
ABŞ-ın “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsi başa çatıb
Elm & Texnologiya
19.09.2025
Emil Nəcəfov
ABŞ Kosmik Qüvvələri “Qızıl Günbəz” adlı raket əleyhinə müdafiə sistemi layihəsinin işlənməsini başa çatdırıb. Hərçənd Pentaqon onun miqyası və qiyməti barədə heç bir detal açıqlamasa da, layihənin dəyərinin çox böyük olacağı və ilk nüvə bombasının hazırlanmasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyəcəyi ehtimal olunur. “Qızıl Günbəz” planı ABŞ-ın dəf edə biləcəyi artan sayda və mürəkkəb təhlükələri hədəfləyir, lakin buna skeptik yanaşanlar bunun astronomik dəyəri olan nəhəng texniki vəzifə olacağını və nəticənin zəmanətli olmadığını bildirirlər. Bloomberg xəbər verir ki, “Qızıl Günbəz” hava və kosmos raket əleyhinə müdafiə sistemi proqramına rəhbərlik edən ABŞ Kosmik Qüvvələrinin generalı Michael Getline layihənin əsas arxitekturasının işlənməsini tamamlayıb, amma detalları açıqlamaqdan imtina edib.

Pentaqonun açıqlamasında deyilir: “Hazırda layihə nəzərdən keçirilir və əlavə məlumat yoxdur, çünki operativ təhlükəsizlik prioritet olaraq qalır”. Bu, 2 ay əvvəlki bəyanatla müqayisədə tonallıq dəyişikliyidir. İyul ayında Getline, layihənin arxitekturasını işləməsi üçün ona verilən 60 günlük müddət başa çatdıqdan sonra ictimaiyyəti “Qızıl Günbəz”lə bağlı öz baxışı ilə ətraflı tanış edəcəyinə söz vermişdi. Bununla belə, layihənin təxmini dəyərini qiymətləndirmək mümkündür. May ayında prezident Donald Trump bildirmişdi ki, bu layihə 175 milyard dollara başa gələ bilər. ABŞ Konqresinin Büdcə İdarəsinin hesablamalarına görə isə xərclər bundan qat-qat yüksək olacaq - təkcə kosmik tutucu raketlərin dəyəri 20 il ərzində 542 milyard dollar təşkil edəcək.

Trump tərəfindən təklif olunmuş “Qızıl Günbəz” layihəsi ABŞ-ın dəf edə biləcəyi hava və kosmos təhdidlərinin sayını artırmaq və mürəkkəbliyini yüksəltməyə yönəlib. Bu artım mövcud raket əleyhinə müdafiə sisteminə bir sıra yeni elementlərin daxil edilməsi ilə əldə olunacaq. Bu isə son dərəcə əmək tutumlu texniki vəzifədir: indiyə qədər heç kim kosmosda tutucu raketlər yerləşdirməyib. “Dəyər coğrafi əhatə səviyyəsindən, onun dəf etməli olduğu təhlükələrin növləri və sayından, həmçinin gözlənilən davamlılıq dərəcəsindən asılıdır. Bu parametrlərdəki hətta cüzi dəyişikliklər belə xərci 100 milyardlarla dollar dəyişdirə bilər”- deyə American Enterprise Institute-un hesabatında bildirilib.

Mart ayında Getline bəyan etmişdi ki, “Qızıl Günbəz” koordinasiya olunmuş səylər və bütün xalqın iradəsini tələb edəcək, üstəlik bu raket əleyhinə qalxan miqyasına görə “Manhattan Project” (Manhetten Layihəsi) ilə müqayisə oluna bilər - yəni İkinci Dünya Müharibəsi dövründə atom bombasının hazırlanması proqramı ilə. Amma “Manhattan Project”in dəyəri, inflyasiya nəzərə alınsa belə, yeni “Ulduz Müharibələri” ilə müqayisədə xeyli azdır - 35 milyard dollar. Bundan əlavə, “Qızıl Günbəz”in ən sadə variantı istisna olmaqla, demək olar bütün versiyalarının proqnozlaşdırılan dəyəri NASA-nın “Apollo” ay proqramının ümumi dəyərini üstələyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA və Intel birgə prosessor istehsalı ilə məşğul olacaqlar

NVIDIA və Intel birgə prosessor istehsalı ilə məşğul olacaqlar
NVIDIA şirkəti Intel ilə 5 milyard dollarlıq müqavilə bağladığını elan edib. Tərəfdaşlıq çərçivəsində şirkətlər RTX qrafikalı yeni x86 prosessorlarının birgə hazırlanması ilə məşğul olacaqlar.
Çin yerli şirkətlərə NVIDIA sürətləndiricilərini almağı qadağan edib

Çin yerli şirkətlərə NVIDIA sürətləndiricilərini almağı qadağan edib
Çinin müxtəlif dövlət qurumlarından xarici hesablama sürətləndiricilərindən imtinanın vacibliyi ilə bağlı səslər getdikcə güclənirdi və indi böyük milli istehsalçılar Çin bazarı üçün xüsusi hazırlanmış ABŞ istehsalı NVIDIA RTX Pro 6000D sürətləndiricilərinin testini və sifarişlərinin rəsmiləşdirilməsini dayandırmaq əmri ilə üzləşiblər.
Çində insanabənzər robot idman ayaqqabılarının testində istifadə edilir

Çində insanabənzər robot idman ayaqqabılarının testində istifadə edilir
Çin mühəndisləri humanoid (insanabənzər) robota qeyri-adi tətbiq tapıblar. Marafon qaçışlarında fərqlənmiş Tian Kung adlı robot indi idman ayaqqabılarının sınaqlarında iştirak etməyə başlayıb.
OpenAI insanabənzər robotlar üçün xüsusi komandasını formalaşdırır

OpenAI insanabənzər robotlar üçün xüsusi komandasını formalaşdırır
OpenAI ümumi süni intellektə (AGI) doğru strategiya çərçivəsində robototexnika sistemlərinin, o cümlədən humanoid (insanabənzər) sistemlərin hazırlanmasına yönəlmiş yeni komanda formalaşdırır.
Epilepsiyadan əziyyət çəkən 12 yaşlı uşağa beyin çipi implantasiya edilib

Epilepsiyadan əziyyət çəkən 12 yaşlı uşağa beyin çipi implantasiya edilib
Uğurlu əməliyyat barədə Quançjou xəstəxanasının həkimləri məlumat veriblər. Onlar rezistent epilepsiyadan əziyyət çəkən 12 yaşlı qızda əməliyyat keçiriblər.
Həftənin xəbərləri

