main-post-cover

    Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!

    Elm & Texnologiya
    12.08.2024
    Farid Pardashunas

         Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.

         İşıq uducu perovskit təbəqələrinin üst-üstə yığılması ilə yaradılan bu yeni işıq uducu material, nazik və elastik quruluşu ilə binaların səthindən tutmuş kürək çantalarına, avtomobillərdən mobil telefonlara qədər demək olar ki, istənilən səthə tətbiq oluna bilər. Oksfordda işlənib hazırlanmış innovativ texnika ilə birləşən çoxsaylı işıq uducu təbəqələr, günəş hüceyrəsində daha geniş işıq spektrini tutur və eyni miqdarda günəş işığından daha çox enerji istehsal etməyə imkan verir.
         Müstəqil bir qurumun (AIST) apardığı ölçmələrə görə, bu yeni material, ənənəvi silikon fotovoltaiklərin performansına uyğun gəlir və 27%-dən çox enerji səmərəliliyi təmin edir. Bu uğur, çoxqatlı yanaşma ilə əldə edilən məhsuldarlığın cəmi 5 il ərzində 6%-dən 27%-ə yüksəlməsinə imkan verir. Oksford tədqiqatçıları hesab edirlər ki, bu texnika sayəsində fotovoltaik qurğular 45%-dən çox səmərəliliyə nail ola bilər. Bu yenilik təkcə enerji səmərəliliyi ilə deyil, həm də çevikliyi və universallığı ilə də diqqəti cəlb edir. Yalnız 1 mikron qalınlığında olan bu material, silikon lövhədən 150 dəfə nazikdir. Bu nazik və elastik struktur, mövcud günəş panellərindən fərqli olaraq, demək olar ki, istənilən səthə tətbiq oluna bilər. Beləliklə, daha çox enerji istehsal etmək üçün daha az silikon əsaslı panellərə və günəş fermalarına ehtiyac yaranır.
         Bu inkişaf, günəş enerjisinin dəyərini daha da azalda bilər və onu bərpa olunan enerjinin ən davamlı formasına çevirə bilər. 2010-cu ildən bəri günəş enerjisinin qlobal orta qiyməti təxminən 90% ucuzlaşıb. Yeniliklər əlavə xərclərə qənaət vəd edir, çünki nazik təbəqəli perovskitlər kimi yeni materiallar, silikon panellərə və məqsədyönlü şəkildə tikilmiş günəş fermalarına ehtiyacı azaldır. Bütün bu yaxşı inkişaflara baxmayaraq, qeyd edək ki, bu texnologiya hələ də tədqiqat mərhələsindədir və Oksford, yeni dizayn edilmiş perovskit panellərinin uzunmüddətli sabitliyini qeyd etmir. Deyə bilərik ki, uzunmüddətli sabitlik perovskit panellərinin Axilles tendonudur. Bununla belə, 2010-cu ildə perovskit fotovoltaiklərini kommersiyalaşdırmaq üçün qurulan Oxford PV, bu yaxınlarda Almaniyada geniş miqyaslı fotovoltaik istehsalına başlamışdır. Bu, "perovskite-on-silicon" tandem günəş elementləri üçün dünyada ilk həcmli istehsal xəttidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
    parazit-genleri-sindirildi-dermanlarin-beyine-catdirilmasinda-yeni-dovr-baslayir
    Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
    alimler-icmeli-sudan-mikroplastikleri-temizlemeyin-cox-asan-yolunu-kesf-edibler
    Kvant texnologiyası, süni intellekt kimi, inqilabi inkişaf yaşaya bilər!
    kvant-texnologiyasi-suni-intellekt-kimi-inqilabi-inkisaf-yasaya-biler
    Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
    yeni-silindrsekilli-yelkenler-gemilerdeki-yanacaq-serfiyyatini-90-azaldacaq
    Alimlər, günəş enerjisi ilə havadan suyu səmərəli şəkildə toplayan sistem hazırlayıblar!
    alimler-gunes-enerjisi-ile-havadan-suyu-semereli-sekilde-toplayan-sistem-hazirlayiblar