Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Elm & Texnologiya
10.09.2024
Farid Pardashunas
Son illərdə antibiotik müqavimətinin sürətlə artması bakterial infeksiyaların müalicəsini çətinləşdirir, bu da xəstəliklərin yayılma riskini, ağır xəstəlikləri və ölüm hallarını artırır. Bir zamanlar möcüzə dərman hesab edilən antibiotiklər, bakteriyaların davamlı olaraq təkamül etməsi nəticəsində təsirini itirməyə başlayıb və elm adamları, bu problemə həll yolu axtarırlar.
Antibiotik müqavimətinə qarşı həlli yolları axtaran biotexnologiya şirkətləri, müxtəlif müalicə strategiyaları üzərində işləyirlər. Şimali Karolina mərkəzli Locus Biosciences, bakteriyaları hədəf alan viruslar kimi tanınan bakteriofaqları Crispr texnologiyası ilə təchiz edərək yeni müalicə metodu təklif etməyi hədəfləyir.
Bakteriofaqları təbii şəkildə bakteriyalara yoluxaraq onları öldürən viruslar kimi təyin edə bilərik. Locus Biosciences, Crispr gen redaktə texnologiyasından istifadə edərək bu virusların öldürmə qabiliyyətini artırmağı hədəfləyir. Şirkətin yeni müalicə yanaşması, xüsusilə "E. Coli" adlı bakteriyanın yaratdığı sidik yolları infeksiyalarına qarşı sınaqdan keçirilir. Avqust ayında nəşr olunan kiçik miqyaslı tədqiqatın nəticələri bu eksperimental müalicənin perspektivli olduğunu göstərsə də, daha böyük tədqiqatlara ehtiyac olduğu da etiraf edilib.
Bu müalicə yanaşmasının klinik sınaqlarında 16 qadına 3 gün ərzində faj kokteyli və geniş istifadə olunan antibiotik olan Bactrim kombinasiyası tətbiq edilmişdir. İlkin müalicədən cəmi 4 saat sonra xəstələrin sidiklərindəki E. coli səviyyəsi sürətlə aşağı düşmüş və 10 günlük tədqiqat dövrünün sonuna qədər aşağı səviyyədə qalmışdır. 16 qadından 14-ü müalicənin sonunda infeksiyadan tamamilə qurtula bilib. Nəticələr avqustun 9-da “The Lancet Infectious Diseases” jurnalında dərc edilib və ABŞ Səhiyyə Departamentinin Biotibbi Qabaqcıl Tədqiqat və İnkişaf Təşkilatı da bu mövzuda araşdırmalara cəlb edilib.
ABŞ-da kommersiya istifadəsi üçün hələ təsdiqlənməmiş bakteriofaq terapiyası, FDA icazəsi ilə bəzi xüsusi hallarda sınaq məqsədləri üçün istifadə edilə bilər. Faj terapiyasının fərdiliyi müalicəni geniş miqyasda tətbiq etməyi çətinləşdirir. Gələcək klinik tədqiqatlar, müalicənin effektivliyini daha yaxşı başa düşmək üçün nəzarət qruplarını əhatə edəcək şəkildə genişləndiriləcəkdir. Bu yeni araşdırmada yalnız Bactrim qəbul edən nəzarət qrupu həm Bactrim, həm də faj kokteyli qəbul edən eksperimental qrupla müqayisə ediləcək və bu tədqiqata 288 iştirakçının daxil edilməsi planlaşdırılır.
Linki kopyala
antibiotic
antibiotik
elmi xeber
e. coli
Scientific news
crispr gene editing technology
crispr
science
science news
elmi xeberler
Bənzər xəbərlər
Oxşar xəbərlər
Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
Müasir robotların çoxu yerimək üçün motorlara güvənirlər. Bununla belə, elektro-hidravlik əzələ sistemi ilə robotların elektrik mühərrikləri yerinə əzələlərdən güc aldıqları yeni bir dövr başlayır.
Çinin super radarı, piramidaların üzərində plazma qabarcığı aşkar edib!
Çinin super radarı, piramidaların üzərində plazma qabarcığı aşkar edib!
Çinli alimlər, dünyanın ən güclü radarından istifadə edərək həm Misir piramidaları, həm də Midway adaları üzərində demək olar ki, eyni vaxtda plazma qabarcıqlarının göründüyünü aşkar ediblər.
Alimlər, insan dərisini görünməz hala gətirən elmi kəşf ediblər! (VİDEO)
Alimlər, insan dərisini görünməz hala gətirən elmi kəşf ediblər! (VİDEO)
Texas Universitetindən elm adamları, adi bir qida boyası istifadə edərək siçanların dərisini şəffaf etməyi bacarıblar. Market rəflərində gördüyümüz bu qida boyası, elm dünyasında inqilabi bir kəşfə yol açıb.
Elmi fantastika reallığa çevrildi: Nanorobotlar beyni müalicə edə biləcək!
Elmi fantastika reallığa çevrildi: Nanorobotlar beyni müalicə edə biləcək!
Alimlər beyin anevrizmasının müalicəsində nanorobotlardan uğurla istifadə ediblər. Nanorobotlar, beyindəki zəif damarların şişməsinin və beyin qanaması riskinin qarşısını almaq üçün yeni bir ümid vəd edir.
Çində 2 yeni balıq növü kəşf edilib!
Çində 2 yeni balıq növü kəşf edilib!
Çinli alimlər, Pearl River-in yuxarı axınlarında 2 yeni balıq növü - Beaufortia granulopinna və Beaufortia viridis aşkar ediblər. Bu kəşf, nadir növlərin qorunmasının vacibliyini bir daha xatırladır.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!