
14 il ərzində deaktiv olmuş portmanatlardan 10 000 bitcoin göndərilib
Elm & Texnologiya
07.07.2025
Emil Nəcəfov
Bir neçə bitcoin portmanatı, 14 ildən artıq müddət ərzində fəaliyyətsiz qaldıqdan sonra bir neçə müddət əvvəl qəfil aktivləşib. Blokçeyn üzrə açıq məlumatlara görə, bu portmanatların hər birində 10 000 BTC saxlanılırdı və köçürülən vəsaitlərin ümumi dəyəri 2 milyard dolları keçib. Tranzaksiyaların mənşəyi 2011-ci ilə gedib çıxır - həmin il aprelin 3-də bir ünvandan üç fərqli portmanata ümumilikdə 23 377.83 BTC göndərilib. Onlardan ikisi 10 000 BTC alıb, üçüncüsünə isə qalan 3 377.83 BTC köçürülüb. Həmin vaxt bitcoinin qiyməti cəmi 0.78$ idi. Bütün bu illər ərzində iki portmanat - “12tLs...xj2me” və “1KbrS...AWJYm” - toxunulmamış vəziyyətdə qalıb.

Lakin iyunun 26-dan 27-nə keçən gecə onların sahibləri eyni vaxtda bütün vəsaitləri yeni ünvanlara köçürüblər. Tranzaksiyaların arasında cəmi 30 dəqiqə fərq olub. Üçüncü portmanat isə hələ 2011-ci ildə boşaldılmışdı. Qəbul edən tərəflər hələlik köçürülmüş bitcoinlərlə bağlı heç bir əməliyyat aparmayıblar. Hər iki yeni ünvanda yalnız bir transaksiyanın - 10 000 BTC-nin qəbulu - qeydə alındığı görünür. Diqqətçəkən məqam odur ki, vəsait köhnəlmiş ünvandan daha müasir formatlı bir ünvana köçürülüb, bu da transfer zamanı komissiya haqlarını azaldır.
14 il ərzində bu aktivlərin hər birinin dəyəri 13 982 800% artıb - ilkin 7800$-dan 1.1 milyard dollara qədər. Portmanatların sahiblərinin kimliyi və onların aktivləşdirilmə səbəbləri hələ də məlum deyil. Lookonchain analitiklərinin ehtimalına görə, həm bu iki ünvan, həm də 2011-ci il mayın 4-də hər birinin 10 000 BTC almış altı digər ünvan eyni şəxsə məxsus ola bilər. Həmin altı portmanat da illərlə fəaliyyətsiz qaldıqdan sonra aktivləşib. Son həftələrdə bitcoin sabit şəkildə 100 000$ səviyyəsindən yuxarıda qalır. Mütəxəssislərin fikrincə, uzunmüddətli makroiqtisadi amillər bu kriptovalyutanı 112 000$ səviyyəsində yeni bir rekorda doğru apara bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Boeing ABŞ-ın nüvə silahının idarəsi üçün xüsusi peyklər hazırlayacaq

Boeing ABŞ-ın nüvə silahının idarəsi üçün xüsusi peyklər hazırlayacaq
ABŞ Kosmik Qüvvələri nüvə komandanlığı üçün peyklərin hazırlanması məqsədilə Boeing şirkəti ilə müqavilə imzalayıb. Layihənin dəyəri 2.8 milyard dollar olaraq qiymətləndirilir və layihənin 2033-cü ilə qədər tamamlanması planlaşdırılır.
Tesla Optimus müəyyən problemlər səbəbilə hələ kütləvi istehsala hazır deyil

Tesla Optimus müəyyən problemlər səbəbilə hələ kütləvi istehsala hazır deyil
Elon Musk Tesla şirkətini insanabənzər robotların iri istehsalçısına çevirmək planından imtina etmir və cari ilin sonuna qədər 5000 ədəd Optimus robotu istehsal etməyi vəd edir.
Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş

Apple AWB və Azure alternativini yaratmağı nəzərdən keçiribmiş
Apple, bulud texnologiyaları bazarının ən böyük iştirakçılarına rəqabət yaratmaq və özünə yeni gəlir mənbəyi təmin etmək məqsədilə tərtibatçılar üçün öz bulud xidmətlərini işə salmaq imkanını araşdırıb.
Pentaqon nüvə raket mühərriki layihəsini ləğv edib

Pentaqon nüvə raket mühərriki layihəsini ləğv edib
ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri İdarəsi (DARPA), 2021-ci ildən NASA ilə birgə üzərində çalışdığı nüvə raket mühərriki layihəsini ləğv edib.
Bitcoin ilə artıq sürətlə gəlir əldə etmək olmur

Bitcoin ilə artıq sürətlə gəlir əldə etmək olmur
Yüksək volatillik uzun müddət bitcoinin əsas xüsusiyyətlərindən biri olub və sürətli qazanc əldə etmək istəyən investorları cəlb edib. Lakin bu amil tədricən aradan qalxır. Bu ilin böyük bir hissəsində aparıcı kriptovalyuta olduqca dar qiymət intervalında ticarət olunur.
Həftənin xəbərləri

