main-post-cover

    TikTok-un potensial alıcıları siyahısına Amazon da qoşulub

    Tech-Biznes
    03.04.2025
    Emil Nəcəfov
         Artıq 5 aprelə - ABŞ hökumətinin TikTok-un yerli aktivlərinin satışı üçün müəyyən etdiyi son tarixə - çox az vaxt qalıb və bu tarixdən cəmi bir neçə gün əvvəl həmin aktivlərin alınması ilə maraqlananlar sırasına ciddi bir rəqib də qoşulub - Amazon şirkəti. Məlumata əsasən Amazon ABŞ-ın vitse-prezidenti J.D. Vance və ticarət naziri Howard Lutnick-ə ünvanlanmış satınalma təklifi məktubu göndərib. Məlumata görə, Donald Trump çərşənbə günü Ağ Evdə yüksək vəzifəli hökumət rəsmiləri ilə görüş keçirib və bu görüşdə TikTok-un gələcək taleyi müzakirə olunub. Məlumatlı mənbələrin bildirdiyinə görə, texnologiya nəhəngi Oracle və özəl investisiya şirkəti Blackstone da daxil olmaqla bir sıra yeni amerikalı investorlar potensial razılaşmaya qoşula bilər.
         Lakin The New York Times qeyd edir ki, belə bir razılaşmanın federal qanunvericiliyin tələblərinə uyğun olub-olmayacağı hələlik məlum deyil. Amazon-un TikTok-a marağı tamamilə başa düşüləndir, çünki video platformasının bir çox məşhur istifadəçiləri izləyiciləri Amazon marketplace-də məhsul almağa təşviq edir və bunun müqabilində satışlardan komissiya qismində gəlir əldə edirlər. Bununla belə, The New York Times yazır ki, Amazon-un təklifi hələlik ciddi qəbul olunmur.
         Amazon daha əvvəl TikTok-a bənzər bir platforma - alış-veriş üçün qısa videolar tətbiqi olan Inspire-ı istifadəyə vermişdi, lakin bu platforma alıcıları cəlb etməkdə uğur qazana bilmədi və nəticədə 2025-ci ilin fevralında şirkət onu öz tətbiqindən sildi. TikTok-un ABŞ-dakı biznesini almaq istədiyini bəyan edən bir neçə şirkət və investor var. Onlar arasında milyarder Frank McCourtEmployer.com şirkətinin qurucusu Jesse Tinsley də yer alır. Çərşənbə günü Zoop adlı şirkət satınalma müraciəti etdiyini açıqlayıb, bundan əvvəl isə süni zəka axtarış sistemi Perplexity eyni niyyətini bildirmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram analoqu olan TikTok Notes-un fəaliyyəti dayandırılacaq
    instagram-analoqu-olan-tiktok-notes-un-fealiyyeti-dayandirilacaq
    Donald Trump, TikTok ilə bağlı razılaşmanı bu gün müzakirə edə bilər
    donald-trump-tiktok-ile-bagli-razilasmani-bu-gun-muzakire-ede-biler
    Amazon süni zəka agenti Nova Act-ı təqdim edib
    amazon-suni-zeka-agenti-nova-act-i-teqdim-edib
    TikTok-un yaradıcısı Çinin ən varlı şəxsinə çevrilib
    tiktok-un-yaradicisi-cinin-en-varli-sexsine-cevrilib
    ABŞ hökuməti TikTok-un alınması mövzusuna Oracle şirkətini cəlb etməyi planlaşdırır
    abs-hokumeti-tiktok-un-alinmasi-movzusuna-oracle-sirketini-celb-etmeyi-planlasdirir