
3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib
Elm & Texnologiya
08.07.2025
Emil Nəcəfov
3D çap texnologiyası inkişaf etməkdə davam edir və tətbiq sahələrini genişləndirir. Honkonq Universitetindən olan tədqiqatçılar 3D çap və orqanoidlərin kultivasiyası vasitəsilə insan orqanlarının işlək toxumalarının yaradılması üsulunu təqdim ediblər. Tədqiqatlara professor Michael Chan-ın rəhbərlik etdiyi komanda başçılıq edir. Onların məqsədi müəyyən fizioloji funksiyaları yerinə yetirə bilən bioloji strukturlar yaratmaqdır. Hazırda 3D çapda istifadə olunan biomateriallar isə təbii orqanları tam əvəz etmək üçün zəruri xüsusiyyətlərə malik deyillər. Bu problemi həll etmək üçün tədqiqatçılar xəstənin özündən alınmış kök hüceyrələrindən yetişdirilən orqanoidləri istifadə edirlər.

Pasientin hüceyrələrindən istifadə genetik uyğunluğu təmin edir və orqan nəqlindən sonra imtina riskini azaldır. Proses ağız boşluğundan götürülən seliyin toplanması ilə başlayır. Hazırkı mərhələdə tədqiqatlar tənəffüs yollarının rekonstruksiyası üzərində cəmlənib. Əsas çətinlik ondan ibarətdir ki, orqanoidləri çap edilmiş struktura elə bir şəkildə inteqrasiya etmək lazımdır ki, bu struktur həm bioloji aktivliyini, həm də mexaniki dayanıqlılığını qoruya bilsin. Yaradılan bu strukturlar yalnız transplantologiyada deyil, həm də dərman preparatlarının xəstə orqanizmi ilə uyğunluğunu yoxlamaq məqsədilə istifadə oluna bilər.

Bu yanaşma onkoloji və genetik xəstəliklərin müalicəsində xüsusilə aktual ola bilər. Layihə Honkonq Universitetinin iştirakı ilə yaradılmış C2iTech şirkətinin dəstəyi ilə həyata keçirilir. Bu şirkət orqanoidlərin kultivasiyası sahəsində ixtisaslaşıb ki, bu da alimlərə əsas tədqiqat mərhələlərinə fokuslanmağa imkan verir. Hazırda böyrək və ya qaraciyər kimi mürəkkəb orqanların yaradılması hələ mümkün deyil. Lakin araşdırmaların nəticələri bu istiqamətdə irəliləyişin olduğunu göstərir. Bu texnologiyanın gələcək onilliklər ərzində tibbdə tətbiq olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Koronavirusun yeni ştammı qeydə alınıb

Koronavirusun yeni ştammı qeydə alınıb
Birləşmiş Krallıqda Stratus adlanan koronavirusun yeni variantının aktiv şəkildə yayılması qeydə alınıb. Bu ştammın 2 alt versiyası var - XFG və XFG.3, və artıq XFG.3 ölkədə qeydə alınmış bütün halların təxminən 30%-ni təşkil edir.
Kainat artıq 7 milyard il sonra sıxılmağa başlaya bilər

Kainat artıq 7 milyard il sonra sıxılmağa başlaya bilər
Yeni tədqiqat, alimləri uzun müddətdir düşündürən bir suala cavab tapmış kimi görünür. Astronomik məlumatlar kainatın sonunun necə olacağını və bunun nə zaman baş verəcəyini göstərib.
Süd Yolunun mərkəzində yeni növ ulduzlar yerləşə bilərlər

Süd Yolunun mərkəzində yeni növ ulduzlar yerləşə bilərlər
Astrofiziklər hesab edirlər ki, qalaktikamızın mərkəzində gizlənən qaranlıq cırtdan ulduzlar kainatın ən sirli hadisələrindən biri olan qaranlıq materiyanın sirrini açmağa kömək edə bilər.
Qlobal CO2 emissiyası rekord həddə çatıb

Qlobal CO2 emissiyası rekord həddə çatıb
Enerji İnstitutu (EI) “2025-ci ildə Dünya Enerjisi üzrə Statistik Baxış” adlı yeni hesabatını dərc edib. Bu hesabat daha əvvəl 70 ildən artıq müddət ərzində BP şirkəti tərəfindən nəşr olunurdu. Araşdırma göstərib ki, bərpa olunan enerji mənbələrinə qoyulan böyük investisiyalara və müxtəlif səviyyələrdə sıfır emissiyaya doğru irəliləmək üçün verilmiş çoxsaylı vədlərə baxmayaraq, emissiyaların artım tendensiyası davam edir.
James Webb iki qalaktika topasının toqquşmasını çəkib

James Webb iki qalaktika topasının toqquşmasını çəkib
NASA-nın James Webb kosmik teleskopu Yerə “Güllə” (Bullet Cluster) adlanan qalaktikalar topasının təsirli bir fotosunu göndərib. Bu topa iki ayrı qalaktika qrupunun toqquşmasından ibarətdir.
Həftənin xəbərləri

