarında üstünlük təşkil edir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT istifadəçiləri öz çatlarını yenidən geri qaytarılmadan silə bilərlər
    chatgpt-istifade
    App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
    app-store-da-openai-sora-tetbiqinin-saxta-versiyalari-yayilib
    OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər
    openai-suni-intellekt-modelleri-siyasi-movzularda-qerezlilik-testlerinden-kecib
    OpenAI-nin Sora tətbiqi 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib
    openai-nin-sora-tetbiqi-5-gunden-az-muddetde-1-milyon-defeden-cox-yuklenib
    OpenAI ChatGPT-nin əməliyyat sisteminə mümkün çevrilməsindən danışıb
    openai-chatgpt-nin-emeliyyat-sistemine-mumkun-cevrilmesinden-danisib