main-post-cover

    Alimlər duzlu sudan saf litium əldə edə biliblər!

    Elm & Texnologiya
    18.11.2024
    Farid Pardashunas

         Alimlər məsaməli bərk elektrolit materialından istifadə edərək 97.5% təmizliklə litium çıxara bilən yeni elektrokimyəvi reaktor istehsal ediblər.

        Tədqiqatçılar ənənəvi metodlardan fərqli olaraq yeni bir 3 bölməli elektrokimyəvi reaktor dizayn ediblər. Yeni hazırlanmış bu elektrokimyəvi reaktor, duzlu su mənbələrindən 97.5%-lik təmizlik səviyyəsində litium çıxarmaqla yanaşı, ətraf mühitə minimum zərər verir. Bəs bu necə mümkün olur? Reaktorun mərkəzi bölməsində yerləşən məsaməli bərk elektrolit material litium ionlarını seçici şəkildə ayırır və digər ionları (natrium, kalium, maqnezium, kalsium) kənarda saxlayır. Bu texnologiya sayəsində yalnız yüksək təmizlikdə litium əldə olunmur, həm də xlor qazı kimi zərərli yan məhsulların əmələ gəlməsinin qarşısı alınır.
         Bu üsulla istehsal elektrikli avtomobil batareyalarında istifadə olunan yüksək keyfiyyətli hidroksid litium istehsalı üçün ideal sayılır. Tədqiqatçılar yeni sistemin ənənəvi metodlarla müqayisədə daha ekoloji olduğunu vurğulayırlar. Üstəlik, litium istehsalı zamanı enerji sərfiyyatı optimallaşdırılır və proses daha səmərəli hala gətirilir.
         Lakin alimlər natrium ionlarının cihazın performansına mənfi təsir göstərə biləcəyini aşkar ediblər. Hazırda bu problemi həll etmək üçün elektrodların üzərinə xüsusi örtüklər əlavə etmək və elektrik cərəyanını optimallaşdırmaq kimi strategiyalar hazırlanır. Rice Universitetinin kimya mühəndisliyi üzrə mütəxəssisi Haotian Wang bildirir ki, bu texnologiya fundamental elm və mühəndisliyin birləşməsi sayəsində yaxın gələcəkdə daha da inkişaf etdiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni tədqiqat sayəsində bədəndəki hüceyrələrdə yaddaş izləri aşkar edilib!
    yeni-tedqiqat-sayesinde-bedendeki-huceyrelerde-yaddas-izleri-askar-edilib
    Elm adamları 6G-nin kişilərin reproduktiv sağlamlığına zərər verə biləcəyini aşkar ediblər!
    elm-adamlari-6g-nin-kisilerin-reproduktiv-saglamligina-zerer-vere-bileceyini-askar-edibler
    Kök hüceyrə müalicəsi ilə ilk dəfə insanlarda görmə qabiliyyəti bərpa edilib!
    kok-huceyre-mualicesi-ile-ilk-defe-insanlarda-gorme-qabiliyyeti-berpa-edilib
    Alimlər bədən istiliyini enerjiyə çevirməyin yeni bir yolunu tapmış ola bilərlər!
    alimler-beden-istiliyini-enerjiye-cevirmeyin-yeni-bir-yolunu-tapmis-ola-bilerler
    Kosmosdan gələn sirli FRB siqnallarının mənbəyi aşkarlanmış ola bilər!
    kosmosdan-gelen-sirli-frb-siqnallarinin-menbeyi-askarlanmis-ola-biler