main-post-cover

    4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!

    Elm & Texnologiya
    27.11.2024
    Farid Pardashunas

         Marsdan Yer kürəsinə gəlib çatan və təxminən 4.45 milyard il yaşı olan bir asteroid üzərində araşdırma aparan alimlər, Marsın keçmişdə yaşamağa uyğun bir planet olduğuna işarə edən yeni sübutlar aşkarlayıblar.

         Curtin Universitetində çalışan alimlər, Marsdan Yerə gələn və təxminən 4.45 milyard il yaşı olan bir asteroid üzərində ətraflı araşdırmalar aparıblar. Alimlər tərəfindən "Black Beauty" adı verilən bu asteroidin üzərində aparılan işlər, milyardlarla il əvvəl Marsda isti su qaynaqlarının olduğuna işarə edir. Bu da Marsın erkən dövrlərində yaşamaq üçün əlverişli bir planet ola biləcəyini göstərən nəzəriyyəni dəstəkləyir.
         Black Beauty-dən daxilindən götürülən sirkon dənəciklərini araşdıran tədqiqatçılar, bu dənəciklərdə zəngin su mənbələrinə işarə edən geokimyəvi sübutlar tapdıqlarını bildirirlər. Çünki sirkonun içindəki strukturlar dəmir, alüminium, itrium və natrium elementlərinin 4.45 milyard il əvvəl bu sirkon-un əmələ gəldiyi zaman orada olduğunu göstərir.
         Tədqiqatda iştirak edən alimlərdən biri, Dr. Aaron Cavosie, nanoölçüdə geokimya metodlarından istifadə edərək əldə etdikləri bu kəşfin Marsın keçmişindəki hidrotermal sistemlərə və planetin erkən dövrlərində yaşamaq üçün əlverişli şəraitə işıq tutduğunu deyir. Cavosie, Marsın erkən dövründəki bu aktivliyi Yer kürəsinin ilk dövrləri ilə müqayisə edir: “Yer kürəsində həyatın meydana gəlməsində hidrotermal sistemlər böyük rol oynayıb. İndi əldə etdiyimiz tapıntılar Marsda qabığın ilk yaranma dövründə suyun, yəni yaşamaq üçün uyğun mühitin əsas tərkib hissəsinin mövcud olduğunu göstərir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
    yeni-arasdirmalara-gore-kosmosdaki-kosmonavtlarin-idrak-qabiliyyeti-getdikce-zeiflemeye-baslayir
    Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!
    alimler-saatda-32-milyon-kilometr-suretle-bas-veren-kosmik-toqqusma-musahide-edibler
    Kainatın ilkin dövrlərindəki “Qırmızı Canavarlar” kəşf edilib!
    kainatin-ilkin-dovrlerindeki-qirmizi-canavarlar-kesf-edilib
    Qalaktikamızdan kənarda ilk dəfə sönmək üzrə olan bir ulduzun görüntüləri çəkilib!
    qalaktikamizdan-kenarda-ilk-defe-sonmek-uzre-olan-bir-ulduzun-goruntuleri-cekilib
    Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!
    astrofizik-daniele-sorini-biz-yadplanetlileri-gore-bilmirik-cunki-onlar-basqa-kainatdadirlar