Alimlər B2 vitamini əsasında ekoloji batareya yaradıblar
Elm & Texnologiya
17.10.2025
Emil Nəcəfov
     Batareya texnologiyalarının inkişafı müxtəlif istiqamətlərdə aparılır, o cümlədən təbiət və insan üçün təhlükəsiz, bioloji yolla parçalanan batareya komponentlərinin axtarışı istiqamətində. Bu sahədə yeni və perspektivli bir kəşf insan orqanizmində enerji istehsalını təqlid edən proseslərə əsaslanan axın tipli batareyanın hazırlanması olub. Bu texnologiyadan daha təhlükəsizini təsəvvür etmək çətindir - prosesin əsas tərkib hissələri B2 vitamini və qlükozadır. Sadə dildə desək, bir vitamin və bir qaşıq şəkər ekoloji cəhətdən təmiz yeni nəsil batareyaların əsası ola bilər. Bu ixtira haqqında tədqiqat ABŞ-ın Binghamton University (SUNY) alimləri tərəfindən aparılıb. Hazırlanmış sistemdə nə metal katalizatorlardan, nə də elektrod və elektrolitlər üçün zərərli birləşmələrdən istifadə olunur. Qlükozanın oksidləşməsi nəticəsində elektronlar ayrılır, yük daşıyıcısı rolunu isə adi B2 vitamini - riboflavin yerinə yetirir.
     İnsan orqanizmində də buna bənzər proseslər baş verir: qidada olan qlükoza fermentlər və molekullar vasitəsilə enerjiyə çevrilir və riboflavin bu enerjinin faktiki daşıyıcısı kimi çıxış edir. Axın tipli batareyalar adi batareyalardan fərqli olaraq enerjini sistem daxilində dövr edən maye elektrolitdə toplayır. Elektrolit müsbət və mənfi elektrodlar arasında hərəkət etdikdə kimyəvi reaksiyalar baş verir və nəticədə enerji ya sərbəst buraxılır, ya da toplanır. Hazırda ən geniş yayılmış növ vanadium əsaslı axın batareyalarıdır. Vitamin və qlükoza əsasında yaradılmış axın tipli batareya prototipi otaq temperaturunda kommersiya tipli vanadium batareyası ilə müqayisə oluna biləcək nəticə göstərib ki, bu da layihənin böyük potensialını sübut edir.
     Bundan əlavə, yeni bio-parçalanan batareya quruluşunda ənənəvi qızıl və platin katalizatorları karbon elektrodlarla əvəzlənib. Mənfi elektroddakı qlükoza oksidləşərək elektronlarını itirir və bu elektronları dərhal B2 vitamini qəbul edir. Müsbət elektroddakı elektronlar isə oksigen və ya kalium ferrisiyanid vasitəsilə birləşərək elektrik cərəyanı yaradır. Eyni zamanda, riboflavin (B2 vitamini) qlükozanın aktivliyini saxlamaq üçün tələb olunan güclü qələvi mühitdə belə sabit qalıb. Kalium ferrisiyanid əsaslı element otaq temperaturunda kommersiya tipli vanadium axın batareyaları ilə eyni xüsusi güc göstəricisi nümayiş etdirib. Bu, riboflavinin metal əsaslı sistemlərlə eyni səviyyədə işləyə bildiyini sübut edir.
     Oksigen əsaslı versiya daha yavaş reaksiya verirdi, lakin irimiqyaslı istehsal üçün daha praktik və qənaətcil idi. Kiçik bir problem kimi riboflavinin oksigenin mövcudluğunda işıq altında parçalanması müşahidə olundu, lakin bu məsələ texniki cəhətdən həll edilə bilər. Oksigenin iştirakı zamanı batareyanın daha yüksək xüsusi gücə malik olması da cəlbedici üstünlük olaraq qalır. Təkmilləşdirildikdən sonra riboflavin və qlükoza əsaslı bu batareya sistemi davamlı enerji saxlama istiqamətində mühüm addım ola bilər. Təbii, bioloji yolla parçalanan və ucuz komponentlər sayəsində bu cür batareyalar gələcəkdə toksik metallardan və mürəkkəb təchizat zəncirlərindən asılı olmadan evləri və kiçik cihazları enerji ilə təmin edən ekoloji alternativə çevrilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaradılmış yeni süni əzələ öz çəkisindən 4000 dəfə artıq çəkini qaldıra bilir
Yaradılmış yeni süni əzələ öz çəkisindən 4000 dəfə artıq çəkini qaldıra bilir
Ulsan Milli Elm və Texnologiya İnstitutunun (UNIST) tədqiqatçıları eyni anda həm sərt, həm də elastik ola bilən yeni növ süni əzələ növü hazırlayıblar. Onun çəkisi cəmi 1.25 qramdır, lakin öz çəkisindən 4000 dəfə artıq, yəni 5 kq yük qaldıra bilir.
İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
İtaliyanın Gevi Wind şirkəti külək turbinlərinin pərlərinin hücum bucağını tənzimləyən süni intellekt sistemi hazırlayıb. Süni intellekt pərlərin bucağını hər bir neçə millisaniyədən bir tənzimləyir, bunun üçün yalnız küləyin istiqaməti və gücü haqqında deyil, həm də qonşu pərlərin yaratdıqları turbulentlik barədə məlumat alır.
SpaceX Starship-in 11-ci sınaq uçuşu uğurlu şəkildə keçib (VİDEO)
SpaceX Starship-in 11-ci sınaq uçuşu uğurlu şəkildə keçib (VİDEO)
Bugün SpaceX şirkətinin Starship raketi Cənubi Texasdakı Starbase kosmodromundan buraxılıb. Bu, raketin 11-ci suborbital sınaq uçuşu olub və eyni zamanda ikinci versiyanın son buraxılışı kimi tarixə düşüb.
Çin şirkəti gövdəsi suya və toza davamlı ilk insanabənzər robotu təqdim edib (VİDEO)
Çin şirkəti gövdəsi suya və toza davamlı ilk insanabənzər robotu təqdim edib (VİDEO)
Çinin Deep Robotics şirkəti DR02 adlı insanabənzər robotunu təqdim edib - bu robot çətin sənaye və açıq hava şəraitində fasiləsiz tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Onun konstruksiyası IP66 standartına uyğun suya və toza qarşı qoruma ilə seçilir, həmçinin geniş temperatur diapazonunda işləmək qabiliyyətinə malikdir.
İnsanabənzər Figure 03 robotu təqdim edilib - QİYMƏTİ
İnsanabənzər Figure 03 robotu təqdim edilib - QİYMƏTİ
Figure şirkəti insanabənzər robotunun üçüncü nəsil modelini - Figure 03-ü təqdim edib. Bu model tamamilə yenidən işlənib və “görmə - dil - hərəkət” (Vision - Language - Action, VLA) inteqrasiyası əsasında qurulub.
Həftənin xəbərləri