
Tesla-nın Avropadakı satışları 49% aşağı düşüb
Tech-Biznes
29.05.2025
Emil Nəcəfov
Müxtəlif mənbələr Tesla-nın vəziyyətinin nə qədər pis olduğunu bir-birinin ardınca xəbər verməyə tələsir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirib ki, aprel ayının yekunlarına görə, bu markanın Avropa və Böyük Britaniyadakı satışları 49% azalaraq 7261 ədəd olub. Bu göstərici qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı əsasında hesablanıb. Bununla belə, cari ilin ilk 4 ayında regionda yeni elektromobil satışlarının həcmi 26.4% artaraq 558 262 ədədə çatıb və Avropa Birliyi bazarında bu avtomobillər 15.3% paya sahib olub. Aprel ayına ayrıca baxdıqda, Avropa elektromobil bazarı 34.1% artım göstərib.

Aşağı tələbat problemi isə daha çox Tesla-nın məhsullarına aiddir. Şirkətin rəhbəri Elon Musk-ın siyasi aktivliyi, bəzi avropalılar arasında narazılıq doğurduğu üçün tələbatın azalmasının səbəblərindən yalnız biridir. Regionda həm ənənəvi bazar iştirakçıları, həm də Çin istehsalçıları tərəfindən rəqabət güclənib. Onlar daha geniş model çeşidi və müasir funksiyalarla zənginləşdirilmiş elektromobillər təklif edirlər. Tesla isə istehsal xərclərini müəyyən həddə saxlamaq zərurətinə görə bu sahədə daha konservativ yanaşma sərgiləyir.
İlin əvvəlindən bəri şirkətin Avropadakı satışları demək olar ki, 40% azalıb. Bundan əlavə, Avropada elektromobil satışlarına ümumilikdə hibridlərin məşhurluğu da mənfi təsir göstərir. Yerli bazarda onların payı 35%-ə çatır və Çin istehsalı olan bu tip avtomobillərin idxalına artılmış rüsumların tətbiq olunmaması fonunda, avropalı avtomobil həvəskarlarının üstünlüklərinin dəyişməsi asanlıqla Çin hibridlərinin ekspansiyası ilə izah oluna bilər. Tesla isə hibrid avtomobil istehsal etmir və bu səbəbdən, bir sıra amillərin təsiri nəticəsində Avropa bazarında uduzmağa başlayır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"

Tesla Optimus-un keçmiş rəhbəri: "Tesla robotları istehsalatda çalışmağa yaramır"
Tesla Optimus layihəsinin keçmiş rəhbəri Chris Walti, şirkətin insanabənzər (humanoid) robotlarının istehsalat xətlərində işləməyə uyğun olub-olmaması ilə bağlı şübhələrini ifadə edib.
BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub

BYD ilk dəfə Avropadakı elektromobil satışlarına görə Tesla-nı geridə qoyub
Çinin avtomobil nəhəngi BYD uzun müddətdir və haqlı olaraq elektromobil bazarında qlobal lider statusuna iddialıdır. Lakin Avropada yerli bazarın ləngliyi və Çindən gələn avtomobillərə qarşı artırılmış gömrük rüsumları səbəbilə, BYD məhsulları yalnız bu ilin aprel ayında Tesla elektromobillərini məşhurluq baxımından geridə qoya bilib.
Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)

Tesla Optimus-un ev işlərini görmə qabiliyyəti sərgilənib (VİDEO)
Fərqli rəqs hərəkətləri və akrobatik fəndlər insanabənzər robotların çevikliyini nümayiş etdirsə də, bu cür texnikaların əksəriyyəti real praktik fayda vermir və əsasən tamaşaçını təəccübləndirməyə yönəlib.
Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)

Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)
Elon Musk-ın siyasi fəallığı onun bütün fikirlərini zəbt etməyib, çünki o, hələ də Tesla şirkətinin layihələrinə vaxt ayırmağı bacarır.
İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)

İkinci Dünya Müharibəsi veteranı Tesla Model 3-ü tank ilə məhv edib (VİDEO)
98 yaşlı britaniyalı İkinci Dünya Müharibəsi veteranı Ken Turner, Tesla Model 3 elektrik sedanını Sherman tankı ilə məhv edib.
Həftənin xəbərləri

