main-post-cover

    Texnoloji sahənin liderlərinin ümumi bazar dəyəri 21 trilyon dollara çatıb

    Tech-Biznes
    08.09.2025
    Emil Nəcəfov
         Google-un antiinhisar işi üzrə məhkəmə qərarı AlphabetApple səhmlərinin kəskin artmasına səbəb olub. Broadcom isə 10 milyard dollarlıq yeni müştəri qazanıb. Tesla səhmlərinin bahalaşmasına təkan verən amil şirkətin baş direktoruna - Elon Musk-a yeni ödəniş planı olub. Bütün bu faktorlar ABŞ-ın kapitallaşması 1 trilyon dollardan çox olan 8 ən iri texnologiya şirkətinin ümumi dəyərinin əlavə olaraq 420 milyard dollar artmasına və ümumi dəyərin 21 trilyon dollara çatmasına səbəb olub - üstəlik, dünyanın ən bahalı şirkəti olan NVIDIA səhmlərinin enməsinə baxmayaraq. Ekspertlərin sözlərinə görə, hazırda bu 8 şirkət S&P 500 indeksinin təxminən 36%-ni təşkil edir və tarixi olaraq bu göstərici ilə müqayisə aparmaq mümkün deyil. Keçən çərşənbə günü Alphabet səhmləri dərhal 9% bahalaşıb, çünki şirkət antiinhisar məhkəmə işini udub.
         Ötən il isə birinci məhkəmə prosesində şirkət uduzmuşdu və Google-un axtarış sistemləri bazarında qeyri-qanuni monopolist olması faktı hələ də qüvvədədir, lakin ona Chrome brauzerini satmaq və Apple ilə müqaviləni ləğv etmək kimi tələblər qoyulmayıb. 1 həftə ərzində Alphabet səhmləri 10%-dən çox bahalaşıb, Apple qiymətli kağızları isə 3.2% artıb və bu da Nasdaq indeksinin 1.1% yüksəlməsinə səbəb olub. Bu qərarı çıxaran dairə hakimi Amit Mehta onun səbəbini generativ süni intellektin ənənəvi veb-axtarışdan daha rəqabətli bazara çevrilməsi ilə izah edib - Google-un dominant mövqeyini OpenAI, Anthropic Perplexity sarsıdıb. Bununla belə, axtarış nəhəngi Avropada reklam texnologiyaları sahəsində rəqabətə zidd sui-istifadələrə görə 2.95 milyard avro məbləğində cərimələnib.
         Broadcom da mühüm bir uğurla yadda qalıb: rüblük maliyyə hesabatından sonra şirkətin baş direktoru Hock Tan bildirib ki, şirkət süni intellekt sahəsində artıq dördüncü müştəri ilə 10 milyard dollarlıq müqavilə bağlayıb - bəzi mənbələrə görə, bu müştəri OpenAI olub. Broadcom “trilyonçular klubu”nun son üzvünə çevrilib: son 1 ildə şirkətin səhmləri 120% bahalaşıb və təkcə keçən həftə qiymətinə əlavə 13% də gəlib. Hazırda şirkətin bazar kapitallaşması təxminən 1.6 trilyon dollara çatıb. 1 həftə öncə böyük kapitallaşmaya malik şirkətlər arasında ən pis nəticəni NVIDIA göstərib - onun səhmləri 4% ucuzlaşıb.
         Şirkət üçün açıq-aşkar mənfi xəbər olmasa da, NVIDIA səhmləri artıq 4 həftədir ardıcıl ucuzlaşır. Halbuki son 12 ayda onların qiyməti 56% artmışdı. Microsoft-un səhmləri də 5 həftədir düşməkdədir, amma son 12 ayda 21% artım göstərib. Tesla-nın qiymətli kağızları isə ilin əvvəlindən bəri 13% ucuzlaşıb. Buna səbəb bir neçə rüb davam edən satış azalması, Çin elektromobil istehsalçılarının sərt rəqabəti və şirkətin özünün köhnəlmiş model sırası olub. Lakin keçən həftə səhmlər 5% bahalaşıb, çünki şirkət baş direktoruna qarşıdakı 10 il ərzində 1 trilyon dollara qədər mükafat təklif edib. Ödənişlər 12 tranşa bölünəcək və ilk bonus yalnız şirkətin dəyəri 2 trilyon dollara çatdıqdan sonra verilə biləcək - yəni indiki göstəricidən demək olar ki, 2 dəfə çox olduqda.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni nəsil Tesla Optimus robotu görüntülənib
    yeni-nesil-tesla-optimus-robotu-goruntulenib
    Avropa Birliyi Google şirkətini 3 milyard avroya yaxın məbləğdə cərimələyib
    avropa-birliyi-google-sirketini-3-milyard-avroya-yaxin-meblegde-cerimeleyib
    Tesla Elon Musk-a 10 illik CEO vəzifəsi üçün 1 trilyon dollar təklif edib
    tesla-elon-musk-a-10-illik-ceo-vezifesi-ucun-1-trilyon-dollar-teklif-edib
    OpenAI-nin ilk süni intellekt çipi gələn il işıq üzü görəcək
    openai-nin-ilk-suni-intellekt-cipi-gelen-il-isiq-uzu-gorecek
    Google-un Veo 3 video generatoru Google Photos-a əlavə edilib
    google-un-veo-3-video-generatoru-google-photos-a-elave-edilib